Cəmiyyət 

Azərbaycanda bu yağın satışı və idxalı DAYANDIRILDI

Yağ istehsalı və idxalı ilə məşğul olan “Alda” MMC-də yoxlama aparılıb. AQTA-dan Lent.az-a bildirilib ki, yoxlama zamanı “Alda” şirkətinin Rusiya Federasiyasından idxal etdiyi “Pişevıye İnqridentı” istehsalçı müəssisəsinə məxsus “EFKO” əmtəə nişanlı palma yağında laborator müayinə zamanı kimyəvi emal çirkləndiricisi (3-monoxlorpropan-1,2-diol) müəyyən edilib. Həmçinin bu məhsulun şirkət tərəfindən spred yağlarının istehsalında xammal kimi istifadə edildiyi aşkarlanıb. Hazır məhsullardan götürülmüş nümunələrin sınaq nəticəsində də eyni uyğunsuzluqlar müəyyən edilib. Bununla əlaqədar sahibkar barəsində inzibati tədbir görülüb, məhsul partiyalarının satışının və müəssisədə spred yağlarının istehsalının dayandırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib. Qeyd edək ki,…

Read More
Cəmiyyət 

İftar menyusunda bahalaşma- QİYMƏTLƏR (FOTO-FAKT)

Ramazan ayının başlaması ilə bağlı bir çox restoranlar özəl menyular hazırlayıb, ənənəvi təamlar daha zəngin təqdimatla təklif olunur. Artıq ailəvi və kollektiv iftar planlayanlar rezervasiyalar edir. Restoran sahibləri bildirirlər ki, ötən illə müqayisədə qiymətlər təxminən 10 faiz artıb. İftar menyuları restoranın səviyyəsinə və təqdim olunan çeşidə görə 18 manatdan başlayaraq 80–90 manata qədər dəyişir. Bəzi restoranlar Ramazana özəl kampaniyalar tətbiq edir: 5 nəfərlik menyu 89 manat, 10 nəfərlik menyu isə 179 manatdır. Paytaxt restoranlarında 1 nəfərlik iftar qiymətləri belədir: “Hellim” – 45 AZN, “Günaydın” – 90 AZN, “Ocakbaşı Mangal” –…

Read More
Cəmiyyət 

Azərbaycanda xəyanət: həyat yoldaşından təzminat tələb etmək mümkündürmü? – HÜQUQŞÜNASDAN AÇIQLAMA

Azərbaycanda ailə münasibətlərində xəyanət məsələsi tez-tez hüquqi mübahisələrə səbəb olur. Həyat yoldaşı xəyanət edən şəxsə qarşı təzminat tələb etmək mümkün olub-olmaması maraq doğuran suallardandır. Azərbaycan qanunvericiliyi ailə və nikah münasibətlərində tərəflərin həm maddi, həm də mənəvi hüquqlarını müəyyən edir və məhkəmələrdə belə halların həlli fərdi yanaşma tələb edir. Mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov BiG.AZ-a açıqlamasında bildirdi ki, ümumən bizim qanuvericilik istənilən məsələ üzrə mənəvi zərəri tələb etməyi istisna etmir. Yəni bu icazəlidir. Onun sözlərinə görə boşanma zamanıda istənilən tərəf digər tərəfdən, o cümlədən edilmiş xəyanət nəticəsində vurulmuş mənəvi zərərin əvəzini tələb…

Read More
Cəmiyyət 

ADSEA təkzib versə də, suyun qiymət artımı yenidən gündəmdədir – İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda suyun qiymətinin artması yenidən gündəmə gəlib. Tarif artımı ilə bağlı xəbərlərə görə ADSEA tərəfindən təkzib verilsə də, əhali arasında suyun bahalaşması mövzusu hələ də müzakirələrdən düşmür. Yeni tariflərlə 10 kubmetrə qədər suyun qiyməti 1 manat 20 qəpikdən başlayaraq, daha çox istifadə olunan su üçün 2 manatadək yüksələcək. Bu dəyişiklik gündəlik xərclərə birbaşa təsir edəcəyi üçün əhali arasında maraq və narahatlıq doğurur. Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli BiG.AZ-a açıqlamasında bildirdi ki, suyun differensial tarifi dedikdə bu əhali üçün yenilik deyil. Yəni işıq və qazın qiyməti necədirsə, suyun tarifində də limit tətbiq ediləcək. Tarif…

Read More
Cəmiyyət 

Daxili işlər naziri DİN-in strukturlarında işləmək istəyənlərin sıra baxışını keçirib

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov fevralın 19-da respublikanın şəhər, rayon polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib. “İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, Bakı şəhərində keçirilən sıra baxışında DİN-ə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 175 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 14 nəfəri Vətən müharibəsi iştirakçısıdır. Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar…

Read More
Cəmiyyət 

Nazirlikdən üzərlik bitkisi ilə bağlı XƏBƏRDARLIQ

Son vaxtlar sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində üzərlik bitkisinin (xalq arasında “üzərlik”, “qarmala” kimi tanınır) istifadəsi, xarici ölkələrə aparılması və buna görə hüquqi məsuliyyətə cəlb olunma halları ilə bağlı müxtəlif məlumatlar yayılmaqdadır. Musavat.com xəbər verir ki, Səhiyyə Nazirliyi vətəndaşların sağlamlığının qorunması və maarifləndirilməsi məqsədilə üzərlik bitkisinin tərkibi, onun insan orqanizminə təsiri və bu sahədə mövcud olan risklər barədə aşağıdakıları bildirir. Üzərlik bitkisinin tərkibində harmin, harmalin, harmalol, tetrahidroharmin kimi alkaloidlər mövcuddur. Bu maddələr elmi ədəbiyyatda “harmala alkaloidləri” və ya “beta-karbolin alkaloidləri” adlanır. Bu qrup alkaloidlər mərkəzi sinir sisteminə təsir göstərən psixoaktiv…

Read More
Cəmiyyət 

Lerikdə I Qarabağ müharibəsinin itkin-şəhidi Nail Dənziyev dəfn edilib – YENİLƏNİB

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Nail Dənziyev dəfn edilib. Şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşi rayonun Mastail kənd qəbiristanlığında torpağa tapşırılıb. 14:19 Lerikdə Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Nail Dənziyevlə vida mərasimi keçirilib. “Report”un Cənub bürosu xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, Lerik rayonunun rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Qeyd edək ki, Nail Fahil oğlu Dənziyev 1974-cü il mayın 29-da Lerikin Mastail kəndində anadan olub. 1992-ci il sentyabrın 29-da Ağdərə rayonunun Sırxavənd kəndi istiqamətində gedən döyüşlər zamanı itkin…

Read More
Cəmiyyət 

Ramazanda şəhid ailələri metrodan pulsuz istifadə edə bilər? – RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə şəhid ailə üzvlərinin metrodan ödənişsiz istifadə etməsi ilə bağlı məlumatlar paylaşılıb. Bunun da Ramazan bayramı ilə bağlı olduğu qeyd edilib. Musavat.com xəbər verir ki, yayılan iddia ilə bağlı “Bakı Metropoliteni” QSC-dən bildirilib ki, metrodan ödənişsiz istifadə etmək hüququ olan sərnişinlərin əhatə dairəsi və bu hüququn əsasları aşağıdakı qanunvericilik aktları ilə müəyyən edilib: Nazirlər Kabinetinin 19 oktyabr 2010-cu il tarixli 179 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakı Metropolitenindən İstifadə Qaydaları”nın 4.1.1-ci bəndinə əsasən sərnişinlər 7 yaşınadək uşaqlara görə gedişhaqqı ödəməmək hüququna malikdirlər; xidməti vəzifələrinin icrası zamanı polis əməkdaşları – “Polis…

Read More
Cəmiyyət 

May ayında nəqliyyat PULSUZ OLACAQ – Bu şəxslərə

Bu il Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) qeydiyyatdan keçənlər üçün pulsuz nəqliyyat xidmətləri təşkil olunacaq. Musavat.com “Report”a istinadən xəbər verir ki, bütün qeydiyyatdan keçmiş WUF13 iştirakçıları üçün tədbir müddəti ərzində Heydər Əliyev Beynəlxalq Aeroportu ilə təyin olunmuş şəhər nəqliyyat mərkəzləri arasında xüsusi avtobuslar işləyəcək. Həmçinin tədbir məkanı üçün nəqliyyat vasitələri ödənişsiz olacaq. Xatırladaq ki, WUF13 bu il mayın 17-22-də Bakıda keçiriləcək.

Read More
Cəmiyyət 

Zaqatalada yağış, Daşkəsən və Şahdağda qar yağır – FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin fevralın 19-u saat 13:00-a olan məlumatına əsasən, bəzi rayonlarda yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. “İki sahil” xəbər verir ki, bu barədə Xidmətdən məlumat verilib. Bildirilib ki, Şahbuz, Gədəbəy, Zaqatalada yağış, Daşkəsən və Şahdağda isə arabir qar yağır. Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Naftalanda 28, Goranboyda 27, Zəngilan və Daşkəsəndə 23, Lerikdə 22, Şahdağda 21, Mingəçevir və Göygöldə 20, Xaltan və Zaqatalada 18, Gədəbəydə 17, Yardımlı və Qobustanda 16, Şəkidə 15 m/s-dək güclənir. Gəncə, Naftalan, Tərtər, Bərdə, Yevlax, Göyçay, İmişli, Kürdəmir, Sabirabad, Neftçala,…

Read More