Cəmiyyət 

SON DƏQİQƏ! DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yayımladı – VİDEO

Dövlət Təhlükəsizliyi Xidməti Ramiz Mehdiyev barəsindəki cinayət işi ilə bağlı detalları açıqlayıb. Bu barədə Musavat.com-a Xidmətdən məlumat verilib. Bildirilib ki, carici xüsusi xidmət orqanlarının Azərbaycanın təhlükəsizliyinə, milli maraq və mənafelərinə qarşı həyata keçirdikləri təxribat-pozuculuq fəaliyyətinin qarşısının alınması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən görülmüş kompleks tədbirlər nəticəsində Azərbaycan Respublikasının vətəndaşları – Mehdiyev Ramiz Ənvər oğlu, Abbasov Abbas Aydın oğlu, Kərimli Əli Əmirhüseyn oğlu və qeyrilərinin hakimiyyətin zorla ələ keçirilməsinə, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər etmələrinə əsaslı şübhələr yaranıb. Cinayət işi üzrə təqsirləndirilən şəxslərə elan edilmiş ittihama əsasən, xarici ölkənin…

Read More
Cəmiyyət 

Gəncədə ananın imtina etdiyi 40 günlük körpə necədir?

Gəncədə ananın imtina etdiyi 40 günlük körpənin vəziyyəti açıqlanıb. Gəncə Şəhər Birləşmiş Xəstəxanasından Musavat.com-a bildirilib ki, 10.02.2026-cı il tarixində saat 12:35 radələrində 2025-ci il təvəllüdlü azyaşlı (qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasının Pediatriya şöbəsinə hospitalizasiya olunub: “Ona yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası diaqnozu təyin olunub. Hazırda körpənin müalicəsi xəstəxananın müvafiq şöbəsində davam etdirilir, vəziyyəti stabildir”. Qeyd edək ki, ötən gün “Qafqazinfo”nun yaydığı məlumata görə, körpə qız uşağını anası Gəncə 2 nömrəli Birləşmiş Uşaq Xəstəxanasına gətirib və ondan imtina etdiyini deyərək körpələr evinə verilməsini istəyib.

Read More
Cəmiyyət 

Hava ilə bağlı XƏBƏRDARLIQ GƏLDİ – Bunu etsəniz CƏRİMƏLƏNƏCƏKSİNİZ

Bir neçə gün əvvəl Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən kəskin hava şəraiti ilə bağlı əhaliyə rəsmi müraciət edib. Nazirlikdən bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, ölkə ərazisində güclü külək, intensiv yağıntılar, qar və temperaturun kəskin enməsi gözlənilir. Bu səbəbdən vətəndaşlar təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırılır. Qarlı və buzlu hava şəraiti xüsusilə Bakıda hər dəfə eyni mənzərəni yaradır. Yolların buz bağlaması ilə paytaxtda demək olar ki, həyat dayanır, nəqliyyat sistemi iflic vəziyyətə düşür. Ən xırda qar yağışı və ya güclü leysan belə tıxaclara, qəzaların artmasına və ictimai nəqliyyatın fəaliyyətində…

Read More
Cəmiyyət 

DİQQƏT: İşsiz qalan bu şəxslərə sığorta pulu ödəniləcək…

İşsiz vətəndaşların işsizlik sığortası ala bilməməsi cəmiyyətdə suallar doğurur. Bir çox hallarda işsizlik sığortası ilə işsizlik müavinəti anlayışları qarışdırılır və nəticədə sistemin əhatə dairəsi ilə bağlı yanlış gözləntilər formalaşır. Bəs niyə bütün işsizlər bu ödənişdən yararlana bilmir? Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, işsizlikdən sığorta sistemi bütün işsizləri əhatə etmək üçün deyil. Bu sistem sığorta prinsipi əsasında qurulub. Onun sözlərinə görə, işsizlik sığortası işsizlik müavinəti ilə eyni anlayış deyil: “İşsizlikdən sığorta haqqında qanun elə formada qəbul edilib ki, bütün işsizlər bu ödənişi ala bilmir. Bunun…

Read More
Cəmiyyət 

Rayonlarda bu sahələr üzrə işçi tapılmır – AÇIQLANDI

Rayonlarda bəzi sahələr üzrə iş tapmaq olmur. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Komitənin məlumatına görə, işəgötürənlərin ən çox əziyyət çəkdiyi sahələr texniki ixtisaslar, satış və marketinq, mühasibatlıq, maliyyə, tikinti və fiziki işlər, kənd təsərrüfatı və heyvardarlıq, ticarət, turizm, ofis və inzibati işlərdir. Bəs kadr çatışmazlığının əsas səbəbi nələrdir? Kariyera mütəxəssisi Nicat Həmidov bildirib ki, əsas səbəblərdən biri namizədin peşə bacarıqlarının olmaması, namizədin təcrübəsizliyi, əməkhaqqı gözləntisinin yüksək olmasıdır. Qurum rəsmisinin sözlərinə görə, təhsil, tibb və digər ixtisaslaşmış sahələr üzrə də işçi çatışmazlığı mövcuddur. İnsan Resursları üzrə mütəxəssis Röyal Əhmədov…

Read More
Cəmiyyət 

Temudan azərbaycanlı istifadəçilərinə daha bir ZƏRBƏ

“Temu” onlayn alış-veriş platformasının istifadəçilərə təqdim etdiyi endirim kartları ilə bağlı gözlənilməz yenilik var. Şirkət müştərilərin alış-veriş vərdişlərinə birbaşa təsir edəcək qərar verərək, mövcud endirim kartlarının fəaliyyətini qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib. Gündə iki dəfə təqdim olunan endirim kartları artıq Temuda müştərilərə göndərilmir. Hansı ki, bu endirim kartları ilə məhsulları 70,80 faiz endirimlə almaq mümkün olurdu. Dəyişiklik istifadəçilər arasında müəyyən suallar doğursa da, görünür bu addım şirkətin marketinq büdcəsinə qənaət etmək istəyindən qaynaqlana bilər. Şirkətin bu qərarından sonra alternativ kampaniyaların hansı formada davam edəcəyi isə hələlik tam dəqiqləşməyib. Qeyd edək…

Read More
Cəmiyyət 

Təhsilhaqqı baha, təhlükəsizliyi zəif özəl məktəblər – ARAŞDIRMA

Valideynlər sual edir: “Bu qədər pul ödədiyim halda övladımın təhlükəsizliyinə nə dərəcədə zəmanət var?” Bir çox özəl liseydə təhsil haqları yüksəkdir, lakin məktəblərin mühafizə sistemi ciddi tənqid olunur. Rəsmi statistikaya görə, 2025-ci ildə ölkədə təhsil müəssisələrinin əksəriyyətində təhlükəsizlik kameralarının sayı artırılıb, giriş-çıxışlarda nəzarət gücləndirilib. Lakin özəl liseylərdə tədbirlərin səviyyəsi bərabər deyil. Məktəblərdə şagirdlərin çantalarının yoxlanması aparılır, amma şagirdin özünün yoxlanmasına nadir hallarda rast gəlinir. Bu da valideynlər arasında narazılıq doğurur. Yada salaq ki, fevralın 2-də “İdrak” liseyində 10-cu sinif şagirdi ov tüfəngi ilə müəllimə atəş açıb. Liseydə baş verən hadisədən…

Read More
Cəmiyyət 

ADY təhlükəsizliklə bağlı vətəndaşlara müraciət etdi – VİDEO

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) təhlükəsizliklə bağlı vətəndaşlara müraciət edib. ADY-dən Musavat.com-a verilən məlumata görə, 30 ildən artıq dəmir yollarında çalışan maşinist Xoşbəxt Hüseynov işinin məsuliyyətindən və qarşılaşdığı risklərdən danışıb. ADY maşinistindən vacib çağırış: dəmir yollarında təhlükəsizlik hər kəsin məsuliyyətidir. Məlumata görə, hərəkət zamanı insanların qəfil yola çıxması və təcili tormozlama qatar heyəti və sərnişinlərdə qorxu, stres və həyəcan yaradır. “Təhlükəsizlik qaydalarının pozulması həm də insanlar və qatarlara ciddi ziyan dəyməsi ilə nəticələnir”, – məlumatda qeyd olunur.

Read More
Cəmiyyət 

“İdrak”da müəllimini güllələyən şagirdin FOTOsu

Bakıdakı “İdrak” liseyində fevralın 6-sı müəllimi Şəhla Kamilovanı güllələyən şagirdin fotosu sosial şəbəkələrdə yayılıb. Musavat.com bakupost.az-a istinadən xəbər verir ki, sözügedən foto Tik Tok platformasında müxtəlif kontentlərin tərkib hissəsi olaraq paylaşılır. Həyəcan siqnalı yaradan bu paylaşımlar şagirdin Vladislav Roslyakovla bağlı TikTok repostlarının fon musiqisi ilə hazırlanır. Şərhlərdə isə fotoya “arzuladığı “edit”i onun üçün etdilər” kimi başlıq verərək, onu qəhrəmanlaşdırırlar. Hazırlanan kontentlərdən sonra şagirdin şəxsi hesabında özünün vaxtilə etdiyi bütün paylaşımlar silinib. Qeyd edək ki, onun TikTok paylaşımlarında Vladislav Roslyakova xüsusi rəğbət bəslədiyi diqqət çəkib. Demək olar ki, bütün “TikTok” repostları məhz…

Read More