Cəmiyyət 

Şuşa yenidən ağ örpəyə bürünüb

Şuşaya növbəti dəfə qar yağıb. Azərbaycanın mədəniyyət paytaxtı olan qədim qala-şəhər yenidən bəyaz örtüyə bürünərək, seyrinə doyum olmayan mənzərələr yaradıb. “İki sahil” xəbər verir ki, qışın gəlişi ilə Şuşanın hər bir guşəsi xüsusi bir gözəllik qazanıb. Şəhərin simvolu sayılan tarixi abidələr, sıldırım qayalar və uca ağaclar qarın yaratdığı ağ libasla sanki bir nağıl dünyasını xatırladır. Yağan qar şəhərin tarixi ruhunu daha da qabardaraq, qış mənzərəsini füsunkar bir tabloya çevirib. Dağların zirvəsində yerləşən bu əzəmətli şəhər, dumanlı və qarlı havası ilə bura gələn qonaqları özünə heyran qoyur. Hazırda yağıntı davam edir. Yenidən…

Read More
Cəmiyyət 

Ət bahalaşır, balıq bazarında vəziyyət necədir? – Bazardan reportaj

Qış aylarında qida rasionunda balıq xüsusi yer tutur. Son dövrlər ət məhsullarının bahalaşması isə əhalinin balığa marağını daha da artırıb. Bu səbəbdən balıq bazarlarında qiymətlər, məhsulların mənşəyi və saxlanma şəraiti hər zaman diqqət mərkəzindədir. Balıq həm zülal, həm də D vitamini, fosfor və kalsiumla zəngin qida məhsulu kimi sağlamlıq baxımından əvəzolunmaz sayılır. Mütəxəssislər müntəzəm balıq istehlakının ürək-damar xəstəlikləri riskini azaltdığını bildirirlər. Bəs bazarlarda satılan balıqlar nə dərəcədə təhlükəsizdir? Qiymətlər hansı səviyyədədir və sanitar qaydalara əməl olunurmu? Bu və digər suallara aydınlıq gətirmək üçün Nizami rayonunda yerləşən bazarların birində balıq satışı…

Read More
Cəmiyyət 

Qəbiristanlıqların statusu dəyişir? – Qəbir biznesi kimə tabe olacaq?

Son dövrlər Azərbaycanda qəbiristanlıqların salınması və idarə olunması ilə bağlı təsdiq edilmiş qaydaların icrasında ciddi uyğunsuzluqlar müşahidə olunur. Mövcud qəbiristanlıqların bir qisminin hüquqi statusu, hansı qurumun balansında olduğu və faktiki olaraq kim tərəfindən idarə edildiyi aydın deyil. Bu problem Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamran Bayramov tərəfindən Regional məsələlər komitəsinin iclasında da gündəmə gətirilib. Deputat bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı Ədliyyə Nazirliyinin 2025-ci il üzrə illik məruzəsinin müzakirəsi zamanı bildirib ki, hazırkı qaydalar əsasən yeni salınan qəbiristanlıqlara şamil olunur, lakin bir sıra mövcud qəbiristanlıqlar anlaşılmaz şəkildə…

Read More
Cəmiyyət 

Soyuqlar nə zaman bitir? – Böyük və kiçik çillə

Azərbaycan xalq təqvimində qış fəsli təkcə təqvim ayları ilə deyil, həm də çillə dövrləri ilə ölçülür. Xalq arasında havaların kəskin soyuması, şaxtalar, güclü küləklər və çovğunlar adətən Böyük çillə və Kiçik çillə ilə əlaqələndirilir. Bu anlayışlar yüzillər boyu formalaşmış müşahidələrə və təbiət hadisələrinə əsaslanır. Bəs Böyük çillə nədir? Böyük çillə qışın ən uzun və ən sərt dövrü hesab olunur. Xalq təqviminə görə, Böyük çillə hər il dekabrın 21-dən yanvarın 30-dək davam edir və 40 gün çəkir. “Çillə” sözünün özü də məhz “qırx” mənasını verir. Bu dövrdə, havanın temperaturu kəskin enir,…

Read More
Cəmiyyət 

Artımlarla birgə fevralın pensiyaları bu tarixdə veriləcək – Dəqiq gün məlum oldu

Prezident İlham Əliyevin yeni Sərəncamı ilə pensiyalar indeksləşdirilərək 9,3 faiz artırılıb. Artımlar yanvar ayının 1-dən tətbiq olunur və ötən ayın artımları fevral ayının ödənişi ilə birlikdə veriləcək. Milli.Az-ın əldə etdiyi məlumata görə, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yanvar ayı üzrə pensiyaların veriləcəyi tarix məlum olub. Pensiyalar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə fevral ayının 13-də ödəniləcək. Daha sonra isə qrafikə uyğun olaraq respublikamızın digər bölgələri üzrə bu ayın pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək. Qeyd edək ki, pensiyaların indeksləşdirilərək artırılması bütün pensiyaçılara (o…

Read More
Cəmiyyət 

Çörək bahalaşdı – 1 manat 10 qəpik – FOTO

Bəzi çörək növlərinin qiyməti artıb. Qiymət artımı əsasən “baton” çörəklərində qeydə alınıb. Belə ki, əvvəllər doğranmış “baton” çörəkləri 1 manata satılırdısa, hazırda 1 manat 10 qəpiyə təklif olunur. Qiymət artımı supermarketlərdə hazırlanan çörək növlərində də qeydə alınıb. Bir sözlə “zavod çörəyi”ndən başqa digər çörək növlərində bu və digər şəkildə bahalaşma var. Bəs, qiymət artımın səbəbi nədir? Məsələyə münasibət bildirən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizim.Media-ya açıqlamasında deyib ki, son vaxtlar zavod çörəyindən başqa çörək növlərinin bahalaşmasının əsas səbəbi istehsal xərclərinin artmasıdır: “Çeşidli çörəklər adətən özəl sexlərdə və kiçik istehsalçılar…

Read More
Cəmiyyət 

Bakıda dünyaşöhrətli fotojurnalist Reza Deqatinin “Yüksələn işıq” sərgisi açılıb

Heydər Əliyev Beynəlxalq Aeroportunda dünyaşöhrətli fotojurnalist Reza Deqatinin “Yüksələn işıq” adlı sərgisi açılıb. “İki sahil” xəbər verir ki, Leyla Əliyeva sərgini ziyarət edib. Reza Deqati Leyla Əliyeva sərgi ilə bağlı ətraflı məlumat verib. Qeyd edək ki, “Yüksələn işıq” sərgisi Reza Deqatinin (www.instagram.com/rezaphotography/) obyektivindən Azərbaycanın vətəndaşlarını, təbiətini, adət-ənənələrini və gündəlik həyatının incə ahəngini əks etdirir. Bu fotolar təkcə görüntü deyil, ölkənin ruhunu və işığını əks etdirən canlı hekayələrdir. “Azərbaycan Hava Yolları” QSC (AZAL) üçün bu sərgi səyahətin əsl mahiyyətini kəşf etməyi, ünsiyyəti və mədəniyyətlər arasında körpülər qurmaq gücünü ifadə edir. Reza Deqatinin…

Read More
Cəmiyyət 

Fəzail Ağamalı ilə vida mərasimi başa çatdı – FOTOLAR, VİDEOYENİLƏNİB

Milli Məclisin sabiq deputatı, Ana Vətən Partiyasının keçmiş sədri Fəzail Ağamalı ilə Heydər məscidində keçirilən vida mərasimi başa çatıb. Musavat.com xəbər verir ki, mərhumun cənazəsi dəfn olunmaq üçün Sabunçu rayonu, Ramana qəbiristanlığına yola salınıb. Vida mərasimində mərhumun ailə üzvləri, yaxınları, partiya nümayəndələri iştirak ediblər. Çıxış edənlər Fəzail Ağamalının Azərbaycan siyasi həyatında oynadığı rolu, uzun illər parlamentdə fəaliyyəti, prinsipial mövqeyi və siyasi mübarizədə göstərdiyi iradəni xüsusi vurğulayıblar. *** Xəbər verdiyimiz kimi, Milli Məclisin sabiq deputatı, Ana Vətən Partiyasının keçmiş sədri Fəzail Ağamalı ötən gün 78 yaşında vəfat edib. Musavat.com-un məlumatına görə, bu…

Read More
Cəmiyyət 

“Mənim üçün çox çətin, ağırdır” – Günay Ağamalı

“Mənim üçün çox çətindir. Atam haqqında nəsə demək mənim üçün ağırdır…” Bu sözləri Musavat.com-a açıqlamasında mərhum Fəzail Ağamalının deputat qızı Günay Ağamalı bildirib. O, atasının vida mərasimində media nümayəndələrinin suallarını cavablandırarkən duyğularını gizlətməyib və hazırda danışmağın onun üçün nə qədər çətin olduğunu ifadə edib. Mərhumun oğlu Elçin Ağamalı isə bütün sualları cavabsız qoyub. O, qısa şəkildə “İndi atam haqqında nəsə danışmağın nə yeri, nə zamanıdır” – deyə bildirib. Xatırladaq ki, Milli Məclisin deputatı Günay Ağamalı bir neçə gün öncə Ana Vətən Partiyasının sədri seçilib. Ötən ilin oktyabrın 25-də keçirilən AVP-nin qurultayında Fəzail…

Read More