Cəmiyyət 

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşaqdan xəbər var

Ağcabədi rayonunun Aşağı Avşar kəndində bir neçə gün öncə bıçaqlanan 7 yaşlı uşağın son vəziyyəti açıqlanıb. Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından Musavat.com-a bildirilib ki, 04.02.2026-cı il tarixində saat 18:00 radələrində Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunan 2019-cu il təvəllüdlü azyaşlının müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir. Hazırda vəziyyəti stabil olaraq qiymətləndirilir. DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib ki, polisin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan 1 nəfər müəyyən edilib. Faktla bağlı araşdırmalar davam etdirilir. Hadisəni törətməkdə şübhəli bilinən şəxsin 12 yaşı olduğu bildirilir.

Read More
Cəmiyyət 

DİN qadın işçilər axtarır – VAKANSİYA

Daxili İşlər Nazirliyi Bakıda yerləşən müvafiq qurumlarında, eləcə də respublikanın şəhər və rayon polis orqanlarında vakant olan yetkinlik yaşına çatmayanların işləri üzrə orta rəis heyəti üzrə inspektor vəzifələrinə qadın namizədlərin xidmətə qəbulunu elan edir. Müsabiqədə Azərbaycanın dövlət ali təhsil müəssisələrini hüquqşünaslıq və pedaqoji ixtisaslar üzrə bitirən, 20-30 yaş aralığında, boyu 160 sm-dən yuxarı olan, özü və yaxın qohumlarının məhkumluğu olmayan, qadın cinsli Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilərlər. Namizədlərin sağlamlıq vəziyyəti, fiziki hazırlığı və bilik səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanılacaqdır. Müsabiqə zamanı kompüterdə işləmək bacarığı olan, məsuliyyətli və diqqətli,…

Read More
Cəmiyyət 

Dövlət Dəniz və Liman Agentliyində Azərbaycanın mexanik sertifikatı əldə edən ilk qadın dənizçisi ilə görüş olubFOTO

Dövlət Dəniz və Liman Agentliyində Azərbaycan bayrağı altında üzən gəmilərdə motorçu vəzifəsində çalışan İradə Astanova ilə görüş keçirilib. O, fevralın 5-də Agentlikdə növbətçi mexanik ixtisası üzrə təşkil edilən imtahanda 97 bal toplayaraq ölkəmizdə komandir heyətinə daxil olmaq hüququ qazanan ilk qadın dənizçi kimi tarixə düşüb. Görüş iştirakçıları İradə Astanovanı göstərdiyi yüksək nəticəyə görə təbrik edib, ona gələcək fəaliyyətində yüksək nailiyyətlər arzulayıblar. Qadının çətin və məsuliyyətli dənizçi peşəsinə üstünlük verməsi yüksək qiymətləndirilib. İradə Astanova dənizçi peşəsini öz istəyi ilə seçdiyini qeyd edib. Vurğulayıb ki, gəmidə işləmək insanı həm fiziki, həm də…

Read More
Cəmiyyət 

Dəyərlər…

Bəzi anlayışların müzakirəsi zəruridir. Xatırlamaq, xatırlatmaq üçün. Dəyər tərəzisi hər gözdə fərqlidir. Bəzən status, vəzifə, titul bu tərəzidə ağır çəkir, mədəniyyət etika, heysiyyət, yüngül qalır. İnsanın öncəliklə özünə, sonra, ətrafına, cəmiyyətə münasibəti ilə formalaşır, bəzən də formalaşa bilmir. Əgər bir cəmiyyətdə, insanlar arası münasibətlərdə, boşluq varsa, xoş olmayan situasiyalar yaranırsa, bunun əsas səbəbi həmin şəxslərin dəyərləri bilməməsidir. Fərdlərin həyata baxışı müxtəlifdir, təbii ki. Xüsusilə, müasir dövrdə azadlığı əfsuslar olsun, çox yalnış anlayanlar var. Azyaşlıların bir-birilərinə qarşı zorakılığı, hətta valideyn övlad bağlarının artıq əvvəlki müqəddəsliyini itirdiyinin şahidi oluruq. Mənzərə dəhşətlidir. Nümunələrin…

Read More
Cəmiyyət 

Salatdan kütləvi ZƏHƏRLƏNMƏ – 1 yaşlı uşağa da…

Quba rayonunda səkkiz nəfər qidadan zəhərlənib. Rayonun Xucbala kəndində qonaqlıq zamanı – 1953-cü il təvəllüdlü N.Şabutov, 1953-cü il təvəllüdlü H.Şabutova, 1986-ci il təvəllüdlü A.Şabutova, 2003-cü il təvəllüdlü A.Şabutova, 2003-cü il N.Şabutova, 2010-cu il D.Şabutov, 2025-ci il təvəllüdlü G.Şabutova və 1978-ci il təvəllüdlü D.Məmmədova qida zəhərlənməsi diaqnozu ilə Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Onların paytaxt salatından zəhərləndikləri ehtimal olunur. Faktla bağlı araşdırma aparılır. Qida təhlükəsizliyi hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Musavat.com-a açıqlamasında bildirib ki, dünyanın digər ölkələrində də, Azərbaycanda da qida zəhərlənmələrinin əksər hissəsini məişət zəminində hazırlanan qidalar təşkil…

Read More
Cəmiyyət 

İnsan alverinin qurbanına çevrilməmək üçün diqqətli ol – DİN-dən müraciət/VİDEO

Yüksək maaş, sərfəli şərtlər, sürətli sənədləşmə prosesi… İlk baxışdan bu təkliflər cəlbedici görünsə də, araşdırmalar onu göstərir ki, son dövrlər sosial şəbəkələrdə xaricdə iş və təhsil adı altında saxta elanlara rast gəlinir. DİN-in Mətbuat Xidmətindən “İki sahil”ə bildirilib ki, saxta elanlara inanaraq xarici ölkələrə səfər edən bəzi vətəndaşların sənədləri əllərindən alınır, onlar məcburi əməyə, cinsi istismara məruz qalır və sonda insan alverinin qurbanına çevrilirlər. Bəs bu kimi hallardan qorunmaq üçün nə etməliyik? 1. Xaricdə yüksək məvacibli iş və təhsillə bağlı onlayn təklif aldıqda DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin…

Read More
Cəmiyyət 

Fevralın 9 və 10-u bayramdır

Azərbaycanın bütün bölgələrində Novruz qabağı keçirilən mərasimlərdən biri Xıdır və yaxud Xıdır Nəbi bayramıdır. Bu bayram “qışın oğlan çağında”, kiçik çillənin onuncu günü, Novruzdan altı həftə qabaq qeyd edilir. Kiçik çillə yanvar ayının 31-dən fevralın 19-na qədər olduğundan Xıdır bayramı bəzi yerlərdə fevralın 9-da və 10-da kiçik çillənin yarı olduğu gündə keçirilir. Bu bayram Naxçıvanda, Şərur rayonunun Aşağı Yaycı kəndində fevralın 5-də qeyd olunur. Çalxanqala, Təzəkənd kəndlərində isə “Xıdır Nəbi” fevralın 14-ü (15-i) Xıdırın anadan olduğu gün bayram edilir. Xıdır Nəbi günü bəzən həftənin dördüncü gününə təsadüf etdiyindən bunu dinlə…

Read More
Cəmiyyət 

Naxçıvana yeni Baş nazir təyin olunub

Naxçıvan Muxtar Respublikasına (MR) yeni Baş naziri təyin olunub. “Report”un yerli bürosu xəbər verir ki, bununla bağlı Naxçıvan MR Ali Məclisi qərar qəbul edib. Belə ki, Azərbaycan Prezidentinin təqdimatı əsasında Cabbar Musayev MR-in yeni Baş naziri təyin olunub. Qeyd edək ki, C.Musayev 1981-ci il yanvar ayının 10-da Naxçıvan şəhərində anadan olub. Ankara şəhərində ali təhsil alıb, 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə kredit ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. İqtisad üzrə fəlsəfə doktorudur. 2004-2013-cü illərdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində böyük məsləhətçi, sektor müdiri vəzifələrində işləyib, 2013-2016-cı…

Read More
Cəmiyyət 

Azərbaycanda İİV niyə regionun ən aşağı səviyyəsində qalır? – Səhiyyə Nazirliyinin mütəxəssisindən açıqlama

İlk İİV hallarının ölkəmizdə qeydə alındığı tarixdən bu günə qədər infeksiyanın yayılma sürəti regionda ən aşağı səviyyələrdən biri olaraq qalır. Müasir antiretrovirus müalicə proqramları, erkən diaqnostika, PrEP/PEP kimi qabaqlayıcı tədbirlər və geniş maarifləndirmə işləri sayəsində minlərlə insan nəzarət altında saxlanılır və yoluxma riski minimuma endirilir. Musavat.com xəbər verir ki, Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Günel Babayeva İİV-in nə olduğu, əsas yoluxma yolları, qorunma üsulları, anadan uşağa ötürülmənin qarşısının alınması, tibbi təhlükəsizlik və stiqmanın aradan qaldırılması kimi vacib məsələlərə aydınlıq gətirib. – Günel xanım, ilk olaraq…

Read More