Cəmiyyət 

Xankəndi şəhərinə ilk köç karvanı yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. “İki sahil” xəbər verir ki, Xankəndi şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. İlk mərhələdə Xankəndi şəhərinə 36 ailə – 162 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Read More
Cəmiyyət 

Xankəndiyə köçən sakin: Uzun illərdən sonra vətənə qayıtmaq böyük bir xoşbəxtlikdir

Otuz üç il əvvəl Xankəndidən çıxmalı olduq və uzun illərdən sonra vətənə qayıtmaq böyük bir xoşbəxtlikdir. “İki sahil” xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Xankəndiyə köçən keçmiş məcburi köçkün Familə Pəniyeva söyləyib. Keçmiş məcburi köçkün onlara yaradılan şəraitə görə təşəkkür edib. “Evlərimiz pişkatma yolu ilə müəyyən edilib və bundan sonra təhlükəsiz şəraitdə yaşaya biləcəyik. Oradan çıxanda çox çətinliklər yaşamışdıq, amma heç birimiz ümidimizi itirmədik. Şəhidlərimizə rəhmət diləyirəm, qazilərimizə cansağlığı arzulayıram”,- deyə o əlavə edib.

Read More
Cəmiyyət 

Bakıda yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Azərbaycanda müşahidə olunan qeyri-sabit hava şəraitinə görə Bakıda bir sıra küçə və prospektlərdə sürət həddi endirilə bilər. Musavat.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin sürücülərə müraciətində bildirilib. Müraciətdə vurğulanıb ki, Bakıda havanın gecə saatlarında şaxtalı olacağı gözlənilir: “Bəzi yolların buz bağlayacağı və sürüşmə ehtimalının artacağını nəzərə alaraq, sürücülər nəqliyyat vasitəsini sürətlə idarə etməkdən çəkinməlidirlər. Onların ehtiyatlı davranması, eləcə də nasazlıq baş verdikdə avtomobili dərhal yolun kənarına çəkməsi vacibdir. Yollarda sürücülər üçün təhlükəli vəziyyət yaranacağı təqdirdə bir sıra küçə və prospektlərdə sürət həddi endiriləcək”.

Read More
Cəmiyyət 

Bu gün və sabahla bağlı XƏBƏRDARLIQ

BDU-nun Astrofizika kafedrasının məlumatına görə, hazırda Günəşdə M11 alışmaları səbəbindən aktivlik aşağı (R1) səviyyədədir. 20-21 yanvar tarixlərində X sinif alışmaların baş verməsi ehtimal olunur. Baş verən alışmalar planetlərarası zərbə dalğası yaradıb və maqnit sahəsini artırıb, lakin Günəş küləyinin sürəti minimaldır. 20 yanvar Günəş küləyinin artması gözlənilir; təsir yanvarın 21-22-də azalacaq və 22-də normal səviyyəyə çatacaq. Geomaqnit sahə 20 yanvar G1-G2 səviyyəsində aktiv olacaq, 21-də normallaşacaq və 22-dən stasionar vəziyyətə keçəcək. Kp əmsalı 20-də 5-7, sonrakı günlərdə isə 4 və aşağı olacaq.

Read More
Cəmiyyət 

Bu gecə Xankəndi və Şuşaya qar yağacaq

Saat 11:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə sulu qar, qar yağır. Milli Hidrometeorologiya Xidmətindən Musavat.com-a verilən məlumata görə, ayrı-ayrı yerlərdə intensiv xarakterlidir. Yağan qarın hündürlüyü Əlibəy (Zaqatala) və Lerikdə 39, Şahbuzda 35, Kəlbəcərdə 32, Sarıbaşda (Qax) 30, Laçın və Qubadlıda 23, Yardımlıda 20, Kişçayda (Şəki) 19, Xızıda 18, Xaltanda 16, Qrızda 15, Şuşada 13, Şamaxı, Qobustan və Lazada (Qusar) 12, Xınalıqda 10, Xankəndidə 9, Şahdağda 7, Qubada 6, İsmayıllı, Xocalıda 5, Ceyrançöl və Sədərəkdə 4, Füzulidə 3, Qəbələ və Gədəbəydə 1 sm-dir. Düşən yağıntının…

Read More
Cəmiyyət 

Xankəndidə qar mənzərəsi – VİDEO

Xankəndi şəhərində qış özünü bütün gözəlliyi ilə göstərib, yağan qar şəhəri ağ örpəyə bürüyüb. Musavat.com xəbər verir ki, son saatlarda müşahidə olunan qar Xankəndidə romantik və sakit qış mənzərəsi yaradıb. Küçələr, parklar və binalar qarla örtülüb, şəhərdə qış ab-havası hökm sürür. Sakinlərin sözlərinə görə, qar həm şəhərin görünüşünə xüsusi gözəllik qatıb, həm də qışın tam mənada hiss olunmasına səbəb olub. Hazırda hava şəraitinin sabit olduğu, lakin soyuq temperaturun davam etdiyi bildirilir. Qeyd edək ki, Xankəndi bölgəsində qış aylarında qar yağışı tez-tez müşahidə olunur və bu cür mənzərələr şəhərin təbii gözəlliyini…

Read More
Cəmiyyət 

Leyla Əliyeva Əddis-Əbəbədə bir sıra sosial və mədəni obyektlərlə tanış olub – FOTO

Leyla Əliyeva Efiopiyanın paytaxtı Əddis-Əbəbədə bir sıra sosial və mədəni obyektlərlə tanış olub. “İki sahil” xəbər verir ki, Leyla Əliyeva əvvəlcə Berhan Gözdən Əlillər üçün İnternat Məktəbini ziyarət edib. Efiopiyanın birinci xanımı Zinaş Tayaçevin təşəbbüsü və himayəsi ilə inşa olunan məktəb ölkənin bütün bölgələrindən seçilmiş 9-cu sinifdən 12-ci sinfə qədər gözdən əlilliyi olan və görmə məhdudiyyətli 300-dən çox şagirdə xidmət göstərir. Məktəb milli tədris proqramını şagirdlərinin ehtiyaclarına uyğunlaşdıraraq Brayl əlifbasından, audioresurslar və kompüter ekran oxuyucusu texnologiyasından istifadə edir. Əsas akademik fənlərlə yanaşı, şagirdlər Brayl əlifbasını, orientasiya və hərəkətlilik, həyat bacarıqları və…

Read More
Cəmiyyət 

Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ: Bakıya bu tarixdə güclü qar yağacaq

Bakıda qar nadir hallarda yağan, amma hər dəfə geniş müzakirə doğuran hadisədir. Məhz bu səbəbdən sinoptik xəritələrdə paytaxta doğru hərəkət edən soyuq hava axınları bu günlərdə həm mütəxəssislərin, həm də sakinlərin diqqət mərkəzinə düşüb. Temperaturun gecə saatlarında sıfır həddinə yaxınlaşması, buludluluğun artması və rütubətin yüksəlməsi “Bakıya qar yağacaqmı?” sualını yenidən gündəmə gətirib. Hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov KONKRET.az-a açıqlamasında bildirib ki, mövcud meteoroloji proqnozlara əsasən, həftənin ilk günlərində paytaxtda yağıntıların sulu qar və qar şəklində düşmə ehtimalı var. “Belə ki, Bazar ertəsi (19 yanvar) və Çərşənbə axşamı…

Read More
Cəmiyyət 

Ətin qiyməti dəyişəcək – Mühüm AÇIQLAMA

“Heyvan bazarlarının fəaliyyətə başlaması, şübhəsiz ki, ət bazarında qiymətlərə öz təsirini göstərəcək. İlk növbədə qeyd etmək lazımdır ki, bazarların bağlı olması uzun müddət kəndlilərə və fermerlərə ciddi ziyan vururdu”. Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Razi Abasbəyli bildirib. O deyib ki, məhsulların bazarlara çıxarılması və satışının təşkili ilə bağlı böyük çətinliklər yaranmışdı: “Bu da qiymətlərin nisbətən aşağı səviyyədə qalmasına səbəb olurdu. Bazarların açılması isə kəndlilərin və fermerlərin öz məhsullarını daha sərbəst və rəqabətli mühitdə satmasına imkan yaradacaq. Eyni zamanda dabaq xəstəliyinin yayılması və heyvan bazarlarının bağlı olmasından istifadə edən bəzi idxalçılar…

Read More
Cəmiyyət 

Bakı metrosu ilə bağlı YENİ XƏBƏR – Bu tarixdə…

Yanvarın 21-də “Qarabağ” FK-nın UEFA Çempionlar Liqası oyunu ilə əlaqədar “Bakı Metropoliteni” QSC-də iş saatı uzadılacaq. Bu barədə Musavat.com-a səhmdar cəmiyyətindən bildirilib. Məlumata əsasən, azarkeşlərin rahat və təhlükəsiz daşınması üçün Bakı metrosu gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək, bütün stansiyalar yanvarın 22-nə keçən gecə saat 01:00-a qədər açıq olacaq, “Gənclik”, “28 May” və “Nərimanov” stansiyalarında xüsusi nəzarət təmin ediləcək.

Read More