Bu gün və sabahla bağlı XƏBƏRDARLIQ
BDU-nun Astrofizika kafedrasının məlumatına görə, hazırda Günəşdə M11 alışmaları səbəbindən aktivlik aşağı (R1) səviyyədədir. 20-21 yanvar tarixlərində X sinif alışmaların baş verməsi ehtimal olunur.
Baş verən alışmalar planetlərarası zərbə dalğası yaradıb və maqnit sahəsini artırıb, lakin Günəş küləyinin sürəti minimaldır. 20 yanvar Günəş küləyinin artması gözlənilir; təsir yanvarın 21-22-də azalacaq və 22-də normal səviyyəyə çatacaq.
Geomaqnit sahə 20 yanvar G1-G2 səviyyəsində aktiv olacaq, 21-də normallaşacaq və 22-dən stasionar vəziyyətə keçəcək. Kp əmsalı 20-də 5-7, sonrakı günlərdə isə 4 və aşağı olacaq.

