Cəmiyyət 

Xankəndidə qar mənzərəsi – VİDEO

Xankəndi şəhərində qış özünü bütün gözəlliyi ilə göstərib, yağan qar şəhəri ağ örpəyə bürüyüb.

Musavat.com xəbər verir ki, son saatlarda müşahidə olunan qar Xankəndidə romantik və sakit qış mənzərəsi yaradıb. Küçələr, parklar və binalar qarla örtülüb, şəhərdə qış ab-havası hökm sürür.

Sakinlərin sözlərinə görə, qar həm şəhərin görünüşünə xüsusi gözəllik qatıb, həm də qışın tam mənada hiss olunmasına səbəb olub. Hazırda hava şəraitinin sabit olduğu, lakin soyuq temperaturun davam etdiyi bildirilir.

Qeyd edək ki, Xankəndi bölgəsində qış aylarında qar yağışı tez-tez müşahidə olunur və bu cür mənzərələr şəhərin təbii gözəlliyini daha da ön plana çıxarır.

 

Daha çox xəbərlər