Cəbhədən Xəbər 

Müdafiə Nazirliyinin zabit heyəti Zəfər Günü ilə bağlı İkinci Şəhidlər xiyabanını ziyarət edib – FOTO

Bu gün Vətən müharibəsində qazanılmış böyük zəfərin üçüncü ildönümü münasibətilə Müdafiə Nazirliyinin zabit heyəti İkinci Şəhidlər xiyabanını ziyarət edib. “Report” xəbər verir ki, hərbçilər ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad edib, ruhlarına dualar oxuyublar. Nazirliyin zabit heyəti şəhidlərimizin məzarlarını ziyarət edərək üzərlərinə gül dəstələri düzüblər.  

Read More
Cəbhədən Xəbər 

Əlahiddə Ümumqoşun Ordunun Xüsusi Təyinatlıları “Qapıcıq” zirvəsinə yürüş ediblər – FOTO

Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 illiyi ilə əlaqədar Əlahiddə Ümumqoşun Ordunun Xüsusi Təyinatlıları “Qapıcıq” zirvəsinə yürüş edib. “Report” xəbər verir ki, ölkə başçısı cənab İlham Əliyev 20 il bundan öncə 2003-cü ildə ilk dəfə Prezident vəzifəsinə seçilən zaman Azərbaycan xalqına müraciət edərək bildirmişdi ki, nəyin bahasına olursa-olsun, biz öz tarixi torpaqlarımızı düşmənin əlindən alacağıq. İstər sülh yolu ilə, istər müharibə yolu ilə və belə də oldu. Sözü imzası qədər dəyərli olan cənab İlham Əliyevin siyasi iradəsi və sərkərdəliyi, ordumuzun rəşadəti, xalqımızın birliyi nəticəsində 30 illik işğala son…

Read More
Cəbhədən Xəbər 

Ordu bax belə olar

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin güclənməsi və möhkəmlənməsi davam etməkdədir və şübhə yoxdur ki, gələcəkdə də həm bölgənin, həm də dünyanın ən güclü ordularından biri olaraq qalacaq! Otuz il ərazilərinin 20 faizi yağmalanan Azərbaycan xalqı və dövləti torpaqlarımızın azad edilməsi və  bütün sərhədlərimiz boyunca bayrağımızın dalğalanması dövlət siyasətinin əsas prioriteti və strateji hədəfi olub. Uzun illər ərzində danışıqlar masasında prinsipiallıq göstərən Azərbaycan, eyni zamanda, müstəqilliyimizin, suverenliyimizin qarantı olan ordumuzun qüdrətinin, gücünün artırılması istiqamətində zəruri olan addımları atdı.  Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı düşünülmüş…

Read More
Cəbhədən Xəbər 

Azad olunan ərazilərdə daha 649 partladılmamış hərbi sursat aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (oktyabrın 30-dan noyabrın 5-ə) açıqlanıb. Bu barədə ANAMA məlumat yayıb. Bildirilib ki, Tərtər, Ağdam, Laçın, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilanda 32 piyada əleyhinə mina, 24 tank əleyhinə mina, 649 partlamamış hərbi sursat (PHS) aşkarlanıb. Bildirilib ki, 1 536,9 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Read More
Cəbhədən Xəbər 

Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib – FOTO/VİDEO

Qəhrəmanları Zaur Nudirəliyev, Vüqar Ağayev, Ceyhun Həsənov və Vətən müharibəsi şəhidi Asiman Əliyevin xatirəsinə həsr edilən anım mərasimləri keçirilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Anım mərasimləri çərçivəsində hərbi qulluqçular şəhidlərimizin məzarlarını ziyarət edib, onların yaxınları ilə görüşərək qayğıları ilə maraqlanıblar. Mərasimlərdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, şəhidlərin ailə üzvləri və yaxınları, döyüş yoldaşları, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin əməkdaşları, eləcə də digər qonaqlar iştirak ediblər. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Hərbi…

Read More
Cəbhədən Xəbər 

“Sualtı hücum xüsusi təyinatlı kursu”nun buraxılış mərasimi keçirilib – FOTO/VİDEO

Hərbi Dəniz Qüvvələrinin N hərbi hissəsində “Sualtı hücum xüsusi təyinatlı kursu”nun növbəti buraxılış mərasimi keçirilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Əvvəlcə hərbi hissənin ərazisində şəhidlərin xatirəsinə ucaldılan abidə önünə gül dəstələri düzülərək hörmət və ehtiram nümayiş etdirilib. Buraxılış mərasimində xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı vitse-admiral Sübhan Bəkirov çıxış edərək kursantları təbrik edib və onlara gələcək xidmətlərində uğurlar arzulayıb. Qardaş ölkədən…

Read More
Cəbhədən Xəbər 

Maliyyə naziri hərbi xərclərin artırılması barədə təkliflərə münasibət bildirib

Hərbi xərclərin artırılması təklif olundu. Ali Baş Komandan bu məsələni diqqət mərkəzində saxlayır. ARANTV.AZ xəbər verir ki, bunu Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib. Nazir bildirib ki, lazım gələndə bu vəsait artırıla bilər: “Prezident hər zaman çıxışlarında deyir ki, müdafiə qabiliyyətimizin yüksəldilməsi bir nömrəli məsələdir. Cari ildə yenidən baxılma ilə bizim müdafiə xərcimiz 1 milyard manatdan artıq artırılıb. İmkan olan…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunun polkovnik-leytenantı Çində mükafatlandırıldı – FOTO

Çin Xalq Respublikasında keçirilən “Çinin modernləşdirilməsi üzrə Beynəlxalq Dialoq”da Azərbaycan Ordusunun hərbi qulluqçusu iştirak edib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Təhsil aldığı beynəlxalq tədris müəssisəsində sosial fəaliyyətlərdə fərqləndiyinə görə tədbirə dəvət edilən polkovnik-leytenant Elxan Fərzəliyev beynəlxalq dialoqda Azərbaycan-Çin münasibətləri və pilotsuz uçuş aparatlarına dair mövzular üzrə çıxış edib. 36 ölkədən 55 tələbənin iştirak etdiyi dialoqda çıxışı yüksək qiymətləndirilən hərbi qulluqçumuz fəxri fərmanla mükafatlandırılıb.  

Read More
Cəbhədən Xəbər 

Kərim Vəliyev pakistanlı komandanla ikitərəfli və üçtərəfli təlimlərin artırılmasını müzakirə edib – FOTO

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı general Asim Munirin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Baş Qərargahda keçirilən görüşdə iki ölkə arasında hərbi əlaqələrin və strateji tərəfdaşlığın yüksələn xətlə inkişaf etdiyi vurğulanıb. İkitərəfli və üçtərəfli birgə təlimlərin intensivliyinin artırılmasının vacibliyi bildirilib  

Read More