Cəbhədən Xəbər 

Rusiya sülhməramlıları Qarabağda daha bir müşahidə məntəqəsini bağlayıb

Azərbaycanın Qarabağ bölgəsinin Əsgəran rayonunda Rusiya sülhməramlılarının daha bir müşahidə məntəqəsi bağlanıb. Bu barədə Rusiya Müdafiə Nazirliyinin informasiya bülletenində bildirilir. Məlumatda həmçinin qeyd olunur ki, 92 ədəd zirehli texnika, 142 ədəd avtomobil, 124 ədəd hava hücumundan müdafiə texnikası, 112 ədəd səhra artilleriya silahı, MLRS və minaatan, 1 ədəd pilotsuz uçuş aparatı (PUA), 7 min ədəddən çox atıcı silah və tank silahları olmaqla, təxminən 66,1 milyon sursat Rusiya Sülhməramlı Kontingentinə təhvil verilib. Xatırladaq ki, 2020-ci il noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə…

Read More
Cəbhədən Xəbər 

Nazirlər “Xəzri-2023” taktiki təliminin növbəti mərhələsini izləyiblər – FOTO/VİDEO

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Qazaxıstan Respublikasının müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov və digər vəzifəli şəxslər “Xəzri-2023” birgə taktiki təliminin növbəti mərhələsini izləyiblər. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Əvvəlcə təlimin gedişatı ilə bağlı müdafiə nazirlərinə məruzə edilib. İki mərhələdə keçirilən birgə təlimin növbəti epizodlarında Azərbaycan və Qazaxıstanın dəniz piyadaları və xüsusi təyinatlıları digər qoşun növləri ilə qarşılıqlı əlaqədə qarşıya qoyulan bütün tapşırıqları müvəffəqiyyətlə icra ediblər. Müdafiə nazirləri ümumilikdə təlimin gedişatını və hərbi qulluqçuların peşəkarlığını yüksək qiymətləndiriblər. Sonda təlimdə fərqlənən bir qrup hərbi qulluqçuya qiymətli hədiyyələr təqdim…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan, Türkiyə və Gürcüstanın hərbçilərinin komanda-qərargah təlimi başa çatıb – FOTO/VİDEO

Azərbaycan, Türkiyə və Gürcüstanın hərbi qulluqçularının iştirakı ilə Bakıda keçirilən “Eternity-2023” kompüter dəstəkli komanda-qərargah təlimi başa çatıb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Hər üç ölkənin hərbi qulluqçularının və aidiyyəti dövlət qurumlarının nümayəndələrinin cəlb olunması ilə keçirilən təlimdə strateji əhəmiyyətli, eləcə də regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə tapşırıqlar icra edilib. Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində təlimin başa çatması münasibətilə tədbir keçirilib. Tədbirdə qeyd edilib ki, təlimin keçirilməsində əsas diqqət Azərbaycan, Türkiyə və Gürcüstanın silahlı qüvvələri arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və uzlaşmanın təmin edilməsinə yönəldilib.…

Read More
Cəbhədən Xəbər 

Ən böyük ordu bizim ordu!..

Artıq dünya hərb tarixində Azərbaycan Silahlı Qüvvələrinin də möhtəşəm imzası var Vətən müharibəsindəki tarixi Qələbəmiz bir daha göstərdi ki,  Azərbaycan regionda ən güclü orduya malikdir. Qeyd egək ki, tarixi 44 günlük savaşda işğalda altındakı 8 rayonumuzu  bir qala şəhərimizi azad etdik. Bu, hər beş günə bir rayonun azad edilməsi demək idi. Postmüharibə dövründə Azərbaycan Ordusu daha da təkmilləşərək öz döyüş qabiliyyətini xeyli artırdı. Məhz bunun nəticəsidir ki,  ordumuz Qarabağdakı separatçı- terorrçu xuntaya və onun hər növ silah və sursatla təmin edilmiş silahlılarına qarşı keçirdiyi lokal xarakterli antiterror tədbirlərini qısa müddətdə,…

Read More
Cəbhədən Xəbər 

Rusiya sülhməramlılları Qarabağdakı daha üç postunu bağlayıb

Azərbaycanın Qarabağ regionunda müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələri Əsgəran, Şuşa və Ağdərədə keçmiş təmas xətti boyunca daha üç müvəqqəti müşahidə məntəqələrini bağlayıb. ARANTV.AZ  xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edək ki, dünən də Rusiya MN adıçəkilən ərazilərdə müşahidə postlarını bağladığını açıqlamışdı.

Read More
Cəbhədən Xəbər 

Azərbaycan və Qazaxıstan Müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq planı imzalanıb – FOTO/VİDEO

Oktyabrın 6-da Qazaxıstan Respublikasının müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Əvvəlcə qonaqlar Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, Şəhidlər xiyabanında isə ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək gül dəstələri düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar. Sonra Müdafiə Nazirliyində təntənəli qarşılama mərasimi olub. Hər iki ölkənin müdafiə naziri Fəxri qarovulun önündən keçib. Nümunəvi Hərbi Orkestrin ifasında Azərbaycan və Qazaxıstan respublikalarının Dövlət himnləri səsləndirilib. Protokola…

Read More
Cəbhədən Xəbər 

İşğaldan azad olunmuş ərazilərdə mina partlayışı və qurbanlarının sayı barədə aylar və illər üzrə – STATİSTİKA

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində baş vermiş mina hadisələri nəticəsində minadan zərərçəkənlər və aşkarlanmış partlayıcı sursatlara dair statistika açıqlanıb. AZƏRTAC xəbər verir ki, 2020-ci il noyabrın 10-dan 2023-cü il oktyabrın 6-dək Ermənistanın Azərbaycan xalqına qarşı mina müharibəsi nəticəsində Qarabağ və Şərqi Zəngəzur ərazilərində 191 mina hadisəsi baş verib, 329 azərbaycanlı mina partlayışının qurbanı olub. Onlardan 48-i mülki, 15-i hərbçi olmaqla 63-ü həlak olub. Həmçinin mina partlayışları nəticəsində ümumilikdə 266 nəfər xəsarət alıb. Onlardan 102-si mülki şəxs, 164-ü isə hərbçidir. 2020-ci il noyabrın 10-dan 2021-ci il dekabrın 14-dək Ermənistanın mina terroru…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan və Qazaxıstan hərbçiləri adanı şərti terrorçulardan təmizlədilər – VİDEO

Azərbaycan və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmilərinin və hərbi qulluqçularının, eləcə də müşahidəçi qismində İran İslam Respublikasının HDQ-nin nümayəndə heyətinin iştirakı ilə ölkəmizdə keçirilən “Xəzri-2023” birgə taktiki təlimində növbəti epizodlar üzrə fəaliyyətlər məşq etdirilir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, məşqlərdə terror qruplaşmaları tərəfindən zəbt edilmiş adanın dəniz xüsusi təyinatlı və dəniz piyada bölmələri tərəfindən azad edilməsi üzrə tapşırıqlar yerinə yetirilib. Azərbaycan və Qazaxıstan HDQ-nin hərbi qulluqçuları keçirilən məşqlərdə verilən tapşırıqların icra edilməsində yüksək peşəkarlıq nümayiş etdiriblər.

Read More
Cəbhədən Xəbər 

DİN-in hərbi qulluqçusu azad edilən ərazidə minaya düşüb – VİDEO

Oktyabrın 5-də saat 17 radələrində işğaldan azad edilən ərazidə Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının hərbi qulluqçusunun xidmət vaxtı piyada əleyhinə minaya düşməsi barədə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətindən bildirilib ki, 1999-cu il təvəllüdlü S.Adgözəlov minaya düşməsi nəticəsində ayağından xəsarət alıb. O, dərhal xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Read More