Cəbhədən Xəbər 

Ermənilərin Qarabağda 90-dan artıq döyüş mövqeyi nəzarətə götürülüb, xeyli sayda qənimət ələ keçirilib – RƏSMİ

“Lokal xarakterli antiterror tədbirləri nəticəsində erməni silahlı birləşmələrinin texnikaları ələ keçirilib”.   ARANTV.AZ-ın məlumatına görə, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Anar Eyvazov keçirdiyi brifinqdə çıxışı zamanı bildirib.   Onun sözlərinə görə, ermənilər pərakəndə şəkildə döyüş meydanını tərk edirlər:   “Onların Qarabağı könüllü halda tərk etməsi üçün şərait yaradılır”.   O əlavə edib ki, Ermənistan silahlı qüvvələrinə məxsus 90-dan artıq döyüş mövqeyi və strateji əhəmiyyətli mövqelər ordumuz tərəfindən nəzarətə götürülüb:   “Yeddi nəqliyyat, dörd minaatan, bir tank, iki piyada döyüş maşını da qənimət olaraq ələ keçirilib”.

Read More
Cəbhədən Xəbər 

Müdafiə Nazirliyindən sosial şəbəkələrdə ordumuza yardım aksiyası başladanlara XƏBƏRDARLIQ

Sentyabrın 19-dan başlayaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri uğurla davam edir. Sosial şəbəkələrdə bir qrup şəxs tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə dəstək məqsədilə bir sıra yardımların toplanmasına dair paylaşımlar edilir. ARANTV.AZ xəbər verir ki, sosial şəbəkələrdə bənzər mövzuda kampaniya başladan şəxs və ya şəxslər cəmiyyətdə çaşqınlıq yaradaraq narahatlığa səbəb olurlar.   Mövzu ilə bağlı Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Anar Eyvazov Oxu.Az-a açıqlamasında bildirib ki, lokal xarakterli antiterror tədbirləri həyata keçirilən günlərdə ordumuzun hərbçilərinə yardım adı altında əhaliyə çağırış edib, kampaniya həyata…

Read More
Cəbhədən Xəbər 

Qərbi Azərbaycan İcması BMT Komitəsinə Ermənistanla bağlı hesabat təqdim edib

Qərbi Azərbaycan İcması Ermənistan Respublikasının İqtisadi, Sosial və Mədəni Hüquqlar Haqqında Beynəlxalq Paktın icrasına dair Dördüncü Dövri Hesabatı ilə əlaqədar BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsinə geniş Paralel Hesabat təqdim edib. Bu barədə Qərbi Azərbaycan İcmasının sözçüsü Ülviyyə Zülfiqar məlumat verib. Sözçü bildirib ki, komitənin 74-cü sessiyasında (25 sentyabr 2023-cü il – 13 oktyabr 2023-cü il) baxılmaq üçün təqdim olunmuş hesabatda Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə aparmasından və geri qayıtmaq hüququ da daxil olmaqla onların pakt ilə qorunan hüquqlarının sistematik şəkildə pozulması halları barədə məlumat verilir. Hesabat Ermənistanın sözügedən…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan MN-dən Xankəndi ilə bağlı sosial şəbəkələrin erməni seqmentində yayılan iddialara CAVAB

Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən yenidən Xankəndi şəhərinə atəş açılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir və dezinformasiya məqsədi daşıyır. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. “Yayılan bu məlumatı qəti surətdə təkzib edirik. Bir daha bildiririk ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bölmələri yalnız legitim hərbi obyektləri və hərbi infrastrukturu yüksək dəqiqliyə malik silahlarla hədəfə alır və sıradan çıxarır”, – deyə məlumatda qeyd olunur.

Read More
Cəbhədən Xəbər 

İcma: “Estoniyanın Azərbaycanın daxili işlərinə müdaxilə etmək üçün heç bir mənəvi hüququ yoxdur”

“Estoniyanın Azərbaycanın daxili işlərinə müdaxilə etmək üçün heç bir mənəvi hüququ yoxdur”. Bu barədə Qərbi Azərbaycan İcmasının Estoniya Xarici İşlər Nazirliyinin bəyanatına cavab olaraq yaydığı açıqlamada qeyd olunub. “Estoniya öz ərazisində sıxışdırdığı etnik azlığın hüquqlarını qorumalı, onları qanunsuz olaraq vətəndaşlıqdan məhrum etməməli və inteqrasiya məqsədilə həmin icma ilə dialoq aparmalıdır”, – deyə icmanın bəyanatında deyilir.

Read More
Cəbhədən Xəbər 

DİN: “Dezinformasiya yayan 10-a yaxın şəxsə xəbərdarlıq edilib”

“Aparılan antiterror tədbirləri keçirilən zonada mülki şəxslərin və obyektlərin təhlükəsizliyinin qorunması polis tərəfindən icra olunur”. ARANTV.AZ-ın məlumatına görə, bunu brifinqdə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Elşad Hacıyev bildirib. Onun sözlərinə görə, ermənilər sosial şəbəkələrdə yalandan məlumat yayırlar ki, vəziyyət onların xeyrinədir: “Lakin bu belə deyil. Hazırda itkilərlə bağlı dezinformasiyalar yayılır. Lazımsız informasiyalar yayan 10-a yaxın şəxs nazirliyə dəvət olunaraq onlarla profilaktik söhbətlər aparılıb”. O, əhaliyə yayılan informasiyalara diqqət yetirməmək barədə xəbərdarlıq edib.

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Müdafiə Nazirliyindən ermənilərin Laçın yolu ilə bağlı yalanına CAVAB

Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən Laçın yolu ilə Rusiya sülhməramlı kontingentinin müşayiəti altında hərəkət edən mülki kolonun atəşə tutulması barədə yayılan məlumatın heç bir əsası yoxdur və dezinformasiya xarakteri daşıyır. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. “Bu əsassız iddianı qəti surətdə təkzib edirik”, – deyə məlumatda bildirilir.

Read More
Cəbhədən Xəbər 

Elşad Hacıyev: “Polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülür”

“Sosial şəbəkələrdə mənbəyi məlum olmayan məlumatların qarşısını alınması üçün hər bir istifadəçi diqqətli olmalıdır”. ARANTV.AZ-ın məlumatına görə, bunu brifinqdə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Elşad Hacıyev bildirib. Onun sözlərinə görə, hazırda vətəndaşların təhlükəsizliyi tam qorunur: “Polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülür. Hazırkı məlumata görə, qanunazid bir məlumat daxil olmayıb”.

Read More