Cəbhədən Xəbər 

Baş Prokurorluq: “Süni ajiotaja səbəb olan hərəkətlərə yol vermiş şəxslər məsuliyyətə cəlb olunacaqlar”

“Dünəndən bəri bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən əhalinin həssas olduğu mövzulara dair, xüsusilə yalandan çoxlu sayda şəhidlərimizin olması barədə süni ajiotaja səbəb olan, rəsmi dövlət qurumları ilə dəqiqləşdirilməmiş informasiyalar ictimailəşdirilir”. ARANTV.AZ–ın məlumatına görə, bunu brifinqdə Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov bildirib. Onun sözlərinə görə, internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə bu cür informasiyaların yerləşdirilməsinin qarşısının alınmaması məsuliyyətə səbəb olur: “Hüquq-mühafizə orqanları hazırda koordinasiyalı fəaliyyət göstərirlər və bu tipli istənilən qanunsuz hərəkətin qarşısı alınacaq, qanunsuz hərəkətə yol vermiş şəxslər məsuliyyətə cəlb…

Read More
Cəbhədən Xəbər 

Baş Prokurorluq: “Qanunsuz erməni birləşmələri yenə də mülki şəxsləri hədəfə alırlar”

“Silahlı Qüvvələrimiz tərəfindən lokal xarakterli antiterror tədbirləri çərçivəsində mülki şəxslər və heç bir mülki obyekt hədəfə alınmır, yalnız legitim hərbi hədəflər zərərsizləşdirilir”. ARANTV.AZ-ın məlumatına görə, bunu brifinqdə Baş Prokurorluğun Mətbuat Xidmətinin böyük prokuroru Kənan Zeynalov bildirib. Onun sözlərinə görə, qanunsuz erməni silahlı birləşmələri tərəfindən 44 günlük Vətən müharibəsi dövründə olduğu kimi, terror hücumları davam etdirilir, yenə də mülki şəxslər, mülki infrastruktur və yaşayış binaları hədəfə alınır: “Bildiyiniz kimi, qanunsuz erməni silahlı birləşmələri tərəfindən sentyabrın 19-da törədilmiş terror aktı nəticəsində qətlə yetirilmiş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin iki əməkdaşı işğaldan azad…

Read More
Cəbhədən Xəbər 

MN: “Qarşı tərəfin yaydığı növbəti dezinformasiya xarakterli məlumatı qəti surətdə təkzib edirik”

“Ermənistan mətbuatında guya Silahlı Qüvvələrimizin Ağdərə yaşayış məntəqəsini atəşə tutması barədə yayılan məlumatların heç bir real əsası yoxdur, tamamilə yalandır”. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, qarşı tərəfin yaydığı növbəti dezinformasiya xarakterli məlumatı qəti surətdə təkzib edirik.

Read More
Cəbhədən Xəbər 

Müdafiə Nazirliyi: Mövcud şərait bölmələrimizin nəzarəti altındadır

“Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən erməniəsilli sakinləri təxliyə edən Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinə məxsus mövqenin və müşayiət etdiyi mülki kolonun atəşə tutulması barədə yayılan məlumatlar yalandır və dezinformasiya xarakteri daşıyır”. ARANTV.AZ-ın məlumatına görə, bunu nazirliyin Mətbuat Xidmətinin rəisi, polkovnik Anar Eyvazov keçirdiyi brifinqdə çıxışı zamanı bildirib. Onun sözlərinə görə, bunlar əsassız iddialardır: “Sülhməramlı kontingent ilə davamlı şəkildə operativ qaydada təmasdayıq və onların öz vəzifələrini icra etmələri üçün tərəfimizdən zəruri şərait yaradılır”. MN rəsmisi əlavə edib ki, hazırda Silahlı Qüvvələrin lokal xarakterli antiterror tədbirləri…

Read More
Cəbhədən Xəbər 

Ötən gecə Şuşa şəhəri iriçaplı silahlardan və minaatanlardan atəşə tutulub – RƏSMİ

“Qanunsuz erməni silahlı birləşmələri yenə də əvvəlki dövrdə olduğu kimi, mülki şəxslərə qarşı terror cinayətlərini törətməkdə davam edirlər. Baş vermiş hər bir faktla bağlı cinayət işləri başlanmaqla istintaq aparılır”. ARANTV.AZ-ın məlumatına görə, bunu brifinqdə Baş Prokurorluğun Mətbuat Xidmətinin böyük prokuroru Kənan Zeynalov bildirib. Onun sözlərinə görə, hazırkı şəraitdə prokurorluq əməkdaşları tərəfindən mümkün olan istintaq hərəkətləri aparılır: “Dünən gecə boyu Şuşa şəhəri iriçaplı silahlardan və minaatanlardan atəşə tutulub. Atəş nəticəsində Şuşada işıq dirəkləri zədələnib və elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Mülki infrastruktur obyektlərinə dəymiş ziyanın məbləğini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan MN: “Ermənistan beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaratmaq məqsədilə dezinformasiyalar yayır”

“Ermənistanın sosial şəbəkələrdə Silahlı Qüvvələrimizin ermənilərə məxsus mülki avtomobilləri, təcili tibbi yardım maşınlarını atəşə tutması barədə yaydığı məlumatların heç bir əsası yoxdur və bu kimi yalan məlumatlar beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaratmaq məqsədilə tirajlanır”. ARANTV.AZ-ın məlumatına görə, bunu nazirliyin Mətbuat xidmətinin rəisi, polkovnik Anar Eyvazov keçirdiyi brifinqdə çıxışı zamanı bildirib. Onun sözlərinə görə, əgər belə bir hal olsaydı mövcud informasiya texnologiyasından faydalanaraq sübut etmək və yaymaq olardı: “Beynəlxalq ictimaiyyətdə yanlış fikir formalaşdırmaq məqsədilə qarşı tərəfin özləri tərəfindən planlı şəkildə bu kimi cinayətləri həyata keçirməsi və bununla Azərbaycan tərəfini ittiham etməsi ehtimalı…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Müdafiə Nazirliyi növbəti dəfə Qarabağdakı erməni silahlı qüvvələrini təslim olmağa çağırıb

“Azərbaycanın Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirləri zamanı dəfələrlə müşahidə edilib ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri bölmələrinin hədəfindən yayınmaq məqsədilə Ermənistan silahlı qüvvələrinin birləşmələri müxtəlif təyinatlı zirehli döyüş texnikası və atəş vasitələrini yaşayış məntəqələrində yerləşdirirlər”. ARANTV.AZ-ın məlumatına görə, bunu nazirliyin Mətbuat Xidmətinin rəisi, polkovnik Anar Eyvazov keçirdiyi brifinqdə çıxışı zamanı bildirib. Onun sözlərinə görə, erməni silahlı birləşmələri təxribatlar zamanı sakinləri də bu işlərə cəlb edirlər: “Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələrini silahı yerə qoymağa və təslim olmağa çağırırıq. Yalnız bu halda antiterror tədbirləri dayandırılacaq”.

Read More
Cəbhədən Xəbər 

Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus kvadrokopter ələ keçirilib – FOTO

Sentyabrın 20-si saat 10 radələrində Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus kvadrokopter Azərbaycan Ordusunun Şuşa rayonu istiqamətində yerləşən mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, bölmələrimizin sayıqlığı nəticəsində kvadrokopter aşkar edilərək xüsusi texniki vasitələrlə endirilib.  

Read More
Cəbhədən Xəbər 

Ermənilərə məxsus altı ədəd “Ural” markalı hərbi avtomobili və dörd minaatan qənimət kimi ələ keçirilib

“Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri davam edir”. ARANTV.AZ-ın məlumatına görə, bunu nazirliyin Mətbuat Xidmətinin rəisi, polkovnik Anar Eyvazov keçirdiyi brifinqdə çıxışı zamanı bildirib. Onun sözlərinə görə, tədbirlər zamanı Ermənistan silahlı qüvvələri birləşmələrinin minaatan mərmisi ilə dolu altı “Ural” və dörd ədəd minaatan Silahlı Qüvvələrimizin bölmələri tərəfindən qənimət olaraq ələ keçirilib. A.Eyvazov qeyd edib ki, Ermənistan silahlı qüvvələri birləşmələrinin strateji əhəmiyyətli yüksəkliklərdə yerləşən hərbi obyektləri və döyüş texnikası dəqiq atəş zərbələri ilə məhv edilir.

Read More