Cəbhədən Xəbər 

Əsgər gedənlərin nəzərinə!

Hərbi xidmətə gedən şəxsləri ən çox narahat edən məsələlərdən biri iş yerlərinin aqibətidir. Onlar geri qayıtdıqdan sonra əvvəlki işlərinə dönə biləcəklərmi sualı ilə üz-üzə qalırlar. Bu isə həm dövlət, həm də özəl sektorda çalışanlar üçün aktuallığını qoruyur. Hərbi ekspert Tərlan Eyvazov metbuat.az-a açıqlamasında bildirib ki, bu məsələ qanunvericilikdə tənzimlənib: “Belə ki, hər hansı bir şəxs həqiqi hərbi xidmətə gedirsə, onun işlədiyi yerdə vəzifəsi saxlanılmalıdır. Ona əmək haqqı verilməsə də, qanuna uyğun olaraq həmin müddətdə dövlət tərəfindən təminatlar verilir. Əgər subaydırsa, müəyyən məvaciblə, evlidirsə, uşaqlarının sayına uyğun olaraq dövlət tərəfindən müavinət…

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənov İrana başsağlığı verdi

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Bağerinin həlak olması ilə bağlı başsağlığı verib. Bu barədə Musavat.com-a Müdafiə Nazirliyindən məlumat verilib. Başsağlığı mesajında bildirilib: “İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Bağerinin həlak olması xəbəri məni dərindən kədərləndirdi. Şəxsən tanıdığım, hər zaman öz peşəkarlığı və xoş münasibəti ilə seçilən Məhəmməd Bağeri xoş xatirələrlə yadda qalacaq. Mərhumun ailəsinə və doğmalarına dərin hüznlə başsağlığı verir, səbir diləyirəm”.

Read More
Cəbhədən Xəbər 

Ordumuz qırıcıları havaya qaldırdı – VİDEO

Hərbi pilotlar aviasiya vasitələri ilə təlim-məşq uçuşlarını icra ediblər. Bu barədə Musavat.com-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, əvvəlcə şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb. Hərbi pilotların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra müəyyən edilmiş marşrutlar üzrə praktiki uçuşlar yerinə yetirilib. Hərbi pilotlar təyyarələrdə qalxma və enmə, eləcə də aşağı və orta hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqları icra ediblər. Hərbi pilotların döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən uçuşlar zamanı yüksək peşəkarlıq nümayiş etdirilib.

Read More
Cəbhədən Xəbər 

XTQ-də dörd ölkə ilə birgə xüsusi təyinatlıların təliminə hazırlıq müzakirə edildi

Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Pakistanın Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) iştirakı ilə cari ilin sentyabr ayında Azərbaycanda keçiriləcək “Sonsuz-Qardaşlıq-IV” çoxmillətli təliminin iyunun 10-da yekun planlaşdırma konfransı təşkil edilib. ARANTV.AZ  xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Bakıda keçirilən konfransda iştirakçı ölkələrin XTQ mənsubları təlimin gedişatını və təşkilati məsələləri müzakirə edərək müxtəlif aspektlərə dair maraq doğuran sualları cavablandırıblar. Görüş zamanı xüsusi təyinatlıların birgə əməliyyat hazırlığı və qarşılıqlı əlaqədə fəaliyyətlərinin təşkili diqqət mərkəzində olub. Təlimin praktiki mərhələsi üçün ətraflı planlaşdırma aparılıb və müxtəlif ssenarilər üzrə icra olunacaq tapşırıqlar…

Read More
Cəbhədən Xəbər 

Müdafiə Nazirliyindən ƏHALİYƏ ÇAĞIRIŞ

Pirəkəşküldə istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatları məhv ediləcək. Bu barədə Musavat.com-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, sözügedən döyüş sursatları iyunun 10-13-də təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv ediləcək: “Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”.

Read More
Cəbhədən Xəbər 

MN rəhbərliyi şəxsi heyətlə görüşdü- FOTOLAR

Qurban bayramı münasibətilə Müdafiə Nazirliyinin (MN) rəhbər heyəti hərbi hissələri ziyarət edərək şəxsi heyətlə görüşüb. ARANTV.AZ  xəbər verir ki, bununla bağlı MN məlumat yayıb. Bildirilib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və müdafiə naziri general-polkovnik Zakir Həsənovun bayram təbrikləri şəxsi heyətə çatdırılıb. Nazirliyin rəhbər heyəti, həmçinin döyüş mövqeyində hərbi qulluqçularla görüşüb, onların xidməti-döyüş fəaliyyəti ilə maraqlanıb. Musavat.com AR

Read More
Cəbhədən Xəbər 

SON DƏQİQƏ! Erməni yeniyetmələr Ermənistana təhvil verildi

Qərbi Zəngəzur bölgəsindən azaraq Azərbaycan ərazisinə keçmiş iki erməni yeniyetmə Ermənistan tərəfinə təhvil verilib. Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir. Dığ (Tex) icmasının rəhbəri David Qulunts məlumatı təsdiqləyib. Qeyd edək ki, ötən gecə Karen Armenoviç Cangiryan (27 iyun 2007-ci il təvəllüdlü) və Andrey Armenoviç Qyaqunts (13 yanvar 2008-ci il təvəllüdlü) adlı şəxslər Ərəvus kəndi yaxınlığında azaraq Azərbaycan ərazisinə keçmişdi.

Read More
Cəbhədən Xəbər 

Azərbaycan PUA-larla mübarizəyə hazırmı?

Qonşu ölkədən sərhədimizə hələ ki narkotik yüklü dron uçur, amma unutmayaq ki, Ermənistanla sülh müqaviləmiz yox, ətrafımızda isə bədxahlarımız çox… Ruslar illərlə “kosmosda hökmran bizik” kimi rəvayətlər uydurublar. İndi isə dronların əlində girinc qalıblar. Dronlar raket deyil ki, hava sərədini keçəndə dərhal vurmaq olsun, yalnız onlar göründüyü halda hədəf ola bilirlər. O səbəbdən, təkcə Rusiyanın deyil, dünyanın inkişaf etmiş ölkələrinin belə dronlarla mübarizə üçün hələ effektiv mübarizə texnologiyası yoxdur. Ağıllı gözlüklü “Bayraqtar”ların ilk ciddi sınağı Qarabağ savaşından keçdi. İkinci Qarabağ savaşı silah düccarlarının tank satışı bazarına zərbə vurdu, təsdiqləndi ki,…

Read More
Cəbhədən Xəbər 

Ordumuz raket və artilleriyanı işə saldı – VİDEO

Cari ilin döyüş hazırlığı planına uyğun olaraq, Raket və Artilleriya Qoşunlarının bölmələrində döyüş atışlı taktiki təlimlər keçirilib. Müdafiə Nazirliyindən Musavat.com-a verilən məlumata görə plana əsasən, bölmələrin daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılaraq ərazidə yerləşməsi, texnikaların döyüşə hazır vəziyyətə gətirilməsi və atəş mövqelərinin tutulması üzrə tapşırıqlar icra olunub. Təlimlərdə bölmələr haubitsalardan və yaylım atəşli reaktiv sistemlərdən döyüş atışları icra edib. Şərti düşmən hədəflərinin sərrast artilleriya atışları ilə məhv edildiyi təlimdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib. Təlimin keçirilməsində əsas məqsəd komandir heyətinin çevik qərar qəbuletmə qabiliyyətinin, bilik və bacarıqlarının təkmilləşdirilməsi, döyüş əməliyyatları…

Read More
Cəbhədən Xəbər 

Ermənistanın cəzasızlığına son verilməlidir – Yeraltı terror

Politoloq: İşğalçı dövlət insanlıq əleyhinə cinayətlərə görə Azərbaycana maddi təzminat ödəməlidir Azərbaycanın azad edilmiş ərazilərində minaların geniş şəkildə basdırılması təkcə hərbi təhlükəyə deyil, həm də sosial-iqtisadi və humanitar fəlakətə çevrilib. İşğal illəri ərzində Ermənistan tərəfindən məqsədli  və plansız şəkildə ərazilərin minalanması, həm hərbi, həm də mülki ərazilərdə bu partlayıcı qurğuların kütləvi şəkildə yerləşdirilməsi, bu gün həmin torpaqlarda təhlükəsiz həyatın bərpa olunmasını son dərəcə çətinləşdirir. Minalar insan həyatına birbaşa təhdid olmaqla yanaşı, kənd təsərrüfatı, yol tikintisi, yaşayış məntəqələrinin bərpası kimi fundamental sahələrdə də irəliləyişi ləngidir. Azərbaycan hökuməti müharibədən dərhal sonra bu…

Read More