Mülki Müdafiə Qoşunlarında andiçmə mərasimi keçirilib – FOTO
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının “N” saylı hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib. FHN-dən verilən məlumata görə, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra çıxış edənlər Mülki Müdafiə Qoşunlarının sıralarına daxil olan gənc əsgərlərin andiçmə mərasiminin 2023-cü ilin Azərbaycan xalqının xilaskarı, müasir Azərbaycan dövlətinin qurucusu ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə təsadüf etməsi ilə əlamətdar olduğunu vurğulayıblar. Qeyd edilib ki, ulu öndərin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə şanlı Ordumuz Ermənistan tərəfindən 30 ilə yaxın müddətdə işğal altında saxlanılan əzəli torpaqlarımızı…
Read More