Cəbhədən Xəbər 

Azərbaycan Ordusunun fərdi hazırlığı yoxlanılır – VİDEO

2023-cü ilin hazırlıq planına əsasən Azərbaycan Ordusunda hərbi qulluqçuların fərdi hazırlığının yoxlanılması məqsədilə tədbirlər keçirilir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Müxtəlif təlim mərkəzlərində şəxsi heyətin ümumqoşun nizamnamələri, rəhbəredici və digər normativ sənədlərlə bağlı bilikləri, fiziki və sıra hazırlıqları yoxlanılır. Ümumilikdə sinif otaqları, o cümlədən çöl-səhra şəraitində keçirilən yoxlamaların məqsədi şəxsi heyətin fərdi və praktiki hazırlığının qiymətləndirilməsidir.

Read More
Cəbhədən Xəbər 

Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter ələ keçirilib

Avqustun 1-i saat 20:45-də Ermənistan silahlı qüvvələrinə məxsus “DJI Mavic 3” kvadrokopteri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətindən qaldırılaraq Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərib.   Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.   Bölmələrimizin sayıqlığı nəticəsində aşkar edilən kvadrokopter xüsusi texniki vasitələrlə endirilərək ələ keçirilib.

Read More
Cəbhədən Xəbər 

Azad edilmiş ərazilərdə aşkarlanan minaların sayı AÇIQLANDI – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (23.07.2023 – 29.07.2023) açıqlanıb. Agentlikdən verilən məlumata görə, Tərtər, Ağdam, Laçın, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilanda 61 piyada əleyhinə mina, 7 tank əleyhinə mina, 160 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb. Bildirilib ki, 516, 46 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Read More
Cəbhədən Xəbər 

Kursantlar düşərgə toplanışına cəlb olunublar – VİDEO

Heydər Əliyev adına Hərbi İnstitutun tədris planı və proqramına uyğun olaraq kursantlar çöl şəraitində keçirilən düşərgə toplanışına cəlb olunublar. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, hərbi hissənin ərazisində keçirilən toplanışda kursantların müxtəlif mövzular üzrə intensiv hazırlığı həyata keçirilir. Kursantlar günün nizam qaydalarına uyğun olaraq keçirilən məşğələlərdə nəzəri və praktiki vərdişlər qazanır, fiziki və sıra hazırlığı üzrə tədbirlərdə fəal iştirak edirlər. Poliqonda keçirilən atış çalışmalarının yerinə yetirilməsi zamanı müxtəlif silahlardan istifadə vərdişləri təkmilləşdirilir, eləcə də “döyüş meydanında” hədəflərin aşkar edilərək atəşlə məhv edilməsi və digər tapşırıqlar praktiki yerinə yetirilir.…

Read More
Cəbhədən Xəbər 

Müdafiə Nazirliyi: “Rusiya sülhməramlı kontingenti təxribatla bağlı məlumatımıza cavab vermir”

“Azərbaycanın hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən yerli və xarici aviaşirkətlərin sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən radiomaneələrin tətbiqi son günlərdə intensivləşib”. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir. Qeyd olunur ki, iyulun 24-ü Bakı-Füzuli marşrutu üzrə uçuş yerinə yetirən Azərbaycan Hava Yollarının “ATR-45” tipli sərnişin təyyarəsinə saat 10:49-dan 11:16-dək, iyulun 25-i Budapeşt-Bakı marşrutu üzrə uçuş yerinə yetirən Çexiya Hava Yollarının “C-680” tipli sərnişin təyyarəsinə saat 14:48-dən 15:25-dək və iyulun 27-i Bakı-Qəbələ və əks istiqamətdə uçuş yerinə…

Read More
Cəbhədən Xəbər 

Səfərbərlik Xidmətinin rəisi Sumqayıtda vətəndaşları qəbul edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov Sumqayıtda vətəndaşları qəbul edəcək. Bu barədə “İki sahil”ə qurumdan məlumat verilib. Bildirilib ki, mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin 2023-cü ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq avqustun 16-da saat 10:00-da M.İbrahimov Sumqayıt şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Sumqayıt, Abşeron, Xızı, Qubadlı, Şuşa, Zəngilan rayon və şəhərlərindən olan vətəndaşları qəbul edəcək. Qəbula yazılmaq istəyən vətəndaşların 11 avqust 2023-cü il tarixədək SHXÇDX-nin adları qeyd olunan rayon və şəhər baş idarə, şöbə və bölmələrinə, həmçinin rəsmi…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunun daha bir əsgəri intihar edib

Azərbaycan Ordusunun daha bir əsgəri intihar edib. Oxu.Az-ın əldə etdiyi məlumata görə, 2004-cü il təvəllüdlü əsgər Telman Məhəmməd oğlu Eyyubov Laçında özünü asaraq intihar edib. Onun Qazax rayonu Daş Salahlı kənd sakini olduğu bildirilib. Qeyd edək ki, bundan öncə Hərbi Prokurorluq Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər İlkin Elbrus oğlu Ələkbərovun odlu silahdan atəş açaraq, özünü öldürməsi barədə məlumat yayıb.

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunun əsgəri özünü güllələyərək öldürüb

Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Ələkbərov İlkin Elburus oğlunun odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Bakı Hərbi Prokurorluğuna məlumat daxil olmuşdur. Bu barədə Hərbi Prokurorluq məlumat yayıb. Bildirilib ki, daxil olmuş məlumat əsasında Bakı Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, eləcə də digər hərəkətlər icra edilib. Fakt üzrə Bakı Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib. Hazırda istintaq davam…

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənov Türkiyədə keçirilən Beynəlxalq Müdafiə Sənayesi Sərgisini ziyarət edib – YENİLƏNİB

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov İstanbulda keçirilən “IDEF-23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisində iştirak edir. APA xəbər verir ki, Zakir Həsənov burada sərgilənən hərbi təyinatlı müasir silah və döyüş texnikası nümunələri ilə tanış olur. 09:14 Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülerin dəvəti ilə İstanbul şəhərində keçiriləcək “IDEF-23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisində iştirak etmək üçün qardaş ölkədə səfərdədir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, müdafiə naziri sərgidə nümayiş etdiriləcək müxtəlif şirkətlərin istehsalı olan silah, texnika və hərbi təyinatlı…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan PUA və silahları İstanbulda Beynəlxalq Müdafiə Sənayesi sərgisində nümayiş etdirilir – FOTO

Bu gün Türkiyənin İstanbul şəhərində açılan “IDEF-2023” Beynəlxalq Müdafiə Sənayesi Sərgisində Azərbaycan da təmsil olunur. Bu barədə Müdafiə Sənayesi Nazirliyi məlumat yayıb. Bildirilib ki, sərgidə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan müxtəlif növ atıcı silahlar, yaxınmənzilli döyüş vasitələri, minaatanlar, müxtəlif çaplı döyüş sursatları, pilotsuz uçuş aparatları və s. daxil olmaqla 131 adda müdafiə təyinatlı məmulat nümayiş etdirilir. Eyni zamanda, stenddə Azərbaycan xalqının ümummilli lideri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin 100 illik yubileyi münasibətilə ulu öndərə həsr edilən “Heydər Əliyev” guşəsi də yaradılıb. Müdafiə sənayesi naziri Mədət Quliyevin rəhbərlik etdiyi…

Read More