Cəbhədən Xəbər 

Sülhməramlıların gözü qarşısında separatçılar atəş hazırlığı üzrə məşğələləri keçirlər – VİDEO

Azərbaycanın Qarabağ iqtisadi rayonundakı qeyri-qanuni erməni dəstələrinin Xocalıda yerləşən hərbi poliqonda qanunsuz fəaliyyəti davam edir. Qafqazinfo-nun əldə etdiyi görüntülərdən açıq-aşkar görünür ki, dəstə üzvləri Rusiya sülhməramlı kontingentinin gözü qarşısında atəş hazırlığı üzrə məşğələləri icra edirlər. Həmin videonu təqdim edirik:

Read More
Cəbhədən Xəbər 

Ermənistan ordusunun acınacaqlı vəziyyəti: Səngərlər sel sularının altında qaldı – VİDEO

Ermənistan ordusunun Azərbaycanla sərhəddə qurduğu yeni səngərlər sel suları altında qalıb. Görüntülər Ermənistanın “Telegram” kanallarında yayılıb. Videodan Ermənistan hərbçilərinin hansı acınacaqlı vəziyyətdə xidmət apardıqları əks olunub. Hadisənin sərhədin hansı istiqamətində baş verdiyi bəlli deyil.  

Read More
Cəbhədən Xəbər 

Paşinyan 44 günlük müharibə ilə bağlı etiraflar edəcək: “Bilməli olduğunuz vacib şeylər var”

Ermənistanın baş naziri Nikol Paşinyanın 44 günlük müharibənin şəraitinin öyrənilməsi üzrə İstintaq Komissiyasındakı çıxışı ictimaiyyətə açıqlanacaq. Bu barədə ARANTV.AZ “Report”a istinadən xəbər verir. Qeyd edilir ki, Paşinyanın 44 günlük müharibənin şəraitini araşdıran komissiyada çıxışı açıq olacaq. “Bilməli olduğunuz vacib şeylər var, mən danışıqlar prosesi haqqında da danışacam. İndi diqqətimi bu mövzuya yönəldirəm, dövlətə zərər verməmək üçün nə deyəcəyimi, nədə susacağımı anlamağa çalışıram”, – o bildirib. Xatırladaq ki, Paşinyan Praqada erməni icmasının nümayəndələri ilə görüşü zamanı İstintaq Komissiyasında iştirak edəcəyini açıqlamışdı.

Read More
Cəbhədən Xəbər 

Ermənilər Ordumuzun mövqelərini atəşə tutublar – RƏSMİ

İyunun 1-i saat 09:10-da Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Əsrik Cırdaxan yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Saat 10:00 radələrində isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun Şuşa rayonu istiqamətində yerləşən mövqeləri atəşə tutulub. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb. Bundan başqa, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında mühəndis texnikası cəlb etməklə Şuşa və Xocavənd…

Read More
Cəbhədən Xəbər 

Sülhməramlıların müşayiəti altında ermənilərin qanunsuz daşımaları davam edir – VİDEO

Rusiya sülhməramlıları qeyri-qanuni erməni silahlı birləşmələrinin hərbi daşımalarının mühafizəsini davam etdirir. ARANTV.AZ “Qafqazinfo”ya istinadən bildirir ki, videoda açıq-aşkar sülhməramlıların zirehli texnikasının müşayiəti ilə Xankəndi-Kərkicahan-Xəlfəli yolu vasitəsilə növbəti dəfə qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərinə hərbi daşımaların həyata keçirilməsi aydın görünür. Həmin görüntüləri təqdim edirik:

Read More
Cəbhədən Xəbər 

Ermənilər Ordumuzun mövqelərini atəşə tutublar – RƏSMİ

Mayın 29-u saat 19:00-dan mayın 30-u saat 03:55-dək Ordumuzun mövqeləri ümumilikdə 19 dəfə fasilələrlə atəşə tutulub. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Bunlardan 4-ü Ermənistan silahlı qüvvələrinin bölmələrinin İstisu, Tovuzqala rayonunun Çinarlı və Aygepar, Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Əsrik Cırdaxan və Əlibəyli, Kəlbəcər rayonunun Dəmirçidam və İstisu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutması ilə baş verib. Digər 15 insident isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun Ağdam, Şuşa və Kəlbəcər rayonları…

Read More
Cəbhədən Xəbər 

Ermənilər Ağdamı atəşə tutdu

Mayın 28-i axşam saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub. Bu barədə ARANTV.AZ-a Müdafiə Nazirliyindən xəbər verilib. Qeyd olunan istiqamətdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.  

Read More
Cəbhədən Xəbər 

Qarabağdan Ermənistana qanunsuz silah daşıyan şəxslərə hökm oxunub

Ermənistan Apellyasiya Məhkəməsi Qarabağda 44 günlük müharibə zamanı onlarla atıcı silah və sursatın qanunsuz əldə edilməsi və saxlanmasında təqsirli bilinən 3 nəfərin cəzasını dəyişib. APA Ermənistan Baş Prokurorluğunun mətbuat xidmətinə istinadən xəbər verir ki, bunun üçün məhkəmə Baş Prokurorluğun vəsatətini qismən təmin edib, birinci instansiya məhkəməsinin qərarını qismən ləğv edib. Cinayət işinin materiallarına görə, müharibə illərində Cəbrayıl rayonu ərazisində döyüş bölgəsinə gedən A.B. adlı şəxs Ermənistana daşınması və sonradan satılması üçün 45 “Kalaşnikov” avtomatı, 2 mindən çox patron əldə edib. Bu işdə ona S.Q və S.B adlı dostları yardımçı olub.…

Read More
Cəbhədən Xəbər 

Sülhməramlıların müşayiəti altında ermənilərin qanunsuz daşımaları davam edir – VİDEO

Rusiya sülhməramlılarının müşayiəti altında ermənilərin qanunsuz daşımaları davam edir. Arantv.az Trend-ə istinadən bildirir ki, Rusiya sülhməramlıları qeyri-qanuni erməni silahlı birləşmələrinin hərbi daşımalarının mühafizəsini davam edir. Videoda sülhməramlıların zirehli texnikasının müşayiəti ilə Xankəndi-Kərkicahan-Xəlfəli yolu vasitəsilə növbəti dəfə qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərinə hərbi daşımaların həyata keçirilməsi aydın görünür.    

Read More