Cəbhədən Xəbər 

Azərbaycan Ordusunda snayperlərin peşəkarlığı artırılır – VİDEO

Quru Qoşunlarının 2023-cü il üzrə hazırlıq planına uyğun olaraq, snayper tüfənglərindən atəş hazırlığı üzrə praktiki atış çalışmaları yerinə yetirilib. Müdafiə Nazirliyindən verilən xəbərə görə, əvvəlcə hərbi qulluqçular atəş mövqeyinin tutulması və silahın döyüş vəziyyətinə gətirilməsi üzrə normativləri məşq ediblər. Təlim sahəsində şərti düşmən hədəflərinin aşkar olunaraq məhv edilməsi üzrə tapşırıqlar snayperlər tərəfindən peşəkarlıqla icra olunub. Keçirilən təlim atış çalışmalarının əsas məqsədi düzgün nişanalma qaydalarına əməl etməklə hədəfləri dəqiq atəşlə məhvetmə qabiliyyətinin artırılmasıdır.

Read More
Cəbhədən Xəbər 

Erməni quldur dəstələri Xocalıdakı poliqona məktəbli avtobusunda daşınırlar – VİDEO

Qarabağ iqtisadi rayonunda erməni quldur dəstələrinin növbəti qanunsuz əməllərinin üstü açılıb. Bununla bağlı görüntüləri Caliber.Az əldə edib. Kadrlarda Xocalı rayonundakı poliqonda, Rusiya sülhməramlı kontingentinin gözü qarşısında qanunsuz erməni silahlı dəstələrinin üzvləri tərəfindən hərbi hazırlıq və digər döyüş təlimlərinin həyata keçirdikləri əks olunub. “Xüsusilə qeyd edək ki, təlimə cəlb edilən qanunsuz silahlı dəstənin üzvləri poliqona bütün beynəlxalq konvensiyalara zidd olaraq məktəbli avtobusunda (School bus) gətirilirlər”, – xəbərdə qeyd olunur.  

Read More
Cəbhədən Xəbər 

Azad edilən ərazilərdə daha 31 mina aşkarlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə 31 mina aşkarlayıb. ANAMA-dan verilən məlumata görə, mayın 15-dən 20-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 17, tank əleyhinə 14 mina və 484 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə 213 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Read More
Cəbhədən Xəbər 

Anar Bağırov: “Məhkəmələrdə uşaqların dindirilməsinin əleyhinəyəm”

“Məhkəmələrdə uşaqların dindirilməsinin əleyhinəyəm”. ARANTV.AZ e-huquq.az-a istinadən xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov “Nikahın xitamı ilə bağlı ailə qanunvericiliyinin tətbiqi sahəsində mövcud vəziyyət” mövzusunda konfransda çıxış edərkən deyib. Sədrin sözlərinə görə, bu, uşaqlar üçün böyük travmadır: “Məncə, bununla bağlı qanunvericilikdə dəyişikliklərə böyük ehtiyac var”.

Read More
Cəbhədən Xəbər 

“Azərbaycan Şuşadan Xankəndiyə qoşun yeridəcək…” – ŞOK

“Mayın 15-də Samvel Babayan Stepanakertdə kütləvi etiraz aksiyası keçirəcək və bunun hansı nəticələrə gətirib çıxaracağını anlayıb dəhşətə gəlirəm”. Bunu “Facebook” səhifəsində erməni jurnalist Nairi Xoxikyan yazıb. “Heç kimə sirr deyil ki, Samvel Babayan Nikol Paşinyanın qrupu ilə çox fəal əməkdaşlıq edir və indi Paşinyanın bütün təbliğat maşını Babayanın Artsaxda hakimiyyətə gətirilməsi üçün çalışır. Samvel Babayan özü deyirdi ki, azərbaycanlı iş adamlarının Qarabağa daxil olmasının əleyhinə deyiləm, Qarabağdakı hakimiyyət azərbaycanlılarla əməkdaşlıq etməlidir. Eyni zamanda rus sülhməramlılarından narazılığını bildirir, hətta deyir ki, onlar heç nə edə bilmirlərsə, çıxıb getsinlər”,- deyə erməni jurnalist…

Read More
Cəbhədən Xəbər 

Kəlbəcər istiqamətində mövqelərimiz minaatanlardan atəşə tutulub

Kəlbəcər istiqamətində mövqelərimiz minaatanlardan atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Mayın 14-ü saat 20:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yenikənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini 60 mm minaatanlardan atəşə tutub.

Read More
Cəbhədən Xəbər 

“Hərbi qulluqçumuz şəhid olub” – Azərbaycan MN

Mayın 12-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin davam edən təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Qarayev Məhəmməd Mahir oğlu şəhid olub. Bu barədə Arantv.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidimizin yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!

Read More
Cəbhədən Xəbər 

Ermənistan Kəlbəcərdəki mövqelərimizə zərbə PUA-ları tətbiq edib – FOTO

Mayın 11-i və 12-də Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonundakı bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki bir neçə mövqeyinə qarşı müxtəlif istiqamətlərdən zərbə PUA-ları tətbiq edilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bölmələrimiz tərəfindən hava hədəfləri vaxtında aşkar edilmiş və radioelektron mübarizə vasitələrinin tətbiqi nəticəsində onlar hədəfə çatmadan zərərsizləşdirilib. Təqdim olunan foto materiallarda zərbə PUA-larının qalıqları əks olunub:  

Read More
Cəbhədən Xəbər 

Ermənistan silahlı qüvvələri artilleriya qurğularından mövqelərimizi atəşə tutdu – VİDEO

Mayın 12-si saat 18:00 radələrində Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətində yerləşən bölmələri Azərbaycan Ordusunun üzbəüz mövqelərini D-30 topları və minaatanlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Azərbaycan Ordusunun bölmələri tərəfindən zəruri cavab tədbirləri görülür. Bölmələrimiz itki verməyib.

Read More
Cəbhədən Xəbər 

Ermənistanın sərhəd təxribatı – ŞƏRH

10-11 may tarixlərində Ermənistan silahlı bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan və artilleriyadan atəşə tutdu. İnsidentlər nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Mahmudlu Müslüm Vidadi oğlu başından ağır yaralandı. O, hədəfli atəş nəticəsində yaralanıb. Ermənistanın qəsdən törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Novruzəlizadə Orxan Elxan oğlu şəhid oldu. Düzdür, Ermənistan ordusu da itkilər verdi və onun Zod istiqamətindəki hərbi infrastrukturu Azərbaycan Ordusu tərəfindən məhv edildi. Ancaq, bu, Ermənistanın təxribatlara son qoyacağı demək deyil.…

Read More