Cəbhədən Xəbər 

Ermənistan ordusundakı özbaşınalığı Azərbaycana qara yaxmaqla ört-basdır etmək istəyir – EKSKLÜZİV VİDEO

Ermənistan Müdafiə Nazirliyinin həqiqətə uyğun olmayan xəbərlər yaymağı adət halına çevirdiyi hamıya bəlli olan faktdır. Xüsusən 44 günlük Qarabağ müharibəsində bunun bariz nümunələrinin şahidi olduq. Lakin düşmən müharibədən sonra da bu, biabırçı adətindən əl çəkmir. Belə ki, Ermənistan Müdafiə Nazirliyi aprelin 29-u guya Azərbaycan Ordusunun bölmələri tərəfindən açılan atəş nəticəsində Dığ yaşayış məntəqəsi istiqamətində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun yaralanması barədə məlumat yayıb. Azərbaycanın Müdafiə Nazirliyi həmin məlumatı qəti surətdə təkzib edirək bəyan edib ki, bu, Ermənistanın növbəti dezinformasiyadır. Nazirlik Ermənistan ordusunda şəxsi heyət arasında nizam-intizam və hərbi nizamnamədənkənar münasibətlərin ciddi…

Read More
Cəbhədən Xəbər 

Əlahiddə Ümuşqoşun Orduda “Ən yaxşı snayper” adı uğrunda yarış keçirilib – VİDEO

Əlahiddə Ümumqoşun Orduda “Ən yaxşı snayper” adı uğrunda yarış keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Yarışda əvvəlcə snayperlərə sıra baxışı keçirilib və təchizatları yoxlanılıb. Şəxsi heyətə yüksək dözümlülük, təmkinlik, fiziki hazırlıq kimi xüsusiyyətlərin aşılanması və sərrast atıcılıq qabiliyyətinə malik hərbi qulluqçuların müəyyən edilməsi məqsədilə keçirilən yarışda snayperlərin maneələri dəf edərək müxtəlif məsafələrdə yerləşən hədəfləri məhvetmə bacarıqları yoxlanılıb. 6 mərhələdə keçirilən yarışda müxtəlif vəziyyətlərdə atəşaçma üzrə normativlər icra edilib. Sonda verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirən snayperlər müəyyən edilib və mükafatlandırılıblar.

Read More
Cəbhədən Xəbər 

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib – FOTO

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə “Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycanın Dövlət Himni səsləndirilib. Tədbirdə Müdafiə Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Bakı şəhəri üzrə Təhsil İdarəsinin, Yasamal, Xəzər, Suraxanı, Sabunçu, Qaradağ, Nizami, Nəsimi, Nərimanov, Binəqədi və Xətai rayonların Gənclər və İdman idarələrinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, hərbi liseyin zabitləri, eləcə də…

Read More
Cəbhədən Xəbər 

MN: “Ermənistan müdafiə nazirliyinin yaydığı məlumatı qəti surətdə təkzib edirik”

“Aprelin 29-u guya Azərbaycan Ordusunun bölmələri tərəfindən açılan atəş nəticəsində Dığ yaşayış məntəqəsi istiqamətində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumatı qəti surətdə təkzib edirik”. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib. “Bu Ermənistanın növbəti dezinformasiyadır. Görünən odur ki, Ermənistan ordusunda şəxsi heyət arasında nizam-intizam və hərbi nizamnamədənkənar münasibətlər ciddi problem olaraq qalmaqdadır”, – nazirlikdən əlavə edilib.

Read More
Cəbhədən Xəbər 

“Anadolu Qartalı – 2023” beynəlxalq təlimində ilk uçuşlar icra olunub – VİDEO

“Anadolu Qartalı – 2023” beynəlxalq təlimində iştirak edən aviasiya vasitələrimiz ilk uçuşlarını yerinə yetiriblər. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, əvvəlcə pilotlara təlim müddətində təhlükəsizlik qaydaları və digər məsələlərlə bağlı təlimat verilib. Sonra aviasiya vasitələrimizin ekipajları təlim keçiriləcək ərazi ilə tanışlıq, hərəkət marşrutlarının öyrənilməsi və şərti hədəflərin qiymətləndirilməsi məqsədilə uçuşlar icra ediblər. Uçuş zamanı təyyarələrin qarşılıqlı fəaliyyəti və rabitə əlaqəsi də yoxlanılıb.

Read More
Cəbhədən Xəbər 

ANAMA-nın əməkdaşları Tərtərdə minaya düşdü: Üç nəfər həlak oldu – YENİLƏNİB + FOTO/VİDEO

Tərtərin Tapqaraqoyunlu kəndi ərazisində minaya düşən şəxslərin cəsədləri ərazidən çıxarılıb. TƏBİB-in tabelində fəaliyyət göstərən Tərtər rayon mərkəzi xəstəxanasının ictimaiyyətlə əlaqələr üzrə mütəxəsisi Vüsal Əliyev APA-ya bildirib ki, meyitlər Tərtər morquna verilib. Qeyd edək ki, bu gün Tərtərdə mina partlayışı nəticəsində RPS Energy Ltd. şirkəti ilə çalışan Yusifov Nadir Pənah oğlu (Füzuli rayonu), Gözəlov Səxavət İsmayıl oğlu (Füzuli rayonu) və Sədiyev Fərid Mehman oğlu (Sumqayıt şəhəri) həlak olub.   21:01 Tərtərdə üç nəfər minaya düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, aprelin 28-də Tərtər rayonunun Talış kəndindən Tapqaraqoyunlu kəndi istiqamətində olan ərazidə…

Read More
Cəbhədən Xəbər 

ANAMA-nın əməkdaşları Tərtərdə minaya düşdü: Üç nəfər həlak oldu – YENİLƏNİB + VİDEO

Tərtərdə üç nəfər minaya düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, aprelin 28-də Tərtər rayonunun Talış kəndindən Tapqaraqoyunlu kəndi istiqamətində olan ərazidə mina partlayışının baş verməsi barədə rayon prokurorluğuna məlumat daxil olub İlkin araşdırma zamanı qeyd olunan ərazidə tank əleyhinə minanın partlaması nəticəsində 3 nəfərin ölməsi müəyyən edilib. Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. 20:57 Tərtərdə üç nəfər avtomobillə hərəkətdə olarkən minaya düşüb. DİN-in Mətbuat xidmətinin regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, hadisə Talış-Tapqaraqoyunlu ərazisində qeydə alınıb. Partlayış nəticəsində hər üç şəxs həlak olub.…

Read More
Cəbhədən Xəbər 

Azad olunan ərazilərdə mina partlayışı nəticəsində ölən və yaralananların sayı AÇIQLANDI

2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxs olmaqla ümumilikdə 298 nəfər mina qurbanlarından 54 nəfər həlak olub. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, 244 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Read More
Cəbhədən Xəbər 

ANAMA rəhbəri: “Azərbaycanda 77 890 hektar ərazi minalardan təmizlənib, 87 min mina aşkarlanıb”

“Azərbaycanda Vətən müharibəsi başa çatdıqdan sonra 77 890 hektar ərazi minalardan təmizlənib, 87 min mina və partlamamış hərbi sursat aşkarlanıb”. “Report” xəbər verir ki, bunu Azərbaycan Respublikası Minatəmizləmə Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov bu gün Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri üçün keçirilən brifinqdə deyib. ANAMA tərəfindən aparılan minatəmizləmə işlərindən danışan V.Süleymanov Azərbaycanın minalarla ən çox çirklənmiş ölkələrdən biri olduğunu qeyd edib. Onun sözlərinə görə, ümumilikdə müharibədən sonrakı dövrdə Azərbaycanda 298 nəfər minaya düşüb, onlardan 53 nəfəri ölüb, 245 nəfəri isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb: “Ümumilikdə, 1991-ci ildən…

Read More
Cəbhədən Xəbər 

Fransalı nazir Azərbaycan-Ermənistan şərti sərhədinə səfər edib

“Aİ-nin Ermənistandakı missiyası Aİ ölkələrinə məlumat almağa imkan verir”. Bunu Azərbaycan-Ermənistan şərti sərhədinə səfər edən Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna bildirib. “Görürəm ki, (qurulan) əməkdaşlıq çox yaxşıdır, müsbət nəticələri var. Bu, bizə qərarların qəbulu zamanı Aİ-yə üzv dövlətlər üçün faydalı məlumatlar almağa imkan verir”, – deyə fransalı nazir bildirib. O, Aİ missiyası nümayəndələrinin yalnız müşahidəçi mandatında olduğunu xatırladıb. Mənbə: “Sputnik” Ermənistan

Read More