Müdafiə Nazirliyinin rəhbər heyəti Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasının 26-cı ildönümü münasibətilə “N” hərbi hissəsində keçirilən mərasimdə iştirak edib. Bu barədə Musavat.com Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov xüsusi təyinatlılarla görüşüb. Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması, qayğı və problemlərinin həlli istiqamətində atılan mühüm addımlardan danışıb. 44 günlük Vətən müharibəsində, eləcə də digər əməliyyatlarda xüsusi təyinatlıların göstərdiyi qəhrəmanlıq nümunələrini qeyd edən nazir onların fəaliyyətinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən…
Read More