Cəbhədən Xəbər 

MN: Qeyri-qanuni erməni birləşmələri üçün qanunsuz hərbi daşımalar davam edir – VİDEO

Martın 24-də növbəti dəfə Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə qanunsuz hərbi daşımaları icra edən kolonun hərəkəti müəyyən edilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunur ki, Rusiya sülhməramlı kontingentinə məxsus bir ədəd “ZTR-82A” döyüş maşını, ermənilərə məxsus üç ədəd tentli “KamAZ” və üzərində yanacaq çəni olan bir ədəd “KamAZ” avtomobilinin hərəkəti texniki müşahidə vasitələrimiz tərəfindən qeydə alınıb. “Rusiya sülhməramlı kontingenti tərəfindən həyata keçirilən bu cür fəaliyyətlər Üçtərəfli Bəyanatın müddəalarının icrası ilə bağlı üzərlərinə düşən vəzifə borclarının yerinə yetirilməməsidir. Vəzifə və öhdəliklərinin əksinə olaraq Azərbaycanın Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən…

Read More
Cəbhədən Xəbər 

Müdafiə Nazirliyi açıqlama yayıb

Martın 22-si saat 16:20 radələrində guya Azərbaycan tərəfindən açılan atəş nəticəsində Arazdəyən istiqamətindəki döyüş mövqeyində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun ölümcül yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumatı qəti surətdə təkzib edirik. ARANTV.AZ  xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin açıqlamasında deyilir. “Ermənistan müdafiə nazirliyi bu kimi dezinformasiyaları yaymaqla son dövrlərdə ordusunda artan intizamsızlıq nəticəsində baş verən özünəqəsd və digər neqativ halları ört-basdır etmək məqsədini güdür”, – Nazirlik qeyd edib.

Read More
Cəbhədən Xəbər 

MN: “Sülhməramlı kontingent qanunsuz daşımaları müşayiət edir” – VİDEO

Azərnaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin bölmələri tərəfindən qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus təminat maşınlarının müşayiət edilməsi növbəti dəfə müşahidə olunub. Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyindən bildirilib. Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu istiqamətində Rusiya sülhməramlı kontingentinə məxsus 1 ədəd ZTR-82A döyüş maşını, ermənilərə məxsus 3 ədəd tentli URAL və üzərində yanacaq çəni olan KamAZ avtomobilinin, ümumilikdə beş hərbi nəqliyyat vasitəsinin kolonda hərəkəti texniki müşahidə vasitələrimiz tərəfindən qeydə alınıb. Bir daha bildiririk ki, Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə hərbi daşımaların həyata keçirilməsi üçtərəfli Bəyanatın müddəalarının kobud şəkildə pozulmasıdır və bu qəbuledilməzdir.…

Read More
Cəbhədən Xəbər 

MN: “Ermənistan tərəfinin yaydığı məlumat yalandır”

“Martın 21-də Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun nəqliyyat vasitəsi ilə guya azaraq Azərbaycan Ordusunun bölmələrinin mövqelərinə yaxınlaşması və bölmələrimiz tərəfindən əsir götürülməsi barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat yalandır”. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Read More
Cəbhədən Xəbər 

MN: “Ermənistandan Azərbaycan ərazisinə qanunsuz hərbi yüklərin daşınması davam edir”

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki qeyri-qanuni erməni silahlı dəstələri Şuşa-Laçın yoluna alternativ torpaq yollardan istifadə etməklə Ermənistandan hərbi yükdaşımaları davam etdirir. Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyindən bildirilib. Qeyri-qanuni erməni silahlı dəstələri gecə vaxtı və dumanlı hava şəraitindən istifadə etməklə Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə döyüş mövqelərinə canlı qüvvə, silah-sursat, mina, eləcə də yanacaq, su, ərzaq və digər maddi-texniki təminat vasitələri daşıyır. “Qeyd olunan marşrut üzrə hərbi yüklərin daşınması ilə əlaqədar Azərbaycan tərəfi dəfələrlə beynəlxalq ictimaiyyəti məlumatlandırmışdır. Bundan əlavə, Ermənistan tərəfinin hərbi yükdaşımalar məqsədilə mülki nəqliyyat vasitələrindən də istifadə etməsi…

Read More
Cəbhədən Xəbər 

Növbəti “Komando başlanğıc kursu” başa çatıb – FOTO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, ordu sıralarında xidmət edən hərbi qulluqçuların hazırlıq səviyyəsinin və bölmələrin döyüş qabiliyyətinin daha da artırılması istiqamətində görülən işlər davam edir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Cari ilin döyüş hazırlığı planına uyğun olaraq, növbəti “Komando başlanğıc kursu”nun buraxılış mərasimi keçirilib. Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub. Mərasimdə çıxış edənlər məzunlara Müdafiə Nazirliyi rəhbərliyinin təbrikləri çatdıraraq hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin yüksəldilməsi və…

Read More
Cəbhədən Xəbər 

Novruz bayramı münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib – FOTO/VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən Novruz bayramı ilə əlaqədar Azərbaycan Ordusunun qoşun növləri, Əlahiddə Ümumqoşun Ordu, hərbi birlik və birləşmə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Tədbirlərdə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrlərin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub. Şəxsi heyət tərəfindən şəhidlərimizin məzarları ziyarət olunub, hərbi qulluqçular şəhid və yaralıların ailələrinə baş çəkərək onların qayğı…

Read More
Cəbhədən Xəbər 

Ermənilər Azərbaycanın Zəngilandakı mövqelərini atəşə tutublar: Hərbçimiz yaralanıb

Mart ayının 20-də saat 02:50-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan silahlı qüvvələrinin bölmələri Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Ağbaşyurd yüksəkliyində yerləşən mövqelərini atəşə tutulub. Bu barədə Oxu.Az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. Təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu kiçik çavuş Manafov Ramin Sübhi oğlu qarşı tərəfdən açılmış atəş nəticəsində yaralanıb. Hərbi qulluqçu ixtisaslaşmış tibb müəssisəsinə təxliyə edilərək əməliyyat olunub, həyatı təhlükəsi yoxdur. Hazırda əməliyyat şəraiti sabitdir və bölmələrimizin tam nəzarəti altındadır.…

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini Novruz bayramı münasibətilə təbrik edib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini Novruz bayramı münasibətilə təbrik edib. Təbrikdə deyilir: “Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar və mülki işçilər! Sizi Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, çətin, eyni zamanda, şərəfli və müqəddəs xidmətinizdə uğurlar arzulayıram. Ümummilli Lider Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində dövlət səviyyəsində qeyd olunan və xalqımızın ən əziz bayramı sayılan Novruz yazın gəlişindən, təbiətin oyanışından xəbər verir. Şərqlə Qərbin qovuşduğu Azərbaycan qədim zamanlardan müasir günümüzədək milli-mənəvi dəyərlərimizə əbədiyaşarlıq qazandıraraq Novruz ənənələrini qoruyub…

Read More