Cəbhədən Xəbər 

Mühəndis təminatı üzrə tədbirlərin icrası davam etdirilir – FOTO/VİDEO

Çətin relyefli və dağlıq ərazilərdə dislokasiya olunan Azərbaycan Ordusunun bölmələrində istənilən hava şəraitində xidməti-döyüş fəaliyyətinin təşkili məqsədilə həyata keçirilən tədbirlər davam etdirilir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Azərbaycan Ordusunun mühəndis bölmələrinin digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyəti nəticəsində təxliyə yollarının daim işlək vəziyyətdə saxlanılması, avtomobil və döyüş texnikası kolonlarının təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi məqsədilə 2023-cü ilin mart ayının 1-dən 15-dək Kəlbəcər, Laçın və Daşkəsən rayonları istiqamətlərində ümumilikdə 2250 km-dək yol qar örtüyündən təmizlənib. Azad olunmuş ərazilərimizdə mühəndis təminatı üzrə zəruri tədbirlər plana uyğun davam etdirilir.  

Read More
Cəbhədən Xəbər 

Hərbi hissələrin döyüşə hazırolma vəziyyəti yoxlanılıb – FOTO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2023-cü il üçün döyüş hazırlığı planına əsasən, Azərbaycan Ordusunun bir neçə hərbi hissəsində bölmələrin döyüşə hazırolma vəziyyəti yoxlanılıb. Bu barədə Müdafiə Nazirliyi xəbər verib. Yoxlamanın başlanması ilə əlaqədar olaraq döyüş bayrağı sıra meydanına gətirilib. Xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Hərbi hissələrdə sıra baxışları keçirilib, maddi-tədris bazaları, şəxsi heyətin silah və döyüş təchizatı, eləcə də hərbi qulluqçuların fərdi hazırlığı yoxlanılıb.…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunda ağacəkmə aksiyaları keçirilib – FOTO

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi Azərbaycan Ordusunda keçiriləcək tədbirlər planına əsasən, həyata keçirilən fəaliyyətlər davam etdirilir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar olaraq Müdafiə Nazirliyinin idarə və hərbi hissələrində ağacəkmə aksiyaları keçirilib. Təbiətin qorunmasına töhfə vermək, ekoloji tarazlığın bərpasına, ətraf mühitin mühafizəsinə kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək və ictimaiyyətin diqqətini yaşıllaşdırma işinin vacibliyinə yönəltmək məqsədilə keçirilən aksiyalarda müxtəlif növ ağaclar əkilib.…

Read More
Cəbhədən Xəbər 

Ordumuzun mövqeləri dörd istiqamətdən atəşə tutulub

Martın 15-i saat 00:10-dan 02:30-dək Ordumuzun mövqeləri atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Əzizli və Qaraiman istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yuxarı Ayrım və Daşkəsən rayonunun Astaf yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Bundan başqa, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocalı və Xocavənd rayonları istiqamətlərində yerləşən mövqeləri də fasilələrlə atəşə tutulub. Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Read More
Cəbhədən Xəbər 

Baş Qərargah rəisi ABŞ-nin Avropa Komandanlığının nümayəndə heyəti ilə görüşüb

Martın 14-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ABŞ-nin Avropa Komandanlığının tərəfdaşlıq, təhlükəsizlik və siyasət imkanları üzrə direktor müavini briqada generalı Edvard Voqanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Əvvəlcə qonaqlar Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirələrini ehtiramla yad ediblər. Nümayəndə heyətini salamlayan Baş Qərargah rəisi onlara Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunda aparılan islahatlar, azad edilən ərazilərdə görülən işlər, həmçinin Azərbaycan-Ermənistan…

Read More
Cəbhədən Xəbər 

Kəlbəcər, Laçın və Xocalıdakı mövqelərimiz ermənilər tərəfindən atəşə tutulub

Martın 13-ü axşam saatlarından martın 14-ü səhər saatlarınadək Ordumuzun mövqeləri 19 dəfə fasilələrlə atəşə tutulub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat verib. Qeyd olunub ki, Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu, Basarkeçər rayonunun Yuxarı Şorca, Qaraiman, Günəşli, Gorus rayonunun Qaraşen istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun İstisu, Mollabayramlı, Laçın rayonunun Cağazur, Daşkəsən rayonunun Astaf və Təzəkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Bundan başqa, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqeləri də atəşə tutulub.…

Read More
Cəbhədən Xəbər 

Ermənistanın Azərbaycana təhvil verdiyi meyit qalıqlarının sayı açıqlanıb

“Üçtərəfli Bəyanat imzalandıqdan qısa müddət sonra I Qarabağ müharibəsində itkin düşmüş şəxslərə aid məzar yerlərinin müəyyən edilməsi, qazıntı və ekshumasuya işlərinin aparılması məsələsi gündəmə gəldi”. Bunu APA-ya müsahibəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov deyib. “Bir məqamı xüsusilə qeyd etməliyəm ki, Ermənistanın bu sahədəki açıqlamaları daha çox imitasiya xarakteri və beynəlxalq ictimaiyyətdə yanlış fikir formalaşdırmaq məqsədi daşıyır. Biz ötən müddət ərzində Ermənistandan I Qarabağ müharibəsində itkin düşmüş şəxslərin sonrakı taleyinin aydınlaşdırılması sahəsində məqsədyönlü fəaliyyətin şahidi olmamışıq. Məlumdur ki, I Qarabağ…

Read More
Cəbhədən Xəbər 

Müdafiə naziri: “Azərbaycan Ordusu istənilən təxribatın qarşısını almaq məqsədilə qəti zəruri addımlar atacaq”

Martın 11-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.   Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.   Müşavirədə nazir müavinləri, qoşun növü komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, hərbi birlik komandirləri, həmçinin videobağlantı vasitəsilə hərbi birləşmə komandirləri iştirak ediblər.   Əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.   Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu vəzifələri müşavirə iştirakçılarına çatdırıb.…

Read More