Cəbhədən Xəbər 

Azərbaycan ordusunun hərbi qulluqçusu vəfat edib

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu vəfat edib. Bu barədə Oxu.Az-a Hərbi prokurorluqdan məlumat verilib. Məlumata görə, əsgər Məhərrəmov Elnur Ələsgər oğlunun odlu silahdan açılmış atəş nəticəsində yaralanması, təxliyə olunarkən yolda ölməsi barədə Gəncə hərbi prokurorluğuna məlumat daxil olub. Fakt üzrə Gəncə hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılmış və hazırda təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilir. İstintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.

Read More
Cəbhədən Xəbər 

MN: “Ermənistan tərəfinin yaydığı məlumat yalandır” – VİDEO

Azərbaycan Ordusunun bölmələri tərəfindən guya martın 9-u saat 17:50 radələrində Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri istiqamətində atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat həqiqəti əks etdirmir, tamamilə yalandır. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Nazirlik erməni tərəfinin yaydığı məlumatı qəti surətdə təkzib edib.

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənov NATO generalı ilə görüşüb – FOTO

Martın 9-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan NATO-nun Quru Qoşunları Komandanlığının qərargah rəisi general-leytenant Mustafa Oğuz ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Türkiyəli qonaq əvvəlcə Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını və Türk şəhidliyini ziyarət edib, üzərinə gül dəstələri qoyaraq ehtiram nümayiş etdirib. Sonra Müdafiə Nazirliyində görüş keçirilib. Qonağı salamlayan general-polkovnik Z.Həsənov onu ölkəmizdə görməkdən məmnun olduğunu ifadə edib. Müdafiə naziri əvvəlcə Türkiyədə baş verən güclü zəlzələ nəticəsində həlak olanların yaxınlarının dərdlərinə şərik olduğunu…

Read More
Cəbhədən Xəbər 

Şərti sərhəddə və Qarabağda yerləşən mövqelərimiz 23 dəfə atəşə tutulub

Martın 8-i saat 21:30-dan martın 9-u saat 04:15-dək Ordumuzun Azərbaycan-Ermənistan şərti sərhədində və Qarabağ iqtisadi rayonunda yerləşən mövqeləri 23 dəfə atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu, Basarkeçər rayonunun Yuxarı Şorca, Aşağı Şorca, Günəşli, Əzizli yaşayış məntəqələri və Çəmbərək rayonu istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu, Zəylik, Mollabayramlı, Yellicə, Yuxarı Ayrım, Daşkəsən rayonunun Astaf, Gədəbəy rayonunun Zamanlı və Göyəmli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Bundan başqa, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni…

Read More
Cəbhədən Xəbər 

Ağdam rayonunun Muğanlı kəndi – FOTO

Ağdam rayonunun Muğanlı kəndi Şıxbabalı kənd inzibati ərazi dairəsində yerləşir. Muğanlı kəndi 1993-cü il iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər. İkinci Qarabağ müharibəsində Ordumuzun şanlı Qələbəsindən sonra 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın Baş naziri tərəfindən imzalanmış üçtərəfli Bəyanata əsasən, Ağdam rayonu noyabrın 20-də Azərbaycana qaytarılıb. AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Muğanlı kəndinin görüntülərini təqdim edir.  

Read More
Cəbhədən Xəbər 

Azad edilən ərazilərdə dislokasiya olunan bölmələrdən FOTOREPORTAJ

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə media nümayəndələri üçün Füzuli rayonunda yerləşən bölmələrin hərtərəfli təminatı, sosial-məişət şəraiti ilə tanış olmaq məqsədilə mediatur həyata keçirilib. “Report”un Füzuliyə ezam olunmuş əməkdaşı xəbər verir ki, səfər çərçivəsində jurnalistlər azad edilmiş ərazilərdə dislokasiya olunmuş bölmələrə baş çəkiblər. Media nümayəndələri döyüş mövqelərində xidmət edən şəxsi heyətin sosial-məişət və xidmət şəraiti ilə yaxından tanış olublar. Mətbuat işçilərinə bildirilib ki, İkinci Qarabağ müharibəsindən keçən 3 ilə yaxın müddət ərzində ərazidə hərbçilərin lazımi qaydada xidmət keçməsi üçün bütün zəruri şərait yaradılıb. Biz bunu hərbi hissədə olarkən də gördük. N saylı…

Read More
Cəbhədən Xəbər 

MN: “RSK-nın müşayiəti ilə hərbi yüklərin daşınması üçtərəfli Bəyanatın müddəalarının pozulmasıdır” – VİDEO

Martın 5-də Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda baş vermiş insidentdən sonra Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə Ermənistan silahlı qüvvələri və qeyri-qanuni erməni silahlı dəstələrinin bu yoldan hərbi təyinatlı daşımaları həyata keçirmək məqsədilə növbəti dəfə istifadə etməsi Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələrinin texniki müşahidə vasitələri ilə qeydə alınıb. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Martın 7-də gün ərzində Ermənistan silahlı qüvvələri və qeyri-qanuni erməni silahlı dəstələrinin hərbi nəqliyyat vasitələrinin qeyd olunan yoldan kolon şəklində hərəkəti Rusiya sülhməramlı kontingentinin müşayiəti altında təmin edilib. Ermənistanın təkzibinə və riyakarlığına baxmayaraq, texniki müşahidə vasitələri ilə yolun hərbi…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan MN Rusiya tərəfinə ötən gün Qarabağda baş verən insidentlə bağlı cavab verib

“Təəssüf hissi ilə qeyd edirik ki, martın 6-da Rusiya Federasiyası Müdafiə Nazirliyi dünən Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda baş vermiş silahlı insidentlə bağlı yaydığı bülletendə faktları təhrif edib və həqiqəti əks etdirməyən məlumat yayılıb”. Bu sözlər Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd edilib. Bildirilib ki, martın 5-də operativ məlumatlar əsasında Ermənistandan qanunsuz hərbi daşınmalar həyata keçirən erməni hərbi birləşmələrinin nəqliyyat vasitəsinin Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib: “Nəqliyyat vasitəsinə yaxınlaşarkən avtomobilin içərisində olan erməni silahlı dəstəsinin üzvləri tərəfindən hərbi qulluqçularımız avtomat silahlardan atəşə tutulub və nəticədə iki hərbçimiz şəhid olub, biri…

Read More
Cəbhədən Xəbər 

MN: “Yaralanan hərbçilərimizə sülhməramlıların yardım göstərməsi xəbəri yalandır”

“İnsident nəticəsində yaralanan hərbi qulluqçularımıza Rusiya sülhməramlı kontingentinin nümayəndələri tərəfindən ilkin tibbi yardımın göstərilməsi və təxliyə edilməsi barədə yayılan məlumat həqiqəti əks etdirmir”. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında qeyd olunub. “Silah-sursatla tam təchiz olunmuş bu hərbi qulluqçuların “pasport və viza” xidməti həyata keçirən polis əməkdaşları kimi təqdim edilməsi riyakarlıqdan başqa bir şey deyildir”, – nazirlikdən vurğulanıb.

Read More
Cəbhədən Xəbər 

Qarabağda ermənilərin təxribata əl atdığı ərazidən görüntülər – VİDEO

Baku TV-nin Şuşaya ezam olunmuş əməkdaşı Fərdin İsazadə Laçın-Xankəndi yolundakı son vəziyyətdən danışıb. O qeyd edib ki, sözügedən yolda keçirilən aksiya artıq öz bəhrəsini verib. “Separatçılar bu ərazilərə silah-sursat gətirməkdə çətinlik çəkdikləri üçün sözügedən torpaq yoldan istifadə etmək məcburiyyətində qalıblar”, – deyə F.İsazadə əlavə edib. Canlı bağlantı zamanı Qarabağa silah-sursat daşıyan separatçılarla insidentin baş verdiyi yoldan görüntülər də yayımlanıb.  

Read More