Cəbhədən Xəbər 

Azərbaycan Xankəndi yaxınlığında erməni təxribatına qarşı əməliyyata başlayıb

Azərbaycanın Xankəndi şəhərində yaşayan ermənilər şəhər ətrafından güclü silah səslərinin gəldiyini bildirirlər. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilib ki, Azərbaycan öz ərazisində erməni təxribatına qarşı əməliyyat keçirir. Erməni tərəfi iddia edir ki, nəticədə bir separatçı ölüb, bir nəfər isə yaralanıb. Qeyd edək ki, Qarabağda baş vermiş istənilən təxribatın səbəbkarı Nikol Paşinyan və onun rəhbərlik etdiyi Ermənistan hökumətidir. Azərbaycanın suveren ərazisində heç bir əlavə separatçı silahlı dəstə, hansısa bir bölücü fəaliyyət yolverilməzdir.

Read More
Cəbhədən Xəbər 

Hərbi vətənpərvərlik mövzusunda xəbər hazırlayan media nümayəndələri ilə görüş keçirilib – FOTO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq qərarı ilə təsdiq edilmiş nazirliyin Kommunikasiya Strategiyası çərçivəsində müxtəlif informasiya agentliklərinin hərbi vətənpərvərlik mövzusunda yazılar hazırlayan bir qrup media nümayəndəsi ilə görüş keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Medianın İnkişafı Agentliyinin dəstəyi ilə  keçirilən görüşdə jurnalistlərlə qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi, hərbi mövzuda yazıların məzmunu və hərbi sirr hesab olunan informasiyanın yayılmasının qarşısının alınması ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin nümayəndələri tərəfindən jurnalistlərə hərbi və dövlət sirlərinin qorunması və digər mövzularda brifinqlər təqdim olunub.…

Read More
Cəbhədən Xəbər 

Ordumuz iş başında: Separatçıların müşahidə kameraları məhv edildi – ANBAAN VİDEO

Azərbaycanın Ağdam və Xocavənd rayonları istiqamətində qanunsuz fəaliyyət göstərən erməni hərbi dəstələrinin üç videomüşahidə kamerası sıradan çıxarılıb. Caliber.Az-a bu barədə öz mənbələrindən məlumat əldə etdiyini açıqlayıb. Hələlik hadisənin digər təfərrüatı barədə informasiya verilmir.  

Read More
Cəbhədən Xəbər 

Minaatan bölmələri ilə döyüş hazırlığı məşğələləri keçirilib – VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə döyüş hazırlığı məşğələləri keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Təlim atış çalışmaları üzrə tapşırıqları yerinə yetirən bölmələr təyin olunmuş hədəfləri minaatanlardan yüksək dəqiqliklə məhv ediblər. Qabaqcıl döyüş təcrübəsi nəzərə alınmaqla keçirilən məşğələlərdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.  

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunun Naxçıvandakı bölmələrinə həyəcan siqnalı verilib – FOTO

Əlahiddə Ümumqoşun Orduda qərargahların və şəxsi heyətin döyüş bacarığının təkmilləşdirilməsi məqsədilə komanda-qərargah təlimi keçirilib. “Əlahiddə Ümumqoşun Ordunun 2023-cü il döyüş hazırlığı planı”na əsasən, bir neçə birləşmə və hərbi hissənin cəlb edilməsi ilə keçirilən təlimdə qoşunların müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilməsi üçün birləşmə və hissələr həyəcan siqnalı ilə qaldırılaraq təlim rayonlarına çıxarılıb. Təlimin növbəti mərhələsində idarəetmə məntəqələrində əməliyyatlar planlaşdırılıb, müxtəlif fəaliyyət tərzləri üzrə hesabatlar aparılıb, praktiki fəaliyyətdə olan bölmələrin tapşırıqları dəqiqləşdirilib, bölmələr arasında qarşılıqlı əlaqənin və hərtərəfli təminatın təşkili üzrə plan və hesabatlar hazırlanıb. Qərargahlar tərəfindən qəbul edilmiş qərarlara uyğun ümumqoşun…

Read More
Cəbhədən Xəbər 

İran 44 günlük müharibə zamanı əlil olmuş ermənilərə reabilitasiya xidmətləri göstərəcək

İran ən yaxşı təcrübələri bölüşməyə və 2020-ci il müharibəsi zamanı əlil olmuş Ermənistan vətəndaşlarına reabilitasiya xidmətləri göstərməyə hazırdır. İranın əmək və sosial rifah naziri Seyid Sultan Mortazavi bu barədə İrəvanda ermənistanlı həmkarı Narek Mkrtçyanla görüşündə bildirib. İranlı nazirin sözlərinə görə, iki ölkə arasında xüsusilə son illərdə sıx və səmərəli əməkdaşlıq inkişaf edib. İranlı nazir qonşu dövlətlərlə, xüsusən də Ermənistanla əməkdaşlığın inkişaf etdirilməsini Tehranın siyasətinin əsas prioritetlərindən biri olduğunu bildirib. “Biz iki ölkə arasında sosial müdafiə sahəsində səylərin əlaqələndirilməsinə böyük əhəmiyyət veririk. Biz Qafqazda sülh və sabitliyin olması üçün ölkəmizin potensialını və…

Read More
Cəbhədən Xəbər 

Azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşlər keçirilib – FOTO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin bir qrup zabiti işğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrdə xidmət edən hərbi qulluqçularla görüşüb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Görüşlərdə şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti, xidməti-məişət şəraiti öyrənilib, şəxsi heyəti maraqlandıran suallar cavablandırılıb, onlarla maarifləndirici söhbətlər aparılıb və hərbi xidmətlə bağlı lazımi tövsiyələr verilib. Böyük ruh yüksəkliyi ilə xidmətini davam etdirən hərbi qulluqçular ölkə rəhbərliyinin diqqət və qayğısını daima hiss etdiklərini, göstərilən etimadı nümunəvi xidmətləri ilə doğrultmağa çalışdıqlarını bildiriblər. Sonda xidmətdə fərqlənən…

Read More
Cəbhədən Xəbər 

Zirehli texnika heyətlərinin döyüş vərdişləri təkmilləşdirilir – VİDEO

2023-cü ilin döyüş hazırlığı planına müvafiq olaraq Azərbaycan Ordusunda hərbi qulluqçuların fərdi bacarıqlarının təkmilləşdirilməsi, eləcə də bölmələrin döyüş qabiliyyətinin daha da artırılması məqsədilə təlim və məşğələlər davam etdirilir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, plana əsasən piyadaların döyüş maşınları (PDM) ekipajları ilə sürücülük və atəş hazırlığı üzrə praktiki çalışmalar yerinə yetirilib. Keçirilən çalışmalarda əsas diqqət sürücü-mexaniklərin döyüş texnikasını idarəetmə qabiliyyətlərinin, eləcə də tuşlayıcı operatorların zirehli texnikadan hərəkətdə və dayanaraq atəş açma bacarıqlarının inkişaf etdirilməsinə yönəldilib. Zirehli texnika ekipajları qarşıya qoyulan bütün tapşırıqları uğurla icra ediblər.

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunda Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib – FOTO/VİDEO

Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilib. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Anım mərasimlərində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların, eləcə də Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi Orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Mərasimlərdə çıxış edənlər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələrinin keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan etməsindən…

Read More