Cəbhədən Xəbər 

İşğaldan azad olunmuş ərazilərdə sosial-məişət şəraiti necədir? – AĞDAMDAN REPORTAJ

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə media nümayəndələri üçün Ağdam rayonunda yerləşən bölmələrin hərtərəfli təminatı və sosial-məişət şəraitinin yoxlanılması üçün mediatur təşkil edilib. “Report”un Ağdama ezam olunmuş əməkdaşı xəbər verir ki, səfər çərçivəsində KİV nümayəndələri azad edilmiş ərazilərdə dislokasiya olunmuş bölmələrə baş çəkiblər. Media nümayəndələri döyüş mövqelərində xidmət edən şəxsi heyətin sosial-məişət və xidmət şəraiti ilə yaxından tanış olublar. Media nümayəndələrinə bildirilib ki, 44 günlük Vətən müharibəsindən cəmi 3 ilə yaxın keçməsinə baxmayaraq, xidmət edilən ərazilərdə hərbçilərin normal xidmət etməsi üçün lazım olan bütün şərait yaradılıb və bu işlər planlı şəkildə davam…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunun tank heyətləri müxtəlif çalışmalar yerinə yetiriblər – VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü il üçün döyüş hazırlığı planına əsasən, ümumqoşun poliqonunda Azərbaycan Ordusunun tank heyətləri ilə sürücülük və atəş hazırlığı üzrə müxtəlif çalışmalar yerinə yetirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, tank heyətləri ərazidə təbii və süni maneələri dəf edərək döyüş maşınlarının idarə olunması, şərti düşmən hədəflərinin yerindən və hərəkətdə məhv edilməsi üzrə tapşırıqları uğurla icra ediblər. Məşğələlərdə əsas diqqət hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, eləcə də döyüş vərdişlərinin təkmilləşdirilməsidir.

Read More
Cəbhədən Xəbər 

Hərbi pilotlar təlim-məşq uçuşlarını icra ediblər – VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin döyüş hazırlığı planına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə təlim-məşq uçuşları həyata keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Plana uyğun olaraq helikopterlər baza aerodromlarından müəyyən olunmuş marşrutlar üzrə uçuşlar edib. Helikopter ekipajlarının döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən məşqlərdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

Read More
Cəbhədən Xəbər 

Azərbaycan və Türkiyənin mühəndis bölmələri döyüş hazırlığı üzrə birgə məşq keçirir – FOTO/VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun 2023-cü il üzrə təsdiq etdiyi plana uyğun olaraq mühəndis bölmələri ilə döyüş hazırlığı üzrə məşğələlər keçirilir. Müdafiə Nazirliyindən verilən məlumata görə, xüsusi hazırlanmış mühəndis şəhərciyində Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin Mühəndis Qoşunlarının hərbi qulluqçularının iştirakı ilə keçirilən məşğələlər zamanı istehkamçılar ərazinin kəşfi, minaaxtaranlar vasitəsilə minaların və partlamamış döyüş sursatlarının aşkar edilərək zərərsizləşdirilməsi, eləcə də digər tapşırıqları praktiki olaraq icra edirlər. Məşğələlərin keçirilməsində başlıca məqsəd mühəndis təminatını yerinə yetirən hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin və döyüşə hazırolma vərdişlərinin, eləcə də silahlanmada olan müasir mühəndis texnikası və…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Fevralın 21-i saat 20:45-dən fevralın 22-si saat 01:20-dək Azərbaycan Ordusunun mövqeləri 15 dəfə atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı və Vedi rayonunun Birəli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi və Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətlərində yerləşən mövqelərini snayper tüfəngindən və müxtəlif çaplı digər atıcı silahlardan fasilələrlə atəşə tutub. Bundan başqa, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Təzəkənd yaşayış məntəqəsi, Şuşa şəhəri və Xocavənd rayonu…

Read More
Cəbhədən Xəbər 

Gürcüstan nümayəndə heyəti hərbi hissələri ziyarət edib – FOTO

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın Müdafiə Qüvvələri komandanı general-mayor Giorgi Matiaşvili Əməliyyat (Komando) və Hərbi Hava Qüvvələri (HHQ) hərbi hissələrini ziyarət ediblər. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, əvvəlcə Komando hərbi hissəsinə gələn nümayəndə heyəti burada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək ehtiram nümayiş etdirib. Hərbi hissənin döyüş yolu və şəxsi heyətin hazırlıq prosesi haqqında ətraflı brifinq təqdim edildikdən sonra qonaqlar hərbi qulluqçular üçün yaradılan şərait və döyüş…

Read More
Cəbhədən Xəbər 

Naxçıvan xüsusi təyinatlı bölmələrinin təlimi keçirilib – FOTO/VİDEO

Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı bölmələri ilə “Şiddətli soyuqlarda döyüş əməliyyatlarının aparılması” mövzusunda taktiki-xüsusi təlim keçirilib. Bu barədə Əlahiddə Ümumqoşun Ordunun Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, şiddətli soyuqlarda döyüş əməliyyatlarını və xilasetmə tədbirlərini yüksək peşəkarlıqla aparmaq, komandir heyətinin bölmələrin idarə edilməsi üzrə bilik və bacarıqlarını təkmilləşdirmək məqsədilə təlimə cəlb edilmiş bölmələrlə məşqlər keçirilib. Məşqlər zamanı bölmələrin qış şərtlərində ərazidə məskunlaşma qabiliyyətləri və təchizatları yoxlanılıb. Qarlı-çovğunlu havalar və çətin keçilə bilən ərazilər üçün nəzərdə tutulmuş təchizat, müxtəlif dağ ləvazimatları və ərzaqla təmin edilmiş hərbi qulluqçular təlim rayonunda hazırladıqları sığınacaqlarda yaşayıb…

Read More
Cəbhədən Xəbər 

Müdafiə Nazirliyindən Seyfəlidəki partlayışlarla bağlı əhaliyə XƏBƏRDARLIQ

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumat üçün bildiririk ki, döyüş sursatlarının utilizasiya prosesi 25.02.2023-cü il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək. Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək. Nazirlik bir daha əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsas olmadığını diqqətə çatdırır.

Read More
Cəbhədən Xəbər 

Kərim Vəliyev Bakıda gürcüstanlı general-mayor ilə görüşdü – FOTO/VİDEO

Fevralın 20-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın Müdafiə Qüvvələri komandanı general-mayor Giorgi Matiaşvili ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Əvvəlcə gürcüstanlı qonaqlar Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirələrini ehtiramla yad edib və “Əbədi məşəl” abidəsi önünə əklil qoyublar. Sonra Baş Qərargahda rəsmi qarşılanma mərasimi keçirilib. Qonaq fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb. General-polkovnik K.Vəliyev qonaqları salamlayaraq onları…

Read More