Kərim Vəliyev Bakıda gürcüstanlı general-mayor ilə görüşdü – FOTO/VİDEO
Fevralın 20-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın Müdafiə Qüvvələri komandanı general-mayor Giorgi Matiaşvili ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Əvvəlcə gürcüstanlı qonaqlar Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirələrini ehtiramla yad edib və “Əbədi məşəl” abidəsi önünə əklil qoyublar. Sonra Baş Qərargahda rəsmi qarşılanma mərasimi keçirilib. Qonaq fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb. General-polkovnik K.Vəliyev qonaqları salamlayaraq onları…
Read More