Cəbhədən Xəbər 

Azərbaycan və Türkiyə hərbçilərinin birgə hərbi təlimi keçiriləcək – VİDEO

Qarsda Azərbaycan və Türkiyə hərbçilərinin birgə hərbi təlimi keçiriləcək. Təlimlərdə iştirak edəcək heyəti artıq Türkiyədədir. Bununla bağlı barədə Türkiyə Milli Müdafiə Nazirliyi öz “Twitter” hesabında paylaşım edib. “Azərbaycan Silahlı Qüvvələrinin “QIŞ-2023” təlimlərində xidmət edəcək qəhrəman əsgərləri Qarsa gəliblər. Qardaşlarımızı salamlayır və birlikdə olacağımız “QIŞ-2023” təlimlərində onlara uğurlar arzulayırıq”, – deyə paylaşımda qeyd edilib.  

Read More
Cəbhədən Xəbər 

MN: “Vətən müharibəsi iştirakçılarından 84 423 nəfərin adı “Zəfər” altsisteminə daxil edilib” – FOTO

Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən Vətən müharibəsi iştirakçılarından təqdim olunan 84 423 nəfərin adı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Zəfər” altsisteminə daxil edilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, hazırda qeyd olunan komissiyanın üzvlərinin müvafiq qurumlarla birgə sistemə adları daxil edilən vətəndaşlara “Müharibə veteranı” vəsiqələrinin verilməsi prosesi Bakı şəhəri və respublikamızın digər bölgələrində mərhələli şəkildə həyata keçirilir. Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən komissiya tərəfindən bu günədək “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün təqdim olunan 4300…

Read More
Cəbhədən Xəbər 

MN: “Azərbaycan Ordusu Xocavənddə təsərrüfat işləri görən texnikanı atəşə tutmayıb” – VİDEO

Azərbaycan Ordusunun bölmələri tərəfindən guya yanvarın 6-sı saat 13:00-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Xocavənd rayonunun Çörəkli yaşayış məntəqəsi ərazisində təsərrüfat işləri görən texnikanın atəşə tutulması ilə bağlı yayılan məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil. ARANTV.AZ  xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. “Bu məlumatı qəti surətdə təkzib edirik”, – MN-dən bildirilib.  

Read More
Cəbhədən Xəbər 

MN: 1042 nəfərə “Müharibə veteranı” adı verilməsindən imtina edilib

Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən komissiya tərəfindən bu günədək “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün təqdim olunan 4300 nəfərin məlumatlarının dəqiqləşdirilməsi məqsədilə əlavə zəruri sənədlər tələb olunduğuna görə yenidən baxılması üçün geri qaytarılıb.ARANTV.AZ xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.   Qeyd olunub ki, 1042 nəfərə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 216-cı nömrəli qərarının tələblərinə zidd olduğuna görə imtina verilib.

Read More
Cəbhədən Xəbər 

Müdafiə Nazirliyi ilə Hərbi Prokurorluq birgə tədbirlər planı imzalayıb

Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyası”na əsasən 2023-cü ildə terrorçuluq və ekstremizmin bütün təzahürlərinin qarşısının alınması sahəsində Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu arasında birgə tədbirlər planı imzalanıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bundan başqa, bu il ərzində Azərbaycan Ordusunda hüquq qaydasının və hərbi intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin qarşısının alınması sahəsində də hər iki qurum arasında birgə tədbirlər planı imzalanıb. Plana əsasən müxtəlif kateqoriyalı hərbi qulluqçularla keçirilməsi nəzərdə tutulan tədbirlərin icra vaxtı, keçirilmə yeri və məsul şəxslər müəyyən edilib. Bu il ərzində Müdafiə…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusu dünya miqyasında neçəncidir? – FOTO

Azərbaycan hərbi gücünə görə dünya miqyasında 57-ci sıradadır. AZƏRTAC xəbər verir ki, bu barədə hərbi sahədə ixtisaslaşmış “Global Firepower” portalı məlumat yayıb. 2023-cü ildəki beynəlxalq reytinqə görə Azərbaycan 145 ölkə arasında 57-ci yerdə qərarlaşıb. Gürcüstan reytinqdə 85-ci, Ermənistan 94-cü yerdədir. Siyahıda ilk üçlükdə ABŞ, Rusiya və Çin silahlı qüvvələri yer alıb. Qardaş ölkə Türkiyə 11-ci sıradadır. Reytinqin tərtib olunması zamanı orduların silah sənayesindəki texnoloji inkişafı, maliyyə vəziyyəti, maddi-texniki imkanları və çevikliyi kimi cəhətlər qiymətləndirilir.  

Read More
Cəbhədən Xəbər 

Müdafiə Nazirliyi ilə Ombudsman Aparatı birgə tədbirlər planı imzalayıb

Müdafiə Nazirliyi ilə İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı arasında “Ombudsman təsisatı hərbi qulluqçuların hüquqlarının müdafiəsi ilə bağlı aparılan işlər” mövzusunda, həmçinin insan hüquqlarının qorunması vəziyyətinin öyrənilməsi ilə əlaqədar 2023-cü il üçün birgə tədbirlər planı imzalanıb.   Bu barədə Müdafiə Nazirliyindən məlumat yayıb..   Plana əsasən cari il ərzində Müdafiə Nazirliyinin tabeliyində olan qoşun (qüvvə) növü, birlik, birləşmə və hərbi hissələrdə, o cümlədən xüsusi təyinatlı təhsil müəssisələrində keçirilməsi nəzərdə tutulan tədbirlərin yeri, vaxtı və məsul şəxslər müəyyənlləşdirilib.   Keçiriləcək tədbirlərdə hərbi qulluqçuların hüquqlarının müdafiəsi, insan hüquqlarının qorunması vəziyyətinin öyrənilməsi ilə…

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənov səfərbərlik təminat bazasının döyüş hazırlığını yoxlayıb, tapşırıqlar verib – FOTO/VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Quru Qoşunlarının səfərbərlik təminat bazasında olub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Əvvəlcə nazirliyin rəhbərliyi təminat bazasının ərazisində ucaldılan ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub, xatirəsini dərin ehtiramla yad edib. Müdafiə naziri bazanın silahlanmasında olan artilleriya vasitələrinə, döyüş və avtomobil texnikasına baxış keçirib, onların texniki vəziyyəti ilə maraqlanıb və heyətlərinin hazırlıq səviyyəsini yoxlayıb. Silahlanmada olan silah və döyüş texnikasına təhlükəsizlik qaydalarına əməl edilməklə vaxtında texniki xidmətin göstərilməsi ilə bağlı müvafiq göstərişlər verilib. Şəxsi heyətin döyüş hazırlığını yüksək…

Read More
Cəbhədən Xəbər 

Müdafiə naziri xidməti-döyüş fəaliyyətinə dair göstərişlər verdi – FOTO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən yanvarın 3-də müdafiə naziri general-polkovnik Zakir Həsənov Quru Qoşunlarının qərargahında olub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. General-polkovnik Z.Həsənov Quru Qoşunlarının Döyüşü İdarəetmə Mərkəzində əməliyyat şəraiti ilə bağlı məruzələri dinləyib, xidməti-döyüş fəaliyyətinə dair müvafiq göstərişlər verib. Sonra Quru Qoşunlarının idarə heyəti ilə keçirilən xidməti müşavirədə görülən işlərin təhlili aparılıb, döyüş hazırlığının və hərbi qulluqçuların peşəkarlıq səviyyələrinin daim yüksək səviyyədə saxlanılması, eləcə də bölmələrin və idarəetmə məntəqələrinin praktiki məşq etdirilməsi ilə bağlı göstərişlər verilib. General-polkovnik Z.Həsənov Ali Baş Komandanın Azərbaycan…

Read More
Cəbhədən Xəbər 

Müdafiə naziri bir neçə hərbi hissənin döyüş hazırlığını yoxlayıb – VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, yanvarın 2-də müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Quru Qoşunların tank və artilleriya hərbi hissələrində olub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Müdafiə naziri burada şəhidlərin xatirəsinə ucaldılan abidəni ziyarət edərək önünə gül dəstələri qoyub. Hərbi hissələrin silahlanmasında olan tank və artilleriya qurğularına baxış keçirilib, döyüş heyətlərinin nəzəri və praktiki bilikləri, habelə döyüş hazırlığı yoxlanılıb. General-polkovnik Z.Həsənov hərbi hissənin simulyasiya mərkəzinin tədris-maddi bazası ilə tanış olub, müvafiq göstərişlər verib. Sonra müdafiə naziri və nazirliyin digər…

Read More