Cəbhədən Xəbər 

Müdafiə naziri bayram günündə hospitalda müalicə olunan hərbçilərlə görüşüb – FOTO/VİDEO

Müdafiə Nazirliyinin rəhbər heyəti Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə dekabrın 31-də Baş Klinik Hospitalı ziyarət edib. Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin hospitalın ərazisində ucaldılan abidəsi önünə gül dəstələri qoyularaq xatirəsinə ehtiram nümayiş etdirilib. Sonra general-polkovnik Z.Həsənov Baş Klinik Hospitalda müalicə olunan bir qrup hərbi qulluqçu ilə görüşüb, onların səhhəti ilə maraqlanıb, tezliklə sağalmalarını və xidmətlərini davam etdirmək üçün hərbi hissələrinə qayıtmalarını arzulayıb. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təbriklərini hərbi qulluqçulara çatdıran nazir onlara bayram hədiyyələrini təqdim edib. Daha sonra general-polkovnik Z.Həsənov…

Read More
Cəbhədən Xəbər 

Müdafiə naziri Ordunun şəxsi heyətini təbrik edib

Azərbaycan Respublikası müdafiə nazirinin 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətinə təbriki Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar və mülki işçilər. Sizi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, əzmli və iradəli olmağınızı arzulayıram. Ümummilli Lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində dövlətimizin iqtisadi dayaqları formalaşdırılaraq, müstəqilliyimiz əbədi və dönməz olmuşdur. Ulu Öndər azərbaycançılıq məfkurəsinin yaranmasına, xalqımızın milli mənlik şüurunun formalaşmasına və dünya azərbaycanlılarının…

Read More
Cəbhədən Xəbər 

Milli Ordumuz: Zəfərimizin müəllifi, yenilməzlik simvolu

Qarakilsə, Qafan, Gorus, İstisu şəhərlərinə, Bala Göyçə gölünün sahilində yerləşərək Böyük Göyçə gölünə nəzarət edən Silahlı Qüvvələrimizin sorağı Qərbi Azərbaycandan da eşidiləcək Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin «Qarabağ bizimdir!», «Qarabağ Azərbaycandır!» sözlərinin əzəmətini Azərbaycan xalqına yaşadan Silahlı Qüvvələrimizin hər əsgəri, zabiti ulularımızdan qalma «Düşmənə arxa çevirmə. Yaranı sinəndən al!» müdrik kəlamına sadiqliyini Vətən müharibəsindəki Zəfəri ilə bildirdi. Bütün dünyanı hərbi hazırlığı, döyüş təcrübəsi, qətiyyəti, dəyanəti ilə heyrətləndirən Milli Ordumuzun, əli silah tutan könüllülərimizin rəşadəti, şəhidlərimizin canı-qanı bahasına qazanılan Qələbə ilə Ermənistanın işğalına son qoyuldu. Övladlarını «Allah amanında, oğul!»…

Read More
Cəbhədən Xəbər 

Kəlbəcərdə yeni hərbi obyektlər istifadəyə verildi – FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində ordu quruculuğu üzrə şəxsi heyətin xidməti, sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində inamlı islahatlar həyata keçirilir, ordunun maddi-texniki təminatı daha da  gücləndirilir, müasir standartlara cavab verən hərbi infrastruktur qurulur. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov Kəlbəcər rayonu ərazisində yeni istifadəyə verilən hərbi infrastruktura baxış keçirib. Bildirilib ki, Hərbi Polisin tabeliyindəki bölmənin yeni istifadəyə verilmiş yerləşmə məntəqəsi Müdafiə Nazirliyinin inşaat taborunun güc və vasitələri ilə müasir tələblər nəzərə alınmaqla…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunun mövqeləri atəşə tutuldu

Dekabrın 22-si saat 21:20-dən dekabrın 23-ü saat 04:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik, Bəzirxana və Mollabayramlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Read More
Cəbhədən Xəbər 

Güclü ordu qüdrətli dövlət deməkdir

Azərbaycan dövləti 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərdən sonra ordu quruculuğu prosesini daha da sürətləndirib. Belə ki, postmüharibə dövründə  ordumuzun döyüş imkanlarının artırılması istiqamətində islahatlar davam etdirilib. Xüsusilə hərbi quruculuq, bütün qoşun növlərinin ən müasir texnika və silah-sursatla təchizatı və hərbçilərin xidmət şəraitinin yaxşılaşdırılması üçün  bu sahəyə ayrılan xərclər artırılıb. Müharibədən sonra imzalanmış yeni müqavilələr əsasında Azərbaycan Silahlı Qüvvələrinə ən müasir hərbi texnikalar, silahlar verilib. Ölkəmiz 2022-ci ildə yalnız yeni silah və texnikaların alınması ilə kifayətlənməyib. Həmçinin işğaldan azad edilmiş ərazilərimizdə hərbi infrastrukturun qurulması, sərhəd mühafizə zolaqlarının yaradılması əsas…

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənovla Türkiyənin milli müdafiə naziri arasında təkbətək görüş – FOTO

Türkiyədə rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib, bu istiqamətdə görülən işlərin daha da genişləndirilməsinin vacibliyi qeyd olunub. İkitərəfli görüşdə hər iki qardaş ölkənin dövlət başçılarının səmimi münasibətlərinin digər sahələrə olduğu kimi hərbi əməkdaşlıq sahəsinə də müsbət təsir etdiyi xüsusi vurğulanıb. Azərbaycan və Türkiyə Respublikaları arasında qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığın bundan sonra da müvəffəqiyyətlə inkişaf…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunda döyüş atışlı təlim keçirilir – VİDEO

Cari il üzrə döyüş hazırlığı planına uyğun olaraq Raket və Artilleriya Qoşunlarının bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Plana uyğun olaraq bölmələr daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılaraq ərazidə açılma, atəş mövqeyinin tutulması və texnikaların döyüş vəziyyətinə gətirilməsi üzrə normativləri yerinə yetiriblər. Təlimin keçirilməsində əsas diqqət raket və artilleriya bölmələrində komandirlərin idarəetmə vərdişlərinin təkmilləşdirilməsinə, hərbi qulluqçuların bilik və bacarıqlarının artırılmasına, eləcə də döyüş əməliyyatları zamanı fəaliyyətlərin planlaşdırılması və digər qoşun növləri ilə qarşılıqlı əlaqənin inkişaf etdirilməsinə yönəldilib. Real döyüş şəraitinə uyğun keçirilən təlimdə…

Read More