Cəbhədən Xəbər 

Azərbaycan MN Ermənistanın yaydığı məlumatı təkzib etdi

“Azərbaycan Ordusunun bölmələri tərəfindən guya dekabrın 20-si saat 00:05 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələrinin Günəşli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri istiqamətində atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, həqiqəti əks etdirmir”. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib. “Ermənistan Müdafiə Nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik”, – məlumatda qeyd edilib.

Read More
Cəbhədən Xəbər 

Erməni separatçılar Xocavənddə minaya düşüblər

Dekabrın 18-i günorta saatlarında Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycanın Qarabağ iqtisadi zonasının Xocavənd rayonu istiqamətində qanunsuz erməni silahlı birləşmələrinin yerləşdiyi mövqelərdən birində mina partlayıb. Caliber.Az-ın əldə etdiyi məlumata görə, partlayış nəticəsində separatçı dəstənin iki üzvü ağır yaralanıb. Yaralılar Xocavənddəki xəstəxanaya çatdırılıblar. Samvel adlı separatçı dəstənin üzvü üzündən çoxsaylı qəlpə yaraları alıb, onun ayağı amputasiya edilib. Vəziyyəti ağır qiymətləndirilən digər erməni separatçı isə baş və diz nahiyəsindən çoxsaylı qəlpə yaraları alıb.

Read More
Cəbhədən Xəbər 

Ermənilər Kəlbəcər və Laçın istiqamətində mövqelərimizi atəşə tutdular

Dekabrın 16-sı saat 23:35-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Bundan başqa, dekabrın 17-si saat 09:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Laçın rayonunun Nağdalı yaşayış məntəqəsi yerləşən mövqeləri də atıcı silahlardan atəşə tutulub. Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Read More
Cəbhədən Xəbər 

Kərim Vəliyev Komando briqadalarında təlimlərin real döyüş şəraitində keçirilməsini tapşırıb – FOTO

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev bölmələrin döyüş hazırlığının qəfil yoxlanılması məqsədilə Komando briqadaları və digər hərbi hissələrdə olub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Baş Qərargah rəisi komandirlərin qərar qəbuletmə və qüvvələrin tətbiqi üzrə praktiki vərdişlərinin təkmilləşdirilməsi, bölmələrin döyüş hazırlığını, döyüş növbətçiliyinin təşkili və aparılmasını yoxlayıb. Baş Qərargah rəisi döyüş hazırlığı səviyyəsinin yüksəldilməsində əsas diqqətin təlim və məşqlərin planlı və sistematik keçirilməsi, habelə birlik, birləşmə və idarəetmə orqanlarının döyüş uzlaşmasının təmin olunması, hərbi qulluqçuların fərdi hazırlığı, döyüş heyətlərinin tapşırıqları dəqiq və vaxtında…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunun mövqeləri atəşə tutuldu

Dekabrın 16-sı saat 17:20-dən 18:15-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonunun Qoturbulaq və Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Gədəbəy rayonunun Göyəlli və Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bundan başqa, dekabrın 16-sı saat 16:05-dən 18:00-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri də müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutulub. Ordumuzun bu istiqamətlərdə yerləşən bölmələri tərəfindən…

Read More
Cəbhədən Xəbər 

Ordumuzun mövqeləri atəşə tutulub

Dekabrın 16-sı saat 12:00-dan saat 13:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Müsürskənd, Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam, Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutublar. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bundan başqa, dekabrın 16-sı saat 13:05 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri də atəşə tutulub. Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Read More
Cəbhədən Xəbər 

Müdafiə Nazirliyindən Seyfəlidəki partlayışlarla bağlı əhaliyə XƏBƏRDARLIQ

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumat üçün bildiririk ki, döyüş sursatlarının utilizasiya prosesi 16.12.2022-ci il tarixindən 18.12.2022-ci il tarixinədək Seyfəli poliqonunda həyata keçiriləcək. Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.

Read More
Cəbhədən Xəbər 

Kəlbəcərdə minaya düşərək şəhid olan hərbçi ilə vida mərasimi keçirilir

Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində ermənilərin basdırdığı minanın partlaması nəticəsində şəhid olan gizir Zöhrab Hümbətovun nəşi ailəsinə təhvil verilib. ARANTV.AZ xəbər verir ki, mərhumun cənazəsi ailəsinin yaşadığı Tovuz rayon Aşağı Quşçu kəndinə gətirilib. Hazırda şəhidlə vida mərasimi keçirilir. Mərasimdə şəhidin yaxınları ilə yanaşı, hərbçi yoldaşları, rəsmi şəxslər, hüquq-mühafizə orqanlarının əməkdaşları və rayon sakinləri iştirak edirlər. Vida mərasimindən sonra şəhid Aşağı Quşçu kənd qəbiristanlığında torpağa tapşırılacaq. Qeyd edək ki, dekabrın 14-də Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 8 nəfər minaya düşüb. Hadisə nəticəsində 1984-cü il təvəllüdlü Hümbətov Zöhrab Məmməd oğlu şəhid olub.…

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənov səkkiz nəfərin Kəlbəcərdə minaya düşməsindən DANIŞDI – FOTO

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Koreya Respublikasının Milli Assambleyasının üzvü Lii Hunseunqun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Qonaqları salamlayan nazir Koreya ilə hərbi əməkdaşlıq çərçivəsində əldə olunan nailiyyətləri yüksək qiymətləndirdiyini qeyd edib. General-polkovnik Z.Həsənov erməni hərbi birləşmələri tərəfindən hər hansı hərbi zərurətin olmadığı halda insanları öldürmək məqsədilə Kəlbəcər rayonunun Çıraq kəndində basdırdığı mina partlayışı nəticəsində bir hərbi qulluqçumuzun şəhid olması və dördü mülki vətəndaş olmaqla 7 nəfərin xəsarət alması ilə bağlı koreyalı nümayəndə heyətini məlumatlandırıb. Görüşdə həmçinin hərbi, hərbi-texniki, hərbi-təhsil və…

Read More