Cəbhədən Xəbər 

Müdafiə Nazirliyi: Ordumuzun mövqeləri atəşə tutulub

Dekabrın 14-ü saat 17:50-dən saat 22:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Aşağı Şorca, Yuxarı Şorca, Gorus rayonunun Burun yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə, Zəylik, Laçın rayonunun Əhmədli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Məlumata görə, bundan başqa, dekabrın 15-i saat 08:15-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri də atıcı silahlardan atəşə tutulub. Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab…

Read More
Cəbhədən Xəbər 

Azərbaycanda əsgər intihar edib

Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Əsgərli Aslan Əkbər oğlunun 14 dekabr 2022-ci il tarixdə odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Ağdam Hərbi Prokurorluğuna məlumat daxil olub. Bununla bağlı Respublika Hərbi Prokurorluğu məlumat yayıb. Daxil olmuş məlumat əsasında Ağdam Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər icra edilib. Fakt üzrə Ağdam Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər…

Read More
Cəbhədən Xəbər 

Qarabağda separatçılar arasında “hərbi vəziyyət”: Arayik Rubeni qabağa verib, aradan çıxır?

Qarabağdakı separatçıların təşvişi getdikcə artır. Onların düçar olduğu vəziyyət o qədər idarəolunmaz xarakter alıb ki, onlar artıq “hərbi vəziyyət” elan etmək məcburiyyətində qalıblar. Erməni mətbuatında yer alan xəbərlərə görə, Qarabağdakı separatçıların “lider”i Arayik Arutyunyan müvafiq “qərar qəbul edib”. Qərarla həmçinin Qarabağda yaşayan ermənilərin sərbəst toplaşmalarının da qarşısı alınıb. Qeyd edək ki, erməni separatçıları azərbaycanlılar Laçın yolunda etiraz aksiyasına başlayan zaman olduqca iddialı şəkildə Xankəndidə toplanıb bu etiraz aksiyalarına müdaxilə edə biləcəkləri fikrini səsləndirirdilər. Ancaq azərbaycanlıların etirazları üçüncü gündür böyük əzm və qətiyyətlə davam etdiyi halda, “yürüş” etmək iddiasında olan separatçılar artıq…

Read More
Cəbhədən Xəbər 

Azərbaycanda 478 hərbi qulluqçu yeni mənzillərlə təmin olunacaq

  Azərbaycanda 478 hərbi qulluqçu Bakıda və Naxçıvan MR-da mənzillə təmin olunacaq.   ARANTV.AZ bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.   Məlumata görə, Prezident İlham Əliyevin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli fərmanı ilə yaradılmış Komissiyanın növbəti iclası keçirilib. Fərmana əsasən, Azərbaycan Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına alınmış mənzillərlə təmin olunması nəzərdə tutulur.   Komissiyanın sədri, maliyyə naziri Samir Şərifov bildirib ki, Ali Baş Komandanın daim xüsusi diqqət və qayğısı…

Read More
Cəbhədən Xəbər 

Rusiya MN-dən AÇIQLAMA: Qarabağdakı separatçıların ümidləri puç oldu

Rusiya Müdafiə Nazirliyinin 12.12.2022-ci il saat 19:00 tarixli bülletenində yer alan informasiya Qarabağdakı erməni separatçıları qəzəbləndirib. Belə ki, Rusiya MN-in Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş sülhməramlıların fəaliyyətinə dair gündəlik yayımladığı açıqlama separatçıların gözləntilərini doğrultmayıb. Ermənilər Şuşa-Xankəndi yolunda baş verən hadisələrə Rusiya MN-dən özlərinə sərf edən reaksiya gözləsələr də, sülhməramlı missiyanın fəaliyyətinə dair açıqlamada bununla bağlı heç bir xatırlatmaya yer verilməyib. Bu isə sosial şəbəkənin erməni seqmentində rezonans doğurub. Erməni istifadəçilər Rusiyanı onları “satmaq”da ittiham ediblər. Görünür, Azərbaycan vətəndaşlarının öz ölkələrinin ərazisində istənilən aksiyanı keçirməkdə tam sərbəst olması həqiqətini separatçılar öz…

Read More
Cəbhədən Xəbər 

Paşinyan Azərbaycanın təzyiqinə boyun əydi: Separatçıların ağır hərbi texnikası Qarabağdan çıxarılır

Ermənistan baş naziri Nikol Paşinyan Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrinin tərksilah edilməsi ilə bağlı Azərbaycan tərəfinin təzyiqləri qarşısında geri addım atmağa məcbur olub. Bununla bağlı Ermənistanın “Hraparak” nəşri yazıb. Qəzetin iddiasına görə, Ermənistan baş naziri Qarabağdan qanunsuz erməni silahlı birləşmələrinə aid ağır hərbi texnikanın böyük bir hissəsinin çıxarılması barədə göstəriş verib.

Read More
Cəbhədən Xəbər 

Müdafiə Nazirliyindən işə qəbulla bağlı ELAN

Müdafiə Nazirliyi işğaldan azad olunmuş ərazilərdə dislokasiya olunan hərbi hissələrin tibb məntəqələrində, eləcə də həmin ərazilərdəki hospitallarda müxtəlif tibbi ixtisaslar üzrə vakant hərbi və mülki vəzifələrə həqiqi hərbi xidmətə və işə qəbul elan edir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, ali və orta ixtisas tibbi təhsilli, fiziki cəhətdən sağlam 35 yaşadək kişilər (müddətli həqiqi hərbi xidmətini başa vuranlar) və qadınlar, həmçinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibində hərbi həkim və ya feldşer vəzifələrində xidmət keçmiş və ehtiyata buraxılmış 40 yaşadək zabit və gizirlər hərbi xidmətə və işə qəbul olunmaq…

Read More
Cəbhədən Xəbər 

Ümummilli Liderin anım günü münasibəti ilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirildi – FOTO

Azərbaycan Ordusunun bütün qoşun növləri, Əlahiddə Ümumqoşun Ordu və xüsusi təyinatlı təhsil müəssisələrində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü münasibətilə silsilə tədbirlər keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, hərbi hissələrdə ictimai-siyasi hazırlıq dərsləri, dəyirmi masalar, konfranslar keçirilib, muzeylərə ekskursiyalar təşkil olunub, həmçinin Ulu Öndər Heydər Əliyevin şərəfli həyat və fəaliyyətindən bəhs edən sənədli filmlər nümayiş etdirilib. Şəxsi heyətin və ictimaiyyət nümayəndələrinin də iştirak etdiyi tədbirlərdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunun Baş Qərargah rəisi: “Bu il qoşunların döyüş qabiliyyəti daha da artırılıb”

“Bu il Azərbaycan Ordusunun qoşunların döyüş qabiliyyəti daha da artırılıb”. ARANTV.AZ  xəbər verir ki, bunu müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev 2022-ci ilin yekunlarına dair Müdafiə Nazirliyinin Kollegiya iclasında bildirib. Azərbaycan Ordusunun 2022-ci il ərzində xidməti-döyüş fəaliyyətini təhlil edən general-polkovnik deyib ki, müxtəlif növ hərbi təlimlər və döyüş hazırlığı məşğələlərinin keçirilməsi ilə qoşunların döyüş qabiliyyəti daha da artırılıb, şəxsi heyətin peşəkarlıq səviyyəsi yüksəlib. İclasda azad edilmiş ərazilərdə aparılan mühəndis tədbirləri nəticəsində yeni yolların çəkilməsi, ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi istiqamətində görülən işlər barədə…

Read More