Cəbhədən Xəbər 

Separatçılar uşaqları hərbi əməliyyatlara hazırlamağa davam edirlər – VİDEO

Separatçılar uşaq və yeniyetmələri təxribatlara və hərbi əməliyyatlara hazırlamağa davam edirlər. ARANTV.AZ-ın məlumatına görə, sosial şəbəkələrin erməni seqmentində erməni uşaqlara təlim keçilməsi ilə bağlı görüntülər yayılıb. Bütün bunlar isə Azərbaycanın Qarabağ bölgəsində, Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında baş verir.  

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənov sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərlə bağlı tapşırıq verdi – FOTO

Dekabrın 10-da müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə 2022-ci ilin yekunlarına dair Müdafiə Nazirliyinin Kollegiya iclası keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, iclasda nazir müavinləri, qoşun növü komandanları, nazirliyin baş idarə, idarə, xidmət və müstəqil şöbə rəisləri, videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmə komandirləri, həmçinin xüsusi təyinatlı təhsil müəssisələrinin rəisləri iştirak ediblər. Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İclasda müdafiə nazirinin birinci müavini –…

Read More
Cəbhədən Xəbər 

Avropa İttifaqı Ermənistana göndərdiyi müşahidəçi missiyanın işini yenidən müzakirəyə çıxarıb

Avropa İttifaqı Ermənistan və Azərbaycan sərhədində vəziyyətin monitorinqini həyata keçirən komissiyasının işini müsbət qiymətləndirib. Bu barədə jurnalistlərə Brüsseldə Avropa İttifaqında təmsil olunan mənbədən məlumat verilib. “Biz müşahidəçilərin iştirakının müsbət təsirini qeyd edirik. Onların mandatı dekabrın 19-da başa çatır. Biz hazırda gələcək imkanları müzakirə edirik”, – deyə Aİ-dən bildirilib. Xatırladaq ki, oktyabrın 17-də Avropa İttifaqının xarici işlər nazirlərinin Lüksemburqda keçirdiyi görüşdə Ermənistana Azərbaycanla sərhəddəki vəziyyəti müşahidə etmək üçün 40 müşahidəçinin göndərilməsi təsdiqlənib. Onlar regiona gələrək oktyabrın 20-də işə başlayıblar. Missiya iki ay müddətinə nəzərdə tutulmuşdu. Mənbə: Sputnik Ermənistan

Read More
Cəbhədən Xəbər 

Ermənilər Zəngilandakı mövqelərimizi atəşə tutdular

Dekabr ayının 8-də saat 21:00 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan silahlı qüvvələrinin bölmələri Qafan rayonunun Nerkin-And və Tsav yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq və Rəzdərə yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərini iri çaplı silahlardan fasiləsiz olaraq atəşə tutub. Bununla bağlı DSX məlumat yayıb. Görülmüş cavab tədbirləri nəticəsində düşmənin atəş nöqtələri susdurulub. Əməliyyat şəraiti bölmələrimizin tam nəzarətindədir. Dövlət Sərhəd Xidməti bu hadisəni Ermənistan tərəfinin növbəti təxribatı kimi dəyərləndirir.

Read More
Cəbhədən Xəbər 

Ordumuzun Kəlbəcər istiqamətindəki mövqeyi atəşə tutulub

Dekabrın 7-si saat 12:45 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində olan qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Ağqaya yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyi atəşə tutulub. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Read More
Cəbhədən Xəbər 

“Qardaş yumruğu” təlimində tanklar, təyyarələr, helikopterlər və PUA-lardan istifadə edilib – FOTO

Azərbaycan və Türkiyə ordularının iştirakı ilə keçirilən “Qardaş yumruğu” birgə təlimində tanklar, artilleriya batareyaları, təyyarələr, helikopterlər və pilotsuz uçuş aparatlarından (PUA) istifadə edilib. Birgə təlim iki ölkə silahlı qüvvələrinin əməkdaşlığını və qarşılıqlı fəaliyyət qabiliyyətini artırmaq məqsədi daşıyır. Dekabrın 6-da soyuq və qarlı havada həyata keçirilən təlim çərçivəsində ilk olaraq artilleriya batareyaları ilə müəyyən edilmiş hədəflərə atəş açılıb. Hədəflər dəqiqliklə vurulduqdan sonra tank atışlarına başlanılıb. Sonra “T-72” və “T-90” tankları müəyyən edilən hədəfləri məhv etdikdən sonra ikinci dəfə artilleriya batareyaları atəş açıb. Artilleriya atəşindən sonra isə zirehli bölmələrin hücumları başlayıb. Təlimin…

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənov və Hulusi Akar birgə təlimdə fərqlənən hərbçilərə mükafatlar təqdim ediblər – FOTO/VİDEO

Noyabrın 20-də başlayan “Qardaş yumruğu” Azərbaycan – Türkiyə birgə hərbi təlimində müvəffəqiyyət qazanan iki ölkənin əsgərlərinə Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Azərbaycanın müdafiə naziri Zakir Həsənov tərəfindən mükafatlar təqdim edilib. Məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter” səhifəsində yerləşdirilib. Qeyd edək ki, Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlim Bakı şəhərini, eləcə də İranla sərhəd rayonlarının ərazilərini əhatə edir. Birgə təlimdə əsas diqqət qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin…

Read More
Cəbhədən Xəbər 

“Qardaş yumruğu” təlimindən yeni görüntülər – FOTO

Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən “Qardaş yumruğu” birgə təlimindən yeni foto və məlumatlar dərc edilib. Məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter” səhifəsində yerləşdirilib. “Soyuq və qarlı havada keçirilən “Qardaş yumruğu” Azərbaycan – Türkiyə birgə təliminin növbəti günündə Türkiyə və Azərbaycan ordusunun qəhrəmanları tərəfindən hədəflər dəqiqliklə vurulub”, – məlumatda qeyd olunur. Qeyd edək ki, Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlim Bakı şəhərini, eləcə də İranla sərhəd rayonlarının ərazilərini əhatə edir.…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan və Türkiyə hərbçilərinin gecə təlimindən görüntülər – VİDEO

Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən “Qardaş yumruğu” birgə təlimində gecə və məhdudgörmə şəraitində müxtəlif tapşırıqlar icra edilib. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Təlimin bu mərhələsində şərti düşmənlə bilavasitə təmas vəziyyətində onun texnikasının və canlı qüvvəsinin məhv edilməsi tapşırıqları yerinə yetirilib. Qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılması məqsədilə keçirilən təlimdə hər iki qardaş ölkənin hərbi qulluqçuları yüksək peşəkarlıq nümayiş etdirirlər.

Read More