Cəbhədən Xəbər 

Zakir Həsənov Hulusi Akarla görüşdü – FOTO/VİDEO

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə dekabrın 5-də Türkiyənin milli müdafiə naziri cənab Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə işgüzar səfərə gəlib. Heydər Əliyev Beynəlxalq Aeroportunda qonaqları müdafiə naziri general-polkovnik Z.Həsənov qarşılayıb. Bu barədə Oxu.Az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Müdafiə Nazirliyində təntənəli qarşılama mərasimi olub, hər iki ölkənin müdafiə nazirləri fəxri qarovulun önündən keçib. Azərbaycan və qardaş Türkiyənin dövlət himnləri səsləndirilib. Qarşılama mərasimindən sonra müdafiə naziri və nazirliyin digər rəhbər heyəti Türkiyə nümayəndə heyəti ilə görüşüb. Görüşdə həmçinin Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Yaşar…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan və Türkiyə hərbçilərinin İranla sərhəddəki təlimi – FOTOREPORTAJ + VİDEO

Azərbaycan və Türkiyə hərbçilərinin İranla sərhəddə birgə təlimi keçirilir. Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlim Bakı şəhərini, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini əhatə edir. Həmin təlimdən görüntüləri təqdim edirik:  

Read More
Cəbhədən Xəbər 

Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimi keçirilir – FOTO/VİDEO

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Azərbaycan-Türkiyə birgə təlimi keçirilir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlim Bakı şəhərini, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini əhatə edir. Ssenariyə uyğun olaraq Azərbaycan Ordusunun Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələr, Mühəndis Qoşunları, Raket və Artilleriya Qoşunlarının bölmələri Türkiyə Silahlı Qüvvələrinin hərbiçiləri ilə birgə müxtəlif təlim döyüş…

Read More
Cəbhədən Xəbər 

Ermənilərin viran qoyduğu Kəlbəcərin Armudlu kəndindən görüntülər – FOTO

Kəlbəcər rayonunun Armudlu kəndi Tərtərçayın sol sahilində yerləşir. Əhalisinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıq olub. Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər. İkinci Qarabağ müharibəsində Ordumuzun şanlı Qələbəsindən sonra Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarılıb. AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Armudlu kəndinin görüntülərini təqdim edir.  

Read More
Cəbhədən Xəbər 

Müdafiə Nazirliyi sülhməramlıların komandanlığına bir daha çağırış etdi

Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatlarında Azərbaycan ərazilərinin adlarının dəfələrlə edilən müraciətlərimizə baxmayaraq hələ də uydurma erməni toponimləri ilə qeyd olunması çox böyük təəssüf doğurur. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir. Bir daha xatırladırıq ki, Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun yaşayış məntəqələrinin Azərbaycan toponimlərinə uyğun adlı siyahısı və xəritəsi Rusiya Federasiyasının Müdafiə Nazirliyi, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin əvvəlki və hazırkı komandanlığı, eləcə də Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinə Azərbaycan tərəfindən rəsmi qaydada göndərilmişdir. Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığını müvafiq məlumatlarında yaşayış məntəqələrimizin…

Read More
Cəbhədən Xəbər 

Ordumuzun mövqeləri atəşə tutulub

Dekabrın 3-ü saat 16:30 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Xocavənd rayonu istiqamətində yerləşən mövqeyi atıcı silahlardan atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, qeyd olunan istiqamətdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Read More
Cəbhədən Xəbər 

Azad edilmiş ərazilərdə hərbi qulluqçularla görüşlər keçirilib – FOTO

Azərbaycan Ordusunda milli-mənəvi dəyərlərimizin təbliği, şəxsi heyətə vətənpərvərlik hissinin aşılanması məqsədilə Müdafiə Nazirliyi Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi ilə birgə tədbirlər həyata keçirir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, 2022-ci il üçün təsdiq olunan birgə tədbirlər planına əsasən, Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin hərbi qulluqçularının, eləcə də komitənin bir qrup nümayəndəsinin iştirakı ilə işğaldan azad edilmiş ərazilərdə hərbi qulluqçularla görüşlər keçirilib. Görüşlərdə “Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsi əsasında milli-mənəvi dəyərlərin qorunub saxlanılması”, “Gənclərin tərbiyəsində islam dininin rolu”, eləcə də “Azərbaycan qanunvericiliyində…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunun Baş Qərargah rəisi “Will Rogers” aviasiya bazasını ziyarət edib – FOTO

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Amerika Birləşmiş Ştatlarına səfəri davam edir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, səfər çərçivəsində general-polkovnik K.Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Oklahoma Hava Milli Qvardiyasının “Will Rogers” aviasiya bazasını ziyarət edib. Aviasiya bazası ilə tanışlıq zamanı Azərbaycan nümayəndə heyətinə bazanın yaranma tarixi və əsas fəaliyyət istiqamətlərinə dair brifinq təqdim olunub, habelə aviasiya və qvardiyaya aid bir sıra hərbi vasitələr nümayiş etdirilib.  

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusu və Oklahoma Milli Qvardiyası arasında tərəfdaşlığın 20 illiyi qeyd edilib – FOTO

ABŞ-ın Oklahoma şəhərində Azərbaycan Ordusu və Oklahoma Milli Qvardiyası arasında imzalanmış Ştatla Tərəfdaşlıq Proqramının 20 illiyinə həsr olunmuş tədbir keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Tədbir Azərbaycanın ABŞ-dakı səfirliyinin təşəbbüsü, Azərbaycan Müdafiə Nazirliyi, Oklahoma ştatı Qubernatorunun ofisi və Milli Qvardiyanın dəstəyi ilə reallaşıb. Bildirilib ki, Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti sözügedən tədbirdə iştirak etmək məqsədilə ABŞ-a səfər edib. Tədbirdə Oklahoma ştatının Qubernatoru Con Kevin Stitt, Milli Qvardiyanın komandanı Tomas Mançino, general-polkovnik Kərim Vəliyev və Azərbaycan…

Read More