Cəbhədən Xəbər 

MN: “Mardakert” və “Martuni” adlandırılan yaşayış məntəqələrinin adları uyğun olaraq AĞDƏRƏ və XOCAVƏND-dir

Təəssüflə bildiririk ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatlarında yenə də yaşayış məntəqələrimizin adları uydurma erməni toponimləri ilə qeyd edilib. Bu barədə Müdafiə Nazirliyinin açıqlamasında qeyd edilib.   Bildirilib ki, Rusiya Federasiyasının sülhməramlı kontingentinin 25 noyabr 2022-ci il tarixli rəsmi məlumatında patrul xidməti aparılan marşrut “Mardakert” və “Martuni” yaşayış məntəqələri istiqaməti kimi qeyd olunub.   Rusiya tərəfinin diqqətinə çatdırırıq ki, məlumatda onların “Mardakert” və “Martuni” adlandırdıqları Azərbaycan yaşayış məntəqələrinin rəsmi adları uyğun olaraq AĞDƏRƏ və XOCAVƏND-dir.   Bir daha Azərbaycan Respublikası…

Read More
Cəbhədən Xəbər 

MN: “Ordumuzun Ağdam və Xocavənd istiqamətlərindəki mövqeləri atəşə tutulub”

Noyabrın 25-də saat 09:55-dən 12:10-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Ağdam və Xocavənd rayonları istiqamətlərində yerləşən mövqeləri fasilələrlə atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Read More
Cəbhədən Xəbər 

Müdafiə Nazirliyi Ermənistanın yaydığı məlumatı təkzib etdi

Noyabrın 24-ü saat 21:30-dan 22:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqeləri istiqamətində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, həqiqəti əks etdirmir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik.

Read More
Cəbhədən Xəbər 

Müdafiə Nazirliyi Rusiya sülhməramlılarını ermənilərin təxribatçı fəaliyyətlərinin qarşısını almağa çağırıb

Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun yaşayış məntəqələrinin Azərbaycan toponimlərinə uyğun adlı siyahısı və xəritəsi Rusiya Federasiyasının Müdafiə Nazirliyi, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin əvvəlki və hazırkı komandanlığı, eləcə də Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinə Azərbaycan tərəfindən rəsmi qaydada göndərilmiş və məlumatlarda məhz bu adlardan istifadə olunması barədə dəfələrlə müraciət edilib. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Buna baxmayaraq, təəssüf ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatlarında yaşayış məntəqələrimizin adları uydurma erməni toponimləri ilə qeyd edilir. Belə ki, Rusiya Federasiyasının sülhməramlı kontingentinin…

Read More
Cəbhədən Xəbər 

Xarici ölkələrin hərbi attaşelərinin Sarıbaba yüksəkliyinə səfəri başlayıb

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun hərbi attaşelərinin Laçın rayonunun Sarıbaba yüksəkliyinə səfəri başlayıb. “Report”un Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, onlar qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən yüksəkliyin şimal istiqamətində basdırılmış mina sahələrinə baş çəkəcəklər. Qeyd edək ki, Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən aparılan minatəmizləmə fəaliyyəti nəticəsində noyabrın 21-də Sarıbaba yüksəkliyinin şimal istiqamətində qanunsuz erməni silahlı dəstələrinin basdırdığı piyada əleyhinə mina sahəsi aşkar edilib. Ərazidə aparılan minatəmizləmə tədbirləri nəticəsində 2021-ci ildə Ermənistanda istehsal edilmiş 350 ədəd “PMN-Э” tipli piyada əleyhinə mina aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

Read More
Cəbhədən Xəbər 

Quru Qoşunlarının birləşmələri ilə komanda-qərargah təlimləri keçirilir – FOTO

Bu ilin döyüş hazırlığı planına uyğun olaraq Quru Qoşunlarının birləşmələri ilə komanda-qərargah təlimləri keçirilir. Bu barədə Müdafiə Nazirliyin məlumat yayıb. Bildirilib ki, təlimə cəlb olunan birləşmə və hissələr müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilib, ehtiyat və təyinat rayonlarına çıxarılaraq idarəetmə orqanlarının ərazidə açılması təmin olunub. Tapşırıqların icrası ilə bağlı bölmələrin fəaliyyətləri xəritə üzərində dəqiqləşdirilir, komandirlər tərəfindən qəbul edilmiş qərarların məruzələri dinlənilir. Komanda-qərargah təlimlərinin keçirilməsində əsas məqsəd bölmələrin müxtəlif döyüşə hazırolma vəziyyətlərinə gətirilməsi zamanı komandirlərin idarəetmə qabiliyyətini və çevik qərar qəbuletmə bacarıqlarını artırmaq, eləcə də qərargahların fəaliyyətini və bölmələr arasında qarşılıqlı…

Read More
Cəbhədən Xəbər 

Vətən müharibəsindəki taktikanın tarixdəki oxşarları: General-leytenant AÇIQLADI

“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tətbiq etdiyi hərbi taktika da öz unikallığına görə hərbi ekspert və tədqiqatçıların diqqətini cəlb etmişdir. Azərbaycan Ordusunun hücumu təfsilatlı kəşfiyyat, atəşlə zərərvurma və PUA zərbələrinə əsaslanırdı. Bu taktika Türkiyə Silahlı Qüvvələrinin 2018-ci ildə Suriyanın Afrin şəhərində və İdlib vilayətində tətbiq etdiyi taktikaya bənzəsə də, miqyasına, aparıldığı relyef formasına və düşmənin hərbi potensialına görə çox fərqlənirdi. Çünki Qarabağda müharibə təxminən 200 kilometrlik bir cəbhədə aparılırdı, relyef forması həddindən artıq mürəkkəb idi”. Bu sözləri Milli Müdafiə Universitetinin rektoru, general-leytenant Heydər Piriyev “Azərbaycan Ordusu” qəzetində dərc olunan məqaləsində qeyd…

Read More
Cəbhədən Xəbər 

“Azərbaycanın Rusiya silah sənayesindən asılılığı azaldıb” – AÇIQLAMA

“Azərbaycan keçmiş sovet ölkələrinin bir çoxunda ənənəvi hal almış Rusiya silah sənayesindən asılılığı azaldıb”. Bu sözləri Milli Müdafiə Universitetinin rektoru, general-leytenant Heydər Piriyev “Azərbaycan Ordusu” qəzetində dərc olunan məqaləsində qeyd edib. Onun fikrincə, dronlar düşmənin kiçik və orta mənzilli hava hücumundan müdafiə sistemlərinin aşkara çıxarılıb məhv edilməsində mühüm rol oynayır. General-leytenant söyləyib ki, silah arsenalının təkmilləşdirilməsi baxımından kifayət qədər diversifikasiya edən Azərbaycan İkinci Qarabağ müharibəsində İsrail istehsalı olan pilotsuz uçuş aparatlarını (PUA) da müvəffəqiyyətlə tətbiq edib. “Düşmənə məxsus silah anbarlarının məhv edilməsi baxımından kamikadze dronu – “Harop” bu PUA-ların ən…

Read More
Cəbhədən Xəbər 

General: “Həmin taktika tətbiq olunsaydı, müharibənin ikinci günündə aviasiya böyük itkilərə məruz qalardı”

“Ermənistan ordusuna məxsus hava hücumundan müdafiə və radioelektron mübarizə qüvvə və vasitələrinin Azərbaycana məxsus PUA-ları aşkar edib sıradan çıxara bilməsi ehtimalına görə müharibənin başlanğıcında onlar məhv edilməli idi”. Bu sözləri Milli Müdafiə Universitetinin rektoru, general-leytenant Heydər Piriyev “Azərbaycan Ordusu” qəzetində dərc olunan məqaləsində qeyd edib. O bildirib ki, Azərbaycan Ordusu həmin vəziyyətdə çox yüksək bacarıq nümayiş etdirdi: “Əməliyyatdan öncə düşmənin kifayət qədər güclü və dayanıqlı HHM sistemi mövcud idi.  Düşmənin ön xətdə HHM sistemini, modernizə edilmiş “OSA” və ən yeni “Tor-M2k” zenit-raket kompleksləri təşkil edirdi. Düşmən tam əmin idi ki, Azərbaycan Hərbi…

Read More
Cəbhədən Xəbər 

Müdafiə Nazirliyi: “Azərbaycan ordusunun erməni hərbçini yaralaması xəbəri yalandır”

Noyabrın 23-ü saat 13:20 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəş açılması nəticəsində qarşı tərəfin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. “Yayılan məlumatı qəti surətdə təkzib edirik”, – nazirlik vurğulayıb.

Read More