Cəbhədən Xəbər 

“Caliber”: “Ermənilərin sərhəddəki alçaq təxribatları davam edir”

Erməni tərəfi sərhəddə alçaq təxribatlara əl atır. Dəvət olunmuş avropalı müşahidəçilərin hərəkət marşrutundan xəbərdar olan Ermənistan Silahlı Qüvvələrinin komandanlığı Qarabağın işğalı illərində etdikləri hiylələri təkrarlayırlar. Müşahidəçilərin gəlişinə az qalmış erməni hərbçiləri komandanlığın əmri ilə və həmçinin təxribat törətmək məqsədi ilə Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tuturlar. Bu barədə “Caliber” “Telegram” kanalı məlumat yayıb. Məlumatda qeyd olunur ki, missiya nümayəndələri gələnə kimi Azərbaycan tərəfi də təbii ki, cavab atəşi açır. “Müşahidəçilər ancaq Azərbaycan hərbçilərinin açdığı atəşi qeydə ala bilirlər. Bunun cavab atəşi olduğunu isə erməni təxribatçıları, təbii ki, onlara deməyəcək. Təkrar…

Read More
Cəbhədən Xəbər 

Ermənistandan müharibə anonsu – VİDEO

Son həftələrdə region gərgin mərhələyə qədəm qoyub. Belə ki, ermənilər bir neçə ay öncəyə qədər Ermənistan- Azərbaycan sərhədində gərginlik törədirdisə, indi proses separatçılar tərəfindən Qarabağa daşınıb. Hələ də torpaqlarımızda mövcud olmağa çalışan terrorçu quldur dəstəsi təxribatların aktiv fazasına start verib. Üstəlik bunu nümayişkaranə şəkildə, tərəflər arasında sabitliyi təmin etməli olan sülhməramlıların müvəqqəti nəzarət etdiyi yerlərdə həyata keçirir. Daha ətraflı Baku TV-nin süjetində:

Read More
Cəbhədən Xəbər 

Azad olunmuş ərazilərdə daha 349 mina aşkarlanıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat açıqlayıb. ANAMA-dan verilən məlumata görə, noyabrın 7-dən 12-dək olan dövrdə Tərtər, Ağdam, Füzuli, Şuşa, Xocavənd, Qubadlı, Cəbrayıl və Zəngilanda 170 piyada əleyhinə mina, 179 tank əleyhinə mina və 357 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb. Bildirilib ki, 485 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Noyabrın 13-ü axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonu ərazisində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bundan başqa, noyabrın 14-ü saat 4:00-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri atəşə tutulub. Azərbaycan Ordusunun bu istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənov Türkiyənin hərbiyönümlü QHT rəhbərləri ilə görüşüb – FOTO

Müdafiə naziri general-polkovnik Zakir Həsənov noyabrın 11-də Azərbaycanda səfərdə olan Türkiyənin hərbiyönümlü qeyri-hökumət təşkilatlarının (QHT) rəhbərləri Erdoğan Karakuş, Hamza Dürgen, Mustafa Işık və Beyazıt Yumuk ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyi məlumat verib. Qonaqları ölkəmizdə görməkdən məmnunluğunu bildirən nazir, Azərbaycan ilə Türkiyə arasında həyata keçirilən ikitərəfli hərbi əməkdaşlığın dostluq, qardaşlıq münasibətləri üzərində qurulduğunu və bundan sonra da uğurla inkişaf edərək güclənəcəyini vurğulayıb. General-polkovnik Z.Həsənov qonaqlara Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin tarixi əhəmiyyəti və işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi istiqamətində görülən işlər, eləcə də…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunun Kəlbəcər və Xocavənddəki mövqeləri atəşə tutulub – VİDEO

Noyabrın 11-i saat 00:30-dan saat 00:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Bəzirxana yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bundan başqa, noyabrın 11-i saat 01:45-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri atəşə tutulub. Azərbaycan Ordusunun bu istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Read More
Cəbhədən Xəbər 

Hərbi İdarəetmə İnstitutunda NATO-nun təlim kursu keçirilir – FOTO

NATO-nun Brunssumda yerləşən Birləşmiş Qüvvələr Komandanlığının Mobil təlim qrupu tərəfindən Hərbi İdarəetmə İnstitutunda “NATO-da operativ səviyyədə əməliyyatın qiymətləndirilməsi” təlim kursu keçirilir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Təlimin ilk günündə Azərbaycan Ordusunun müxtəlif qoşun növlərindən olan hərbi qulluqçularımıza mobil təlim qrupunun nümayəndələri tərəfindən “NATO və hərbi əməkdaşlıq”, “NATO-da əməliyyatların planlama prosesi”, “NATO-da əməliyyatların qiymətləndirilməsi”, “NATO-da əməliyyatların analiz sistemləri” və digər mövzularda brifinqlər təqdim olunub. Noyabrın 12-dək davam edəcək kursda iştirak edən dinləyicilərə aidiyyəti mövzular barədə məlumatlar veriləcək və müxtəlif məşğələlər təşkil ediləcək.  

Read More
Cəbhədən Xəbər 

MN: “Azərbaycan Ordusu Ermənistan bölmələrinə atəş açmayıb”

“Noyabrın 10-u saat 10:30-da ordumuzun bölmələri tərəfindən guya atəş açılması və nəticədə Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır”. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlikdən bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb.

Read More
Cəbhədən Xəbər 

Kursantlar Zəfər zirvəsinə bayraq sancdı – VİDEO

Vətən Müharibəsində qazanılan qələbənin ikinci ildönümü münasibətilə Milli Müdafiə Universitetinin Hərbi İnstitutunun Cəmşid Naxçıvanski adına hərbi liseyinin kursantlarının və media nümayəndələrinin Zəfər zirvəsinə ekspedisiyası təşkil olunub. Müdafiə Nazirliyindən verilən məlumata görə, əvvəlcə alpinistlər Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin və Şəhidlər Xiyabanında ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olanların məzarını ziyarət edərək, üzərinə gül dəstələri qoyublar. Daha ətraflı Baku TV-nin süjetində:

Read More