Zakir Həsənov Macarıstanın müdafiə naziri ilə görüşüb – FOTO
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun Türkiyədə işgüzar səfəri davam edir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Səfər çərçivəsində general-polkovnik Z.Həsənov Macarıstanın müdafiə naziri cənab Kristof Szalay-Bobrovnicski ilə görüşüb. Görüşdə ölkələrimiz arasında birgə hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Read More