Cəbhədən Xəbər 

Türkiyə, Azərbaycan və Gürcüstan hərbçilərinin birgə təlimi başlayıb – FOTO

Türkiyədə Azərbaycan, Gürcüstan və qardaş ölkənin hərbi qulluqçularının iştirakı ilə “Eternity-2022” kompüter dəstəkli komanda-qərargah təlimi başlayıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, hərbi qulluqçuların və aidiyyəti dövlət qurumlarının nümayəndələrinin cəlb olunduğu təlimdə strateji əhəmiyyətli, regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə tapşırıqlar icra ediləcək. Hər üç ölkənin silahlı qüvvələri arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və uzlaşmanın təmin edilməsi məqsədilə keçirilən beynəlxalq təlim oktyabrın 28-dək davam edəcək.  

Read More
Cəbhədən Xəbər 

Hərbi qulluqçularımız NATO kursunda iştirak ediblər – FOTO/VİDEO

Müdafiə Nazirliyinin NATO ilə 2022-ci il üçün əməkdaşlıq proqramı çərçivəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Macarıstan Respublikasında keçirilən “Beynəlxalq Hərbi Müşahidəçilər kursu”nda iştirak ediblər. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, kurs müddətində hərbi münaqişələr zonasında Beynəlxalq Hərbi Müşahidəçilərin fəaliyyət və davranışlarının öyrədilməsi məqsədilə mühazirələr və praktiki məşğələlər keçirilib. “Beynəlxalq Hərbi Müşahidəçilər kursu”nu müvəffəqiyyətlə bitirən hərbi qulluqçulara diplomlar təqdim olunub. Qeyd edək ki, beynəlxalq kursa 15 ölkə üzrə hərbi qulluqçular cəlb olunub.  

Read More
Cəbhədən Xəbər 

Ağbəndin azad edilməsini Prezidentə məruzə edən general: Düşmənlə 6 saatdan çox döyüşdük

“Vətən müharibəsində düşmənlə 6 saatdan çox döyüşdük və Ağbənd sərhəd zastavasını azad etdik”. ARANTV.AZ xəbər verir ki, bunu “Report”un Zəngilan rayonuna ezam olunan əməkdaşına müsahibəsində Dövlət Sərhəd Xidmətinin (DSX) general-mayoru Misir Əliyev deyib. O bildirib ki, İkinci Qarabağ müharibəsində yuxarı rəhbərlik tərəfindən verilən əsas tapşırıq Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsini ermənilərdən azad etmək olub. “Həmçinin yuxarı komandanlıqdan Azərbaycan-Ermənistan dövlət sərhədində strateji yüksəklikləri düşməndən təmizləmək və dövlət sərhədini bərpa etmək tapşırığını da aldıq. Əməliyyatlar zamanı bölmələrimiz Zəngilan şəhərini azad etdikdən sonra Arazboyu hərəkətə başladı. Araz çayı istiqamətində hərəkət zamanı İranda yaşayan soydaşlarımız tərəfindən…

Read More
Cəbhədən Xəbər 

Laçında minaya düşən şəxslərdən biri ölüb

Ötən gün Laçın rayonunda minaya düşən şəxslərdən biri vəfat edib, digərinin isə vəziyyəti qənaətbəxşdir. Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb. Bildirilib ki, oktyabr 21-də Laçın rayonunun Suarası kəndində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlaması nəticəsində ağır xəsarət alan 1977-ci il təvəllüdlü Həmidov Elsəvər Sovet oğlu həlak olub. Qeyd edilib ki, 1977-ci il təvəllüdlü Həsənov Səbuhi Telman oğlu bədənin müxtəlif nahiyələrindən qəlpə yaraları alıb, vəziyyəti qənaətbəxşdir. ANAMA bir daha vətəndaşları təhlükəli ərazilərə daxil olmamağa, məsuliyyətli və diqqətli davranmağa çağırıb.

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Oktyabrın 21-si saat 22:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, qeyd olunan istiqamətdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Read More
Cəbhədən Xəbər 

Azərbaycan hərbçiləri AKINCI Silahlı PUA-larının istismarı kursunu müvəffəqiyyətlə bitirib – FOTO/VİDEO

Türkiyə Respublikasının Tekirdağ şəhərində yerləşən Çorlu Təlim Uçuş Mərkəzində Baykar şirkəti tərəfindən təşkil edilmiş “AKINCI silahlı pilotsuz uçuş aparatını idarəetmə kursu”nun növbəti buraxılışına həsr olunan mərasim keçirilib. Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyindən məlumat verilib. Buraxılış mərasimi Türkiyə Respublikası Baykar müdafiə sənayesi şirkətinin idarə heyətinin sədri Selçuk Bayraktar, Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfiri Rəşad Məmmədov, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Türkiyə Respublikasındakı hərbi attaşesi polkovnik Müşfiq Məmmədov və Hərbi Attaşelik Apparatının əməkdaşlarının iştirakı ilə keçirilmişdir. Kursun məzunlarına öz səmimi arzularını çatdıran Selçuk Bayraktar gənclərin texnologiya və innovasiya istiqamətində özlərini inkişaf etdirməsinin əhəmiyyətindən…

Read More
Cəbhədən Xəbər 

Laçında minaya düşən şəxslərin kimliyi AÇIQLANDI – YENİLƏNİB

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi Laçında iki nəfərin minaya düşməsi ilə bağlı məlumat yayıb. Agentlikdən APA-ya verilən xəbərə görə, 2022-ci 21 oktyabr tarixində Laçın rayonunun Suarası kəndində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlayışı baş verib. İlkin məlumata əsasən hadisə nəticəsində Həmidov Elsəvər Sovet oğlu və Həsənov Səbuhi Telman oğlu xəsarət alıb. Hadisə ilə bağlı tərəfimizdən araşdırma aparılır, araşdırmanın nəticəsinə dair ictimaiyyətə əlavə məlumat veriləcək. 20:09 Laçında iki nəfər minaya düşüb. APA xəbər verir ki, hadisə Suarası kəndində qeydə alınıb. Kənddə 2 nəfər mina partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Minaya düşən şəxslər…

Read More
Cəbhədən Xəbər 

Erməni komandirdən etiraf: “Azərbaycan tərəfi elə keyfiyyətli yollar salıb ki…” – FOTO

Ermənistanın Cermuk (İstisu, Dərələyəz mahalı) istiqamətində xidmət edən yüksək rütbəli hərbçilərindən biri diqqət çəkən etiraflarla çıxış edib. “Qara Pantera” adlandırılan dəstənin komandiri Serob Qasparyan Ermənistanın “Hraparak” qəzetinə açıqlamasında bildirib ki, Azərbaycan ordusu artıq öz ərazisində yerləşən yüksəkliklərdə mövqelərini möhkəmləndirib: “Onlar çox ağır tikinti işləri aparıb, yeni yollar çəkiblər. Cermuk ətrafında yerləşən bütün strateji yüksəkliklər Azərbaycanın nəzarəti altındadır”. Erməni komandir Ermənistan ordusunun təminatı ilə Azərbaycan hərbçilərinin təminatını da müqayisə edib. O vurğulayıb ki, əgər Ermənistan ordusunun mövqelərinə ərzaq piyada daşınılırsa, Azərbaycan tərəfində vəziyyət tam əksinədir. “Onlar mövqelərə aparan yolları tez bir müddətdə bərpa…

Read More
Cəbhədən Xəbər 

MN: Təminat daşıyan texnikamız atəşə tutulub

Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 20-si gecə saatlarında Basarkeçər rayonunun Günəşli və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf, Kəlbəcər rayonunun Zəylik və Mollabayramlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan fasilələrlə atəşə tutub. ARANTV.AZ xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bundan əlavə Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində bölmələrimizə təminat daşıyan 1 ədəd Kamaz markalı avtomobil də Ermənistan hərbi bölmələri tərəfindən atəşə məruz qalıb. Texnikaya zərər dəysə də şəxsi heyət arasında xəsarət alan olmayıb.

Read More
Cəbhədən Xəbər 

MN: Azərbaycan Ordusu qarşı tərəfin mövqelərinə atəş açmayıb – VİDEO

Azərbaycan Ordusunun bölmələrinin guya qarşı tərəfin mövqeləri istiqamətində oktyabrın 20-si saat 16:30 radələrində atəş açması barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatın heç bir əsası yoxdur, tamamilə yalandır. Bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib. Nazirlik məlumatı qəti surətdə təkzib edib.

Read More