Cəbhədən Xəbər 

Ermənistan Azərbaycan Ordusunun Daşkəsən və Kəlbəcərdəki mövqelərini atəşə tutub

Oktyabrın 20-si saat 16:30-dan saat 17:35-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf və Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyindən məlumat verilib. Məlumata görə, Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Read More
Cəbhədən Xəbər 

BMT-nin nümayəndəliyi önündə Ermənistanın müharibə cinayətlərini əks etdirən sərgi-aksiya keçirilib – FOTO

BMT-nin Vyanadakı nümayəndəliyi önündə Ermənistan silahlı qüvvələrinin 30 illik işğal və II Qarabağ müharibəsi dövründə törətdiyi müharibə cinayətlərinə həsr olunmuş sərgi-aksiya keçirilib. Birləşmiş Millətlər meydanında təşkil olunmuş aksiya Avstriyadakı Azərbaycan icmasının təşkilatçılığı ilə gerçəkləşdirilib. Sərgi-aksiyada Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə, Naftalan, Bərdə, Tərtər, Mingəçevir və digər şəhərlərinə raket hücumları nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxsin həlak olmasını, 454 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri almasını, Xocavənd rayonunun Edilli kəndində aşkar olunan kütləvi məzarlığı və Azərbaycan torpaqlarında basdırdığı minaları əks etdirən fotomateriallar nümayiş etdirilib. Fotomateriallar “Ermənistan silahlı qüvvələri təkcə…

Read More
Cəbhədən Xəbər 

Tehran Mənsimov Xankəndi ətrafındakı döyüşlərdən danışdı

“Noyabrın 5-i səhər tezdən sakitlik idi. Daşaltını azad edəndən sonra tapşırığımız Şuşadan Xankəndi istiqamətinə yolu bağlamaq idi. Birdən ermənilər Şuşakənd-Daşaltı, Şuşa-Daşaltı, Keybalı-Daşaltı və Laçın tərəfdən Daşaltıya yenidən əks-hücuma başladılar. Düşmənin təxminən 4 tabora yaxın qüvvəsi ilə 6 saat gərgin döyüş getdi. Hər tərəfdən bizi güclü atəşə tutdular, yalnız Daşaltıya gəldiyimiz arxa səmt açıqdır. Bu zaman əsgərlərimizdən biri arxadan rabitə ilə xəbər verdi ki, ermənilər meşənin və çayın içi ilə kəndə doğru irəliləyirlər. Bu o demək idi ki, biz Daşaltıda mühasirəyə düşə bilərik. Dərhal qabaqlayıcı tədbirlər gördük və Vətən Müharibəsi Qəhrəmanı…

Read More
Cəbhədən Xəbər 

Ermənilər Daşkəsən və Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutublar

Oktyabrın 19-u saat 22:35-dən oktyabrın 20-si saat 00:25-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli, Yuxarı Şorca və Yuxarı Zağalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf və Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan fasilələrlə atəşə tutub. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Read More
Cəbhədən Xəbər 

Gəncə terroru zamanı azyaşlını xilas edən şəxs: “Onun yerini inilti səsindən müəyyənləşdirdik” – FOTO

“Briqadamız dağıntılar altında qalan uşağın inilti səslərini eşidərək onu tapmışdı”. Bunu “Report”un Qərb bürosuna açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 127-ci bölməsinin rəisi Yusif Qurbanlı deyib. Müharibə zamanı gücləndirilmiş iş rejimində fəaliyyət göstərdiklərini xatırladan bölmə rəisi söyləyib ki, həmin vaxt hər an hadisə olacağı ehtimalı ilə 24 saat ayıq-sayıq gözləyiblər: “Oktyabrın 17-də Muxtar Hacıyev küçəsində ballistik raketin dağıtdığı ərazidə hər hansısa bir yanğın yox idi. Buna baxmayaraq, orada dağıntılar altında qalan insanların xilasetmə işlərinə qoşulduq. Briqadamız bir oğlan uşağını dağıntılar altından çıxardı. Ermənilərin raket hücumu…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının birgə təlimindən görüntülər – VİDEO

Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının “Qafqaz Qartalı-2022” adı altında keçirilən birgə hərbi təlimləri davam edir. Gürcüstan Müdafiə Nazirliyinin məlumatına görə, Vaziani təlim bazasında keçirilən nümunəvi təlimləri bu ölkənin müdafiə qüvvələrinin komandanı general-mayor Georgi Matiaşvili izləyib. Xüsusi təyinatlılar hava dəstəyi, paraşütlə tullanma, zirehli nəqliyyat vasitələri ilə hücum, binanın mühasirəsi kimi müxtəlif döyüş tapşırıqlarını icra edərək öz bacarıqlarını nümayiş etdiriblər. Hərbçilər “AN-2” tipli təyyarələrdən paraşütlə tullanma elementlərini icra ediblər. Nazirlikdən bildirilib ki, “Qafqaz Qartalı-2022” təlimlərinin məqsədi Azərbaycan, Türkiyə və Gürcüstanın xüsusi təyinatlı bölmələri arasında sinxronlaşdırma və koordinasiya imkanlarını dərinləşdirmək, təcrübə paylaşımı…

Read More
Cəbhədən Xəbər 

Ordumuzun mövqeləri atəşə tutulub

Oktyabrın 18-i saat 18:40-dan oktyabrın 19-u saat 01:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman, Pəmbək və Günəşli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Daşkəsən rayonunun Təzəkənd və Astaf, Gədəbəy rayonunun Daryurd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Ordumuzun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Read More
Cəbhədən Xəbər 

Ermənistan müharibəyə hazırlaşır? – AÇIQLAMA + VİDEO

Ermənistan Azərbaycan Ordusunun mövqelərinə doğru və delimitasiya olunmamış sərhəd zonasına ağır artilleriya qurğuları yığmağa başlayıb. Görünür, Fransa və İran tərəfindən heç bir əsası olmayan absurd bəyanatlar Ermənistandakı revanşist qüvvələri yenidən cəsarətləndirib və nəticə etibarilə onlar hazırkı fəaliyyətləri ilə bölgədə mövcud olan atəşkəs rejimini aktiv əməliyyatlar fazasına keçirmək xülyasına düşüblər. Siyasi ekspert Məhəmməd Əsədullazadə məsələ ilə bağlı qeyd edib ki, Avropa İttifaqının Mülki Müşahidə Şurasının üzvləri artıq Ermənistandadır və onlar Azərbaycan tərəfinin guya təxribatlara əl atdığını göstərməyə çalışırlar. “Şuranın hesabatında Azərbaycanı “təxribatçı” kimi göstərə bilərlər”, – deyə ekspert əlavə edib. Ermənistanın…

Read More
Cəbhədən Xəbər 

Vətən müharibəsi ilə bağlı serialın istehsalına başlanılıb

“Qarabağ Vətən müharibəsi” şərti adlı çoxseriyalı bədii televiziya filminin istehsalına başlanılıb. ARANTV.AZ  xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov “Qarabağ Vətən müharibəsi” serialı ilə bağlı keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının qazandığı böyük zəfərə töhfə vermək məqsədilə çəkilən serialın istehsalının ilkin hazırlıq mərhələsi davam edir: “Ekran əsərinin çəkiliş məkanlarının seçilməsi tamamlanıb, Bakı, Gəncə və Şuşa şəhərlərində, Füzuli, Quba, İsmayıllı, Daşkəsən, Şamaxı, Qəbələ, Xızı rayonlarında və Hadrut qəsəbəsində çəkilişlər planlaşdırılıb. Serialın istehsalı ilə bağlı pirotexnika, əlbəsə, rekvizit, səs…

Read More