Cəbhədən Xəbər 

MN: “Azərbaycan Ordusunun bölmələri bir-birinə və ermənilərin mövqelərinə atəş açmayıb”

“Azərbaycan Ordusunun bölmələrinin guya əvvəlcə bir-birinə, daha sonra isə qarşı tərəfin mövqeləri istiqamətində atəş açması ilə bağlı Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat yalandır”. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. “Heç bir real əsası olmayan bu uydurma məlumatı qəti surətdə təkzib edirik”, – deyə məlumatda bildirilib.

Read More
Cəbhədən Xəbər 

Azərbaycan MN Ermənistanın iddialarını təkzib etdi

“Oktyabrın 18-i gecə saatlarında Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin bölmələrinə müxtəlif çaplı atıcı silahlardan atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat həqiqəti əks etdirmir, tamamilə yalandır”. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. “Yayılan məlumatı qəti surətdə təkzib edirik”, – deyə məlumatda qeyd edilib.

Read More
Cəbhədən Xəbər 

Xudafərin körpüsünün işğaldan azad edilməsindən 2 il ötür

Cəbrayıl rayonunun Xudafərin kəndinin erməni işğalından azad edilməsindən 2 il ötür. ARANTV.AZ  xəbər verir ki,  Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinin 22-ci günündə – 2020-ci il oktyabrın 18-də tarixi Xudafərin körpülərini və Xudafərin kəndini işğaldan azad edib. Həmin gün Azərbaycan Ordusu Cəbrayıl rayonunun Hacılı və Hacı İsaqlı kəndlərinin də işğalına son qoyub. Ermənilər 30 ilə yaxın işğal dövründə digər ərazilər kimi Xudafərin kəndini də darmadağın edib, xarabalığa çevirib, evləri, inzibati binaları, bütün tikililəri söküb. Xudafərin körpülərinin və Xudafərin kəndinin işğaldan azad edilməsi Vətən müharibəsinin əlamətdar hadisələrindən sayılır. Azərbaycan…

Read More
Cəbhədən Xəbər 

Tabor komandirləri arasında yarış keçirildi – FOTO

2022-ci ilin hazırlıq planına uyğun olaraq Quru Qoşunlarında ən yaxşı tabor komandiri adı uğrunda yarış keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, yarışda motoatıcı və əməliyyat (komando) tabor komandirlərinin rəhbəredici sənədlər üzrə nəzəri bilikləri və taktiki tapşırıqları həll etmə bacarıqları yoxlanılıb. Həmçinin praktiki atış, sıra və fiziki hazırlıq üzrə normativlər qəbul edilib. Komissiya tərəfindən aparılan qiymətləndirmədə ən yüksək nəticələr əldə edən zabitlər “Ən yaxşı motoatıcı, əməliyyat (komando) taborunun komandiri” adına layiq görülüblər.  

Read More
Cəbhədən Xəbər 

İndiyədək Azərbaycanda mina partlayışı nəticəsində ölənlərin sayı AÇIQLANDI

“10 noyabr 2020-ci il bəyanatından indiyədək Azərbaycanda mina partlayışı nəticəsində 44 mülki və hərbi qulluqçu həlak olub”. ARANTV.AZ xəbər verir ki, bunu Gəncədə səfərdə olan baş prokurorun birinci müavini Elçin Məmmədov deyib. O qeyd edib ki, həmin müddətdə 250-dən çox vətəndaş mina partlayışından müxtəlif dərəcəli bədən xəsarətləri alaraq zərər çəkib.

Read More
Cəbhədən Xəbər 

Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi başa çatıb – FOTO/VİDEO

Türkiyənin Marmaris şəhərinin Aksaz dəniz bazasında keçirilən Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) dəniz xüsusi taborlarının sualtı hücum (SAH) və sualtı müdafiə (SAM) bölmələri ilə Türkiyə HDQ xüsusi təyinatlı bölmələrinin birgə təlimi başa çatıb. Bu barədə Oxu.Az–a Müdafiə Nazirliyindən məlumat verilib. Təlimdə hər iki qardaş ölkənin xüsusi təyinatlı bölmələri quru və dəniz taktikalarının işlənməsi, partlamamış döyüş sursatlarının və dəniz minalarının axtarışı, eləcə də məhv edilməsi üzrə tapşırıqları icra ediblər. Birgə təlimdə qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.  

Read More
Cəbhədən Xəbər 

Azərbaycan MN: “Ermənistan sərhədə artilleriya qurğuları cəmləşdirir”

Oktyabrın 16-sı günün ikinci yarısında Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun Daşkəsən istiqamətində yerləşən bölmələri ilə üzbəüz mövqelərinə hərbi nəqliyyat vasitələri ilə əlavə şəxsi heyət və 4 ədəd artilleriya qurğusunu cəmləşdirməsi müşahidə edilib. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bölgədə yarana biləcək gərginliyə görə bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Read More
Cəbhədən Xəbər 

Füzuli döyüşlərinin pərdəarxası – VİDEO

Bu gün Füzuli şəhərinin işğaldan azad olunmasından 2 il ötür. Füzuli döyüşləri Vətən müharibəsində Azərbaycan Ordusunun cənub-şərq cəbhəsində apardığı ən uğurlu və əhəmiyyətli döyüşlərdən biri olub. Füzuli əməliyyatı ordumuzun hərbi qüdrətini bir daha təsdiqləməklə yanaşı, əsgərlərimizin vətən sevgisini heç bir səddin buxovlaya bilməyəcəyini bütün dünyaya sübut etdi. Şəhərin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması, bununla da müharibənin gedişində digər ərazilərimizi də azad etmək üçün strateji üstünlüklər qazanmağımız bunun bariz nümunəsi idi. Vətən müharibəsi iştirakçısı Kamil Həsənov Füzuli uğrunda gedən döyüşlər zamanı “Ohanyan səddi”nin aşılmasından danışıb: “Həmin bölgədəki “Ohanyan…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan MN Ermənistanın iddialarını təkzib etdi

“Oktyabrın 17-də Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin bölmələrinə atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat həqiqəti əks etdirmir, tamamilə yalandır”. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi (MN) məlumat yayıb. “Yayılan məlumatı qəti surətdə təkzib edirik”, – məlumatda qeyd edilib.

Read More