Cəbhədən Xəbər 

Bala Göyçə gölündən ilk – Görüntülər

Azərbaycan Televiziyası 13-14 sentyabrdan sonra ordumuzun nəzarətinə keçən yüksəkliklərdən reportaj hazırlayıb. ARANTV.AZ  xəbər verir ki,  reportajda hərbçilərimizin həmin yüksəkliklərdə nəzarəti necə ələ keçirməsi, ərazinin strateji əhəmiyyəti, təminat yollarının hazırlanmasından danışılıb, Bala Göyçə gölünün son görüntüləri yer alıb. Həmin süjeti təqdim edirik:

Read More
Cəbhədən Xəbər 

Çexiyadan olan QHT nümayəndəsi: “Edillidə gördüklərim mənə “Osventsim” həbs düşərgəsini xatırlatdı” – FOTO

“Buraya gəlmək və gördüklərim, şübhəsiz ki, ürəkağrıdıcıdır. Edillidə gördüklərim, aşkar edilmiş kütləvi məzarlıqdakı cəsədlərin qalıqları – bütün bunlar mənə “Osventsim” həbs düşərgəsini xatırlatdı, “Osventsim”də ilk dəfə olarkən yaşadığım hissləri yaşadım”. “Report”un Xocavəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Çexiyadan olan QHT nümayəndəsi Radek Smolka deyib.   Onun sözlərinə görə, artıq bir neçə dəfə Azərbaycanda olub və hər dəfə buradan qayıdanda ölkə həqiqətlərini başqaları ilə bölüşməyə çalışır. “Ölkəmiz Azərbaycan həqiqətləri, Qarabağ hadisələri ilə bağlı həqiqətlər ilə qismən tanışdır, Çexiyada erməni təbliğatı o qədər də güclü deyil. Buna baxmayaraq, faciəli hadisələrlə…

Read More
Cəbhədən Xəbər 

Dağlıq ərazilərdə Azərbaycan Ordusunun fəaliyyətini təmin etmək üçün yeni yollar çəkilir – VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin komandanlığı altında Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan Vətən müharibəsi nəticəsində azad edilmiş ərazilərimizdə mühəndis işləri davam etdirilir. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələri tərəfindən nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yollar minalardan təmizlənir, mürəkkəb relyefli, o cümlədən çətin keçilən dağlıq ərazilərdə bölmələrin fəaliyyətini təmin etmək məqsədilə yeni təminat yolları çəkilir. Mühəndis Qoşunlarının digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyəti nəticəsində mürəkkəb relyefli, o cümlədən çətin keçilən qayalıq ərazilərdə bölmələrin fəaliyyətini təmin…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub – RƏSMİ

Oktyabrın 14-ü axşam saatlarından 15-i gecə saatlarınadək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Xəzinəvar və Basarkeçər rayonunun Günəşli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Hacılar və Daşkəsən rayonunun Təzəkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Read More
Cəbhədən Xəbər 

Aİ-nin xüsusi nümayəndəsi bu gün Ermənistan-Azərbaycan sərhədinə gələcək – FOTO

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar bu gün İrəvana səfər edəcək. “Səfərimin məqsədi iki ölkə arasında münasibətlərin normallaşmasına dəstək olmaqdır”, – deyə Avropa İttifaqının Cənubi Qafqaz üzrə nümayəndəsi öz “Twitter”ində qeyd edib. T.Klaarın gündəliyinə həmçinin Ermənistan-Azərbaycan sərhədinə yollanmaq, oradakı son vəziyyətlə tanış olmaq daxildir.  

Read More
Cəbhədən Xəbər 

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

Oktyabrın 13-ü saat 15:15-dən saat 15:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və İstisu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Əlibayramlı və İstisu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub. ARANTV.AZ  xəbər verir ki, Müdafiə Nazirliyindən verilən xəbərə görə, Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənov “Qaraheybət” Təlim Mərkəzinə gedib – FOTO/VİDEO

Oktyabrın 13-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti “Qaraheybət” Təlim Mərkəzində olub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Müdafiə naziri Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin “Zabit ixtisas kursu”nun dinləyicilərinin tank direktrisasında təlim-məşq prosesinin gedişatı ilə maraqlanıb. Məruzə edilib ki, burada müasir döyüş əməliyyatlarında öyrənilən təcrübələrə əsaslanaraq dinləyicilərə tankların və döyüş maşınlarının yaşayış məntəqələrində effektiv tətbiqi üsulları məşq etdirilir. Sonra nazir müasir texnologiyadan istifadə olunmaqla atəşin idarə edilməsi üzrə məşqlərin icra edildiyi simulyasiya mərkəzinə baxış keçirib. Burada hərbi qulluqçuların minaatan qurğularından praktiki atışları nümayiş etdirilib.…

Read More
Cəbhədən Xəbər 

Mühəndis texnikamız atəşə tutulub

Oktyabrın 12-si saat 12:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Daşkəsən rayonunun Təzəkənd yaşayış məntəqəsi istiqamətində infrastrukturun bərpası məqsədilə tikinti-quruculuq işləri aparan mühəndis texnikamıza müxtəlif çaplı atıcı silahlardan atəş açıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən cavab tədbirləri görülüb.

Read More
Cəbhədən Xəbər 

Bakıda MDB-nin Qərargah Rəisləri Komitəsinin iclası keçirilib – YENİLƏNİB + FOTO

Oktyabrın 12-də Bakıda Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclası keçirilib. İclasda Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, Belarus Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Viktor Qulyeviç, Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Marat Xusainov, Qırğızıstan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Erlis Terdikbayev, Özbəkistan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor ŞuxratXalmuxamedov, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini general-polkovnik Sergey İstrakovvə Tacikistan Respublikasının Rusiya Federasiyasındakı hərbi attaşesi polkovnik Rüstəm Cumayev iştirak ediblər. İclasda Azərbaycan Ordusunun…

Read More