Cəbhədən Xəbər 

Kəlbəcər və Daşkəsəndə yeni aşkar olunan minalar zərərsizləşdirilib – FOTO

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri azad edilmiş ərazilərimizin və təminat yollarının minalardan təmizlənməsi istiqamətində fəaliyyətlərini davam etdirir. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Aparılan minatəmizləmə fəaliyyəti nəticəsində oktyabrın 8-dən bu günədək Kəlbəcər və Daşkəsən rayonları ərazisində yeni aşkar olunan 63 ədəd piyada əleyhinə “PMN-Э!, 89 ədəd piyada əleyhinə “PMN-2” və 1 ədəd “OZM-72E” tipli piyada əleyhinə qəlpəli mina təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib. Azad edilmiş ərazilərimizdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.  

Read More
Cəbhədən Xəbər 

Ermənilər Kəlbəcər və Gədəbəy istiqamətində mövqelərimizi atəşə tutdular – RƏSMİ

Oktyabrın 9-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Zağalı, İstisu, Yuxarı Şorca və Cil yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Əlibayramlı, İstisu və Zəylik, Gədəbəy rayonunun Novoivanovka yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə atəşə tutub. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Read More
Cəbhədən Xəbər 

Gəncə terrorunun pərdəarxası – VİDEO

Vətən müharibəsi dövründə Gəncə şəhərinin ermənilər tərəfindən raket hücumlarına məruz qalmasından iki il ötür. Düşmən tərəfindən Gəncənin bombalanması nəticəsində 26 nəfər həlak olub. Yaşayış evləri ilə yanaşı mülki infrastruktura və qədim tarixi abidələrə də ziyan dəyib. Məsələ ilə bağlı Baku TV-yə açıqlama verən Xalq yazıçısı Çingiz Abdullayev hadisənin təfərrüatlarından danışıb. Daha ətraflı süjetdə:

Read More
Cəbhədən Xəbər 

Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirildi – FOTO/VİDEO

Torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhidlik zirvəsinə ucalan Vətən müharibəsi şəhidləri Tural Zeynalov, Telman Abışov və Fuad Nəcəfovun xatirəsinə həsr edilən anım mərasimləri keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, mərasimlərdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, şəhidlərin ailə üzvləri, dostları, döyüş yoldaşları, eləcə də Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin əməkdaşları iştirak ediblər. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bötövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirlərdə çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun…

Read More
Cəbhədən Xəbər 

Baş Qərargah rəisi XTQ-nin şəxsi heyəti ilə görüşüb

Oktyabrın 8-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) hərbi hissəsində olub. Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyindən bildirilib. Bildirilib ki, müdafiə nazirinin birinci müavini əvvəlcə burada Ulu Öndər Heydər Əliyevin büstü və şəhid xüsusi təyinatlıların xatirə abidəsinin önünə gül dəstəsi qoyub. Sonra xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həyatlarını qurban verən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Baş Qərargah rəisi XTQ-nin şəxsi heyəti ilə görüşərək müdafiə naziri general-polkovnik Zakir Həsənovun salamlarını çatdırıb. General-polkovnik K.Vəliyev Ermənistan silahlı…

Read More
Cəbhədən Xəbər 

Vətən müharibəsinin xronikası: 8 oktyabr

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı. ARANTV.AZ Vətən müharibəsinin xronikasını təqdim edir. Müharibənin 12-ci günü • Ermənistan silahlı qüvvələrinin hərbi hissəsinin qərargahına, infrastrukturuna və silah-sursat anbarlarına bölmələrimiz tərəfindən artilleriya zərbələri endirilib. Yerdəyişməyə cəhd göstərən düşmənin döyüş texnikasından ibarət hərbi kolonu dəqiq artilleriya atəşi…

Read More
Cəbhədən Xəbər 

Ermənistanın əsir düşərgəsinə çevirdiyi Edilli kəndi – FOTOREPORTAJ

Xocavənd rayonunun Edilli kəndində bir neçə gün əvvəl Birinci Qarabağ müharibəsi zamanı ermənilərin işgəncələrə məruz qoyduğu Azərbaycan hərbçilərinə məxsus kütləvi məzarlıq aşkarlandı. ARANTV.AZ  xəbər verir ki, Xocavəndin Edilli kəndi 1992-ci ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilib. 28 il Ermənistan bu kəndi azərbaycanlı girovları saxlamaq üçün həbs düşərgəsi kimi istifadə edib. Kəndi 2020-ci il oktyabrın 15-də Azərbaycan Silahlı Qüvvələri düşmən tapdağından azad edib. Photostock.az ərazidən çəkiliş alıb:  

Read More
Cəbhədən Xəbər 

Azərbaycanın HDQ komandanı italiyalı həmkarı ilə görüşüb – FOTO

İtaliya Respublikasının Venesiya şəhərində keçirilən 13-cü Trans-Regional Dəniz Gücü Simpoziumunda iştirak edən Azərbaycan Hərbi Dəniz Qüvvələri (HDQ) komandanı kontr-admiral Sübhan Bəkirov bu ölkənin Dəniz Qüvvələri komandanı admiral Enriko Kredendino ilə görüşüb. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun salamlarını çatdıran kontr-admiral S.Bəkirov beynəlxalq Simpoziuma dəvətə görə italiyalı həmkarına təşəkkürünü bildirib. Görüşdə hər iki ölkənin Hərbi Dəniz Qüvvələri arasında hərbi, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub. Sonda qarşılıqlı hədiyyələr təqdim…

Read More
Cəbhədən Xəbər 

Rusiya sülhməramlılarının Qarabağdakı keçmiş komandanı yeni vəzifəyə təyin edilib

Rüstəm Muradov Rusiya Federasiyasının Şərq Hərbi Dairəsi Komandanlığının rəhbəri olub. Bu barədə Dağıstan Respublikasının rəhbəri Sergey Melikov məlumat verib. İyulda Muradovun Ukraynadakı hərbi əməliyyatlara cəlb edilən “Vostok” (“Şərq”) qrupuna komandanlıq etməsi barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. 2017-ci ildə Rusiya Qəhrəmanı adını alan Muradov 2018-ci ilin dekabr ayından Cənub Hərbi Dairəsi komandanının müavini olub. Xatırladaq ki, Rüstəm Muradov həm də 2020-ci ilin noyabrın 11-dən 2021-ci ilin sentyabrın 9-na qədər Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı vəzifəsində çalışıb. Bundan əvvəl Şərq Hərbi Dairəsi komandanı vəzifəsini Aleksandr Çayko tutub. Onun…

Read More