Cəbhədən Xəbər 

Kəlbəcər və Daşkəsəndə aşkar olunan yeni minalar zərərsizləşdirilib – FOTO/VİDEO

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən aparılan minatəmizləmə fəaliyyəti nəticəsində Kəlbəcər və Daşkəsən rayonları ərazisində qarşı tərəfdən basdırılan növbəti minalar aşkar edilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Kəlbəcər rayonu ərazisində 79 ədəd “PMN-Э” tipli piyada əleyhinə, iki ədəd “TM-62M” tipli tank əleyhinə mina, Daşkəsən rayonu ərazisində isə 53 ədəd “PMN-Э” tipli piyada əleyhinə mina və dörd ədəd “OZM-72” tipli piyada əleyhinə qəlpəli mina təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib. Qeyd edək ki, Beynəlxalq humanitar hüquqa əsasən, 1997-ci ildə qəbul edilmiş Ottava müqaviləsi piyada əleyhinə minaların istehsal edilməsi, saxlanılması, daşınması və istifadəsini…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan MN: “Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat yalandır”

Ermənistan Müdafiə Nazirliyinin oktyabrın 6-sı günorta saatlarında Ordumuzun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin döyüş mövqelərində möhkəmləndirmə işləri aparan texnikaya atəş açılması və nəticədə həmin texnikanın zədələnməsi barədə yaydığı məlumat həqiqəti əks etdirmir. Bu barədə Oxu.Az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. “Bu, qarşı tərəfin növbəti təxribat xarakterli dezinformasiyasıdır”, – nazirlikdən qeyd olunub.

Read More
Cəbhədən Xəbər 

Sentyabr təxribatında ermənilər 6 azərbaycanlını işgəncələrlə öldürüblər

Sentyabr təxribatında erməni hərbçiləri tərəfindən işgəncələrlə öldürülən və görüntüləri yayılan 6 nəfər azərbaycanlının nəşi Azərbaycan tərəfinə təhvil verilib. Bunu Baş Prokurorluğun istintaq idarəsinin rəisi Nemət Əvəzov Ermənistanın silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqində sualı cavablandırarkən deyib. O xatırladıb ki, sosial şəbəkələrdə yayılan digər görüntülərlə bağlı istintaq qrupu tərəfindən araşdırmalar davam etdirilir.

Read More
Cəbhədən Xəbər 

QHT-lər Edilli məzarlığı ilə bağlı bəyanat yayıblar

Qeyri-hökumət təşkilatları Xocavənd rayonunun Edilli kəndində növbəti dəfə aşkar olunmuş kütləvi məzarlıqla bağlı beynəlxalq təşkilatlara ünvanlanan bəyanat yayıblar. Bəyanatda deyilir: “Azərbaycan cəmiyyətində böyük sarsıntı yaradan, Xocavənd rayonunun Edilli kəndində aşkar edilmiş məzarlıq regionda sayca üçüncü kütləvi məzarlıqdır. Belə ki, bu ilin fevral ayında Edilli kəndində bir kütləvi məzarlıqda 6 nəfərin cəsədi, martın 29-da Xocalı rayonunun Fərrux dağında bir kütləvi məzarlıqda 3 nəfərin cəsədi və sentyabr ayının 14-də Edilli kəndində digər bir kütləvi məzarlıqda 12 nəfərin cəsədi təsadüfi qazıntılar nəticəsində aşkar edilmişdi. Məzarlıqlarda tapılan cəsədlərin funksional vəziyyətləri onların qabaqcadan planlaşdırılmış qaydada,…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimindən görüntülər – VİDEO

2022-ci ilin planına əsasən Türkiyə Respublikasının Marmaris şəhərində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) dəniz xüsusi taborlarının sualtı hücum (SAH) və sualtı müdafiə (SAM) bölmələri ilə Türkiyə HDQ xüsusi təyinatlı bölmələri birgə təlim keçir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Aksaz dəniz bazasında keçirilən təlimdə hər iki qardaş ölkənin hərbi qulluqçuları quru və dəniz taktikalarının işlənməsi, partlamamış döyüş sursatlarının və dəniz minalarının axtarışı, eləcə də məhv edilməsi üzrə tapşırıqları icra edəcəklər. Təlim iştirakçıları plana əsasən gecə və gündüz şəraitində fərdi və qrup şəklində taktiki atışlar, qarışıq qruplar şəklində birgə marş, pusqu…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan MN: “Ermənistan dezinformasiya yaymaqla təxribat əməllərini gizlətməyə çalışır”

“Azərbaycan Ordusu bölmələrinin minaatan və iriçaplı silahlardan istifadə etməklə Ermənistan silahlı qüvvələrinin mövqelərini guya atəşə tutması barədə oktyabrın 5-də yayılan məlumat qarşı tərəfin növbəti dezinformasiyasıdır”. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Belə ki, dünən axşam saatlarında məhz Ermənistan tərəfi Basarkeçər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətindəki döyüş mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini atıcı silahlardan atəşə tutub. Nazirlikdən bildirilib ki, Azərbaycan Ordusunun bölmələri yalnız Ermənistan tərəfindən törədilmiş təxribatlara qarşı cavab tədbirləri görür: “Növbəti dəfə vəziyyətin gərginləşdirilməsinə görə məsuliyyət tamamilə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.

Read More
Cəbhədən Xəbər 

Kəlbəcər istiqamətində ordumuzun mövqeləri atəşə tutuldu

Oktyabrın 5-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Alagöllər istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Read More
Cəbhədən Xəbər 

BMT nümayəndəsi: “Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə gördüyü işləri öyrənmək vacibdir”

“Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərdə həyatın canlanması üçün intensiv işlər görür”. ARANTV.AZ-ın məlumatına əsasən, bunu Ağdamda keçirilən Milli Şəhərsalma Forumunda iştirak edən BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru Maimuna Mohd Şərifi jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, iqlim dəyişikliyi, koronavirus pandemiyası və digər fəlakətlər transformativ dəyişikliklər üçün problemlər yaradıb. BMT nümayəndəsi qeyd edib  ki, dünyadakı problemlər fonunda Milli Şəhərsalma Forumu Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə gördüyü işləri öyrənmək, ölkənin texniki təcrübəsini öyrənmək baxımından vacibdir.

Read More
Cəbhədən Xəbər 

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayıb – VİDEO

Müdafiə Nazirliyinin hərbi hissələrinə zabitlərin həqiqi hərbi xidmətinə könüllü daxil olmaq arzusunda olan müddətli həqiqi hərbi xidmətini başa vurmuş, ali təhsilli, 30 yaşınadək namizədlər oktyabrın 22-dək müvafiq sənədlərlə birlikdə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində (AO TTM) fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. “Ehtiyat zabit hazırlığı kursu”na qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyası tərəfindən hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədilə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına göndəriləcəklər. Komissiyanın qərarına əsasən hərbi xidmətə…

Read More
Cəbhədən Xəbər 

Reza Deqati Xocavənddəki məzarlıqlardan görüntülər paylaşdı – VİDEO

Dünyaca məşhur “National Geographic” jurnalının tanınmış fotojurnalisti, Azərbaycan əsilli fransız fotoqraf Reza Deqati Xocavənd rayonunun Edilli kəndində tapılan kütləvi məzarlıqla bağlı paylaşım edib. ARANTV.AZ xəbər verir ki, fotoqraf bu haqda “Instagram” hesabında yazıb: “Azərbaycan – Qarabağ. Edilli kəndində 1992-1993-cü illərdə Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilən 12 nəfərin kütləvi məzarlığı aşkar edilib. 4 200 azərbaycanlı itkin düşüb və Ermənistan onların başına gələnlərlə bağlı heç bir məlumat vermir. Bu, 1992-ci ildən 2020-ci ilə qədər ermənilərin yaşadığı bu kənddə tapılan üçüncü kütləvi məzarlıqdır”.  

Read More