Cəbhədən Xəbər 

Leyla Abdullayevadan Edillidə kütləvi məzarlıq aşkarlanması ilə bağlı PAYLAŞIM – FOTO

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Xocavəndin Edilli kəndində aşkarlanmış kütləvi məzarlıqıa bağlı paylaşım edib. Bu barədəd “Twitter“də paylaşım edən XİN sözçüsü Birinci Qarabağ müharibəsindən bəri 4 000 azərbaycanlının itkin düşdüyünü, onların çoxunun işgəncəyə məruz qaldığını və öldürüldüyünü bildirib. “Azərbaycanın Xocavənd rayonunun Edilli kəndində daha bir kütləvi məzar – hərbçi olduğu müəyyənləşdirilən 12 nəfərin qalıqları aşkarlanıb. Müharibə cinayətləri ilə bağlı danışanların nəzərinə: Birinci Qarabağ müharibəsindən bəri 4000 azərbaycanlı itkin düşüb, onlardan çoxu işgəncəyə məruz qalıb, öldürülüb və kütləvi məzarlarda dəfn edilib”, – Leyla Abdullayeva qeyd edib.…

Read More
Cəbhədən Xəbər 

İtkin düşmüş şəxslərin ailə üzvlərindən 10 min bioloji nümunə toplanılıb – AÇIQLAMA

“Bu yaxınlarda bütün ölkə üzrə itkin düşmüş şəxslərin ailə üzvlərindən Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə birlikdə təqribən 10 min bioloji nümunə toplayıb”. Bunu “Report”un Xocavənd rayonuna ezam olunmuş əməkdaşına açıqlamasında BQXK-nın Bakı nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib. Onun sözlərinə görə, bu bioloji nümunələr Dövlət Komissiyasının xüsusi saxlanc yerlərində saxlanılır: “Həmin bioloji nümunələrdən DNT profilinin çıxarılmasına başlanılıb. Həmin məlumatlar imkan yaradacaq ki, ekshumasiya zamanı tapılan insan qalıqlarının kimliyi tez bir zamanda müəyyənləşdirilsin”.

Read More
Cəbhədən Xəbər 

Hərbi Prokurorluq Buğdadağda aşkarlanan minalarla bağlı araşdırmalara başladı – YENİLƏNİB + FOTO/VİDEO

Daşkəsən rayonu Buğdadağ adlanan ərazidə 1-2 oktyabr 2022-ci il tarixlərində erməni diversiya qruplarının yeni basdırdığı Ermənistanda istehsal edilmiş 452 ədəd “Э-001 М” tipli piyada əleyhinə mina Müdafiə Nazirliyinin mühəndis-istehkamçıları tərəfindən aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib. Baş Prokurorluqdan verilən məlumata görə, həmin partlayıcı vasitələrin Vətən Müharibəsindən sonra basdırıldığı ehtimal edilir. Faktla bağlı Azərbaycan Respublikası Hərbi Prokurorluğunda araşdırma aparılır. 11:30 Daşkəsən rayonu ərazisi Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı basdırılan minalardan təmizlənir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunan ərazidə erməni diversiya qruplarının basdırdığı Ermənistanda istehsal edilmiş 452 ədəd…

Read More
Cəbhədən Xəbər 

Ermənilər Kəlbəcər və Tovuz istiqamətlərində mövqelərimizi atəşə tutublar – RƏSMİ + VİDEO

Oktyabrın 3-ü axşam saatlarında və 4-ü gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Subatan, Yuxarı Şorca və İstisu, Tovuzqala rayonunun Çinarlı və Kolagir yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zivel, Zəylik və İstisu, Tovuz rayonunun Ağdam və Qaralar yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə intensiv atəşə tutub. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatlara görə, Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə dislokasiya olunan bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb. Nazirlikdən bildirilir ki, vəziyyətin məqsədyönlü şəkildə gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə…

Read More
Cəbhədən Xəbər 

Ermənilərin Zabux və Susdakı evlərdə quraşdırdığı tələ-minalar aşkarlandı – FOTO/VİDEO

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Təmizləmə Qrupları tərəfindən Laçın rayonunda minatəmizləmə əməliyyatları davam edir. ANAMA-dan verilən məlumata görə, Laçın rayonunun Zabux və Sus kəndlərində evlərin təmizlənməsi əməliyyatları zamanı düşmən tərəfindən quraşdırılan tələ-minalara rast gəlinib. Evlərin və həyətyanı sahələrin girişinə quraşdırılan tələ məftili ilə işə düşən, eləcə də PMN-G Ermənistan istehsalı olan minaların altına əl qumbarası yerləşdirilməsi faktları aşkar olunub. “Yüksək partlayışın baş verməsi məqsədilə partlayıcı qurğuları birləşdirməklə faciənin miqyasını böyütmək düşmənin insanlıq əleyhinə düşünülmüş xəyanətkar xislətidir. Bu kimi faktlar Ermənistanın regionda sülhə və təhlükəsizliyə, ətraf mühitə qarşı məkrli niyyətinin davam etdirdiyinin…

Read More
Cəbhədən Xəbər 

Azad olunmuş ərazilərdə daha 2442 mina aşkarlanıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə aylıq məlumat açıqlayıb. ANAMA-dan bildirilib ki, sentyabrın 1-dən 30-dək Kəlbəcər, Tərtər, Ağdam, Xocalı, Füzuli, Şuşa, Xocavənd, Laçın, Qubadlı, Cəbrayıl və Zəngilanda 1695 piyada əleyhinə mina, 747 tank əleyhinə mina və 1363 partlamamış hərbi sursat (PHS) aşkarlanıb. Bildirilib ki, 4064,06 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Read More
Cəbhədən Xəbər 

Azərbaycan hərbçilərinin sosial şəbəkədə yayılan görüntüləri ilə bağlı Hərbi Prokurorluqdan AÇIQLAMA – VİDEO

Bəzi sosial media səhifələrində Azərbaycan hərbi qulluqçuları tərəfindən erməni silahlı birləşmələrinin üzvlərinə qarşı qanunsuz əməllərə yol verilməklə saxlanılmış təxribatçıların atəşə tutulması iddia olunduğu görüntülər paylaşılıb. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən bu kateqoriyadan olan videolar üzrə onların həqiqi olub-olmaması, habelə videolardakı görüntülərin çəkildiyi zaman və məkan, onlarda əks olunan hərbi qulluqçuların şəxsiyyəti, eləcə də obyektiv həqiqətin müəyyən edilməsi üçün əhəmiyyət kəsb edən digər bütün hallar tam və hərtərəfli araşdırılır. Araşdırmanın nəticəsində qanunla nəzərdə tutulmuş tədbirlər görüləcəkdir.

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunun xüsusi təyinatlıları Ankarada təlimlərdə – FOTO

Türkiyənin paytaxtı Ankarada “Əbədi Qardaşlıq-I Birləşmiş Xüsusi Təyinatlı Qüvvələr” təlimi keçirilib. Tədbirə Azərbaycan Ordusunun xüsusi təyinatlıları da qatılıblar. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi özünün “Twitter” hesabından xəbər verib. “Dost və qardaş ölkələrin ən sayılıb-seçilən qoşunları bir yerdə!” – qeydi ilə paylaşılan məlumatda təlimdə həmçinin Qətər, Qazaxıstan, Pakistan və Özbəkistandan olan xüsusi təyinatlıların da iştirak etdikləri vurğulanıb.  

Read More