Cəbhədən Xəbər 

Ermənistan tərəfindən açılan atəş nəticəsində hərbi qulluqçumuz yaralanıb – VİDEO

Atəşkəs haqqında əldə olunmuş razılaşmaya baxmayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 28-i saat 18:00 radələrində Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Alagöllər istiqamətində yerləşən bölmələrini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Müdafiə Nazirliyindən Oxu.Az-a bildirilib ki, atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu İsgəndərov Nicat Hidayət oğlu yaralanıb. Hərbi qulluqçumuza lazımi tibbi yardım göstərilir. Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə dislokasiya olunan bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb. Bildiririk ki, baş vermiş insidentə görə bütün məsuliyyət vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirməyə çalışan Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Read More
Cəbhədən Xəbər 

Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının birgə təlimi keçiriləcək

Gürcüstanda rəsmi səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev sentyabrın 28-də bu ölkənin Müdafiə Qüvvələrinin komandanlığını ziyarət edib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Əvvəlcə rəsmi qarşılanma mərasimi keçirilib. General-polkovnik K.Vəliyev fəxri qarovulun önündən keçdikdən sonra hər iki ölkənin dövlət himnləri səsləndirilib. Protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb. Sonra general-polkovnik K.Vəliyev Gürcüstanın Müdafiə Qüvvələrinin komandanı general-mayor Giorgi Matiaşvili ilə görüşüb. İşgüzar şəraitdə keçən görüşdə regionda sülhün və təhlükəsizliyin təmin olunması məsələləri müzakirə edilib, iki ölkə arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf…

Read More
Cəbhədən Xəbər 

Təxribat məqsədilə Kəlbəcər istiqamətində basdırılan növbəti minalar zərərsizləşdirilib

Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı diversiya qruplarının minaladıqları ərazilərin və təminat yollarının Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən təmizlənməsi prosesi davam edir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Kəlbəcər rayonunun Alagöllər ərazisində aşkar edilən növbəti 259 ədəd piyada əleyhinə “PMN-Э” tipli mina təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib. Sentyabrın 28-dək Kəlbəcər rayonunun Alagöllər ərazisi ümumilikdə 543 ədəd piyada əleyhinə “PMN-Э” və səkkiz ədəd tank əleyhinə “TM-62M” minasından təmizlənib.

Read More
Cəbhədən Xəbər 

General-mayor Mayis Bərxudarov: Düşməni sona qədər məhv etmək uğrunda vuruşacağıq 28 SENTYABR, 2020-Cİ İL, 11:05

Müdafiə Nazirliyinin məlumatı: Hərbi birliyin komandiri general-mayor Mayis Bərxudarov: “Düşmən hücumunun qarşısının alınması məqsədilə həyata keçirdiyimiz əks-hücum əməliyyatı uğurla davam edir. Gərgin döyüşlər gedir. Ordumuz torpaqlarımızın işğaldan azad edilməsi üzrə tapşırıqları yüksək döyüş əzmi və igidliklə icra edir. Komandirlik etdiyim birliyin şəxsi heyəti düşməni tam məhv etmək üçün son damla qanınadək vuruşacaq və qələbə qazanacaq”.

Read More
Cəbhədən Xəbər 

General-leytenant: Azərbaycan sərhədçisinin bütün nailiyyətlərinin arxasında Prezident İlham Əliyevin ali diqqəti və qayğısı dayanır

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti rəisinin Maddi Texniki Təminat əsələləri üzrə müavini, general-leytenant Cavid Abdullayev “Trend” İnformasiya Agentliyinə müsahibə verib. ARANTV.AZ  müsahibəni təqdim edir: – Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti 44 günlük şanlı Vətən Müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin digər birləşmələri ilə yanaşı çox böyük peşəkarlıq, qəhrəmanlıq və yüksək döyüş qabiliyyəti nümayiş etdirdi. Tam əminliklə demək olar ki, hərbi qulluqçularımız Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qarşıya qoyduğu tapşırıqların öhdəsindən layiqincə gəldi. Vətən Müharibəsinin başlamasının ikinci ildönümü ərəfəsində DSX-nin keçdiyi şərəfli döyüş yolu barədə fikirlərinizi bizimlə bölüşməyinizi xahiş edirik. – 2020-ci…

Read More
Cəbhədən Xəbər 

Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər düşməndən təmizlənib – 28 SENTYABR, 2020-Cİ İL, 09:30

Müdafiə Nazirliyinin məlumatı: Xeyli düşmən qüvvəsi məhv edilib Ermənistan silahlı qüvvələrindən azad edilən yüksəkliklərdən və əlverişli mövqelərdən hərəkətə keçən Azərbaycan Ordusunun bölmələri əldə olunmuş müvəffəqiyyəti artırmaq məqsədilə əks-hücum əməliyyatını davam etdirir. Düşmənin müqavimət göstərdiyi mövqelərə raket-artilleriya və aviasiya zərbələri endirilməklə, o sıxışdırılaraq əldə saxlamaq istədiyi hədlərdən geri çəkilməyə məcbur edilir. Talış kəndi ətrafındakı bir neçə əlverişli yüksəklik işğalçı qüvvələrdən təmizlənib, düşmən xeyli itki verib.

Read More
Cəbhədən Xəbər 

“Caliber” Ordumuzun qətiyyətli cavabı haqda: Silahlı Qüvvələrimiz Qarakilsə ətrafındakı yüksəkliklərdə – VİDEO

“Caliber” 12-14 sentyabrda Azərbaycan-Ermənistan dövlət sərhədində baş vermiş hərbi toqquşmaların baş verdiyi ərazidə olub. Müəllif artilleriya qoşunları arasında baş vermiş duelin ərazisini təqdim edib. Görüntülərdə Kiçik İşıqlıdağ yüksəkliyinin ətəyində hələ də artilleriya zərbələri nəticəsində tüstülənən ərazini müşahidə etmək mümkündür. “Bu əməliyyatdan sonra Böyük İşıqlıdağ tamamilə Azərbaycan ordusunun nəzarətinə keçdi. Hazırda biz Qaragöl gölünə bütün perimetr üzrə nəzarət edirik. Ötən ilin noyabr ayından etibarən Azərbaycan Silahlı Qüvvələri ərazidə dominantlıq edərək bütün strateji yüksəkliklərdə möhkəmlənərək düşmənin ərazisinin dərinliklərinə tam nəzarət edir”, – müəllif qeyd edir. Daha ətraflı “Caliber”in növbəti süjetində:

Read More