Cəbhədən Xəbər 

Ermənilərin Kəlbəcər istiqamətində təxribatının qarşısı alındı – RƏSMİ

Sentyabrın 22-si gecə saat 02:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində növbəti dəfə təxribat törətməyə cəhd edib. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Qarşı tərəf Kəlbəcər istiqamətində yerləşən bölmələrimizi iriçaplı silahlardan, qumbaraatan və minaatanlardan atəşə tutub. Ermənistan silahlı qüvvələrinin diversiya qrupu qeyd olunan ərazilərdə dərə boşluqlarını minalamaqla bölmələrimizə basqın etməyə cəhd göstərib. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən cavab tədbirləri nəticəsində qarşı tərəf geri çəkilməyə məcbur edilib. Qeyd edək ki, Ermənistan tərəfi sentyabrın 21-də Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəş açılması barədə dezinformasiya yaymaqla gecə…

Read More
Cəbhədən Xəbər 

Üç erməni silahlısı Zəngilandakı postumuza hücum edib

Zəngilan istiqamətində kiçik sərhəd hadisəsi baş verib. “Caliber” teleqram kanalının məlumatına görə, üç erməni silahlısı göstərilən istiqamətdə postlarımızdan birinə hücum edib. Sərhədçilərimizin xəbərdarlıq atəşindən sonra onlar mövqeyimizi atəşə tutublar. Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələrinin cavab atəşi nəticəsində hücum edənlərdən biri yaralanıb. Erməni tərəfi hərbi kanallar vasitəsilə hadisəyə görə üzr istəyib, həmin şəxslərin sərxoş vəziyyətdə olduğunu və belə bir hadisənin komandanlıqla heç bir şəkildə razılaşdırılmadığını qeyd edib. İnsident aradan qaldırılıb, hazırda sərhəd bölgəsində vəziyyət sakitdir.

Read More
Cəbhədən Xəbər 

MN: Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulması məlumatları əsassızdır

  Bəzi sosial şəbəkə hesablarında guya Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulması barədə əsassız məlumatlar paylaşılır.   Bu barədə Müdafiə Nazirliyindən bildirilib.   Qeyd edilib ki, bu məlumatları qəti surətdə təkzib edirik. Vətəndaşlarımızı bu cür yalan məlumatlara aldanmamağa və rəsmi təsdiqini tapmayan məlumatları paylaşmamağa çağırırıq.

Read More
Cəbhədən Xəbər 

Ermənistan KTMT-dən çıxmağı müzakirə edir: “Rusiya texnologiyaları ilə biz həmişə Azərbaycana uduzacağıq”

Ermənistan baş naziri Nikol Paşinyanla parlamentdənkənar qüvvələr arasında bu gün keçirilən görüşdə Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) hərbi blokundan çıxmaq məsələsi müzakirə olunub. Bu barədə Ermənistanın “Respublika” partiyasının sədri Aram Sarkisyan jurnalistlərə bildirib. Sarkisyan və iclasda iştirak edən bir neçə həmkarı İrəvanın KTMT üzvlüyünə dərhal xitam verilməsi ilə bağlı təklif səsləndirib. Sarkisyan, həmçinin bundan sonra atılacaq zəruri addımlar barədə sualı cavablandırıb. “Dünyada heç bir hərbi ittifaqa daxil olmayan çoxlu ölkələr var. Məsələn, İordaniya heç bir hərbi alyansın üzvü deyil. Və yaxud İsrail heç bir hərbi alyansın üzvü…

Read More
Cəbhədən Xəbər 

“Erablur” panteonu yeni erməni meyitlərini qəbul etmək üçün hazırdır – VİDEO

Azərbaycanla sərhəddə törətdikləri təxribatlara layiqli cavab alan ermənilər ölən hərbçilərini dəfn etmək üçün İrəvanda yerləşən qəbiristanlıqda yeni qəbirlər hazırlayıblar. Bu barədə sosial şəbəkələrin erməni seqmentində paylaşılan videolardan bəlli olur. Ermənilər itkilərinin çoxluğu ilə əlaqədar “Erablur” panteonunun ərazisini genişləndirməli olublar.  

Read More
Cəbhədən Xəbər 

Sərhəddəki təxribatda ermənilərin Laçında basdırdıqları növbəti minalar zərərsizləşdirilib – FOTO

Ermənistan silahlı qüvvələrinin diversiya qruplarının Azərbaycan ərazisində basdırdıqları minaların aşkar edilərək zərərsizləşdirilməsi istiqamətində görülən işlər davam edir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, sentyabrın 20-də mühəndis-istehkamçılarımız tərəfindən aparılan minatəmizləmə fəaliyyəti nəticəsində Laçın rayonu ərazisində Böyük İşıqlı dağının dərə boşluğunda 2021-ci ildə Ermənistanda istehsal edilmiş növbəti 90 ədəd “Э-001 М” tipli piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib. Azərbaycan Ordusunun mühəndis istehkam-bölmələri qarşı tərəfin minaladığı ərazilərimizin təmizlənməsi üzrə fəaliyyətlərini yüksək peşəkarlıqla davam etdirir.  

Read More
Cəbhədən Xəbər 

Özbəkistanla hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

Ölkəmizdə səfərdə olan Özbəkistan Respublikası Müdafiə Nazirliyinin Hərbi kadrların hazırlanması idarəsinin nümayəndə heyəti Milli Müdafiə Universitetini ziyarət ediblər. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, qonaqlara Milli Müdafiə Universitetinin yaranma tarixi, təhsil sistemi və tədris prosesi, eləcə də elmi fəaliyyəti haqqında brifinq təqdim olunub, müzakirələr aparılıb. Görüşdə Azərbaycan ilə Özbəkistan arasında hərbi təhsil sahəsində qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb. Sonda qarşılıqlı maraq doğuran məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Read More
Cəbhədən Xəbər 

KTMT baş katibi Ermənistana gedir

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Stanislav Zas 20 sentyabr tarixində Ermənistana gedəcək. Səfərdə məqsəd Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti qiymətləndirmək və təşkilata üzv dövlət başçılarına məruzə etməkdir. Xatırladaq ki, sentyabrın 13-də KTMT Kollektiv Təhlükəsizlik Şurası Stanislav Zasın başçılığı ilə təşkilatın missiyasının Ermənistana göndərilməsi ilə bağlı razılıq əldə edib. Qeyd edək ki, Polkovnik Anatoli Sidorovun rəhbərlik etdiyi KTMT missiyasının ilkin qrupu sentyabrın 15-də Ermənistana gəlib. Qrup Ermənistan sərhədinin müxtəlif hissələrini ziyarət edib, əməliyyat vəziyyəti ilə tanış olub. Mənbə: “Sputnik” Ermənistan

Read More
Cəbhədən Xəbər 

Qarabağ xronikası”: Ermənistanın məhv edilən hərbi potensialı – VİDEO

Baku TV-nin efirində yayımlanan “Qarabağ xronikası” verilişinin növbəti buraxılışı təqdim olunub. Verilişin aparıcısı, hərbi müxbir Fərdin İsazadə budəfəki buraxılışda Azərbaycan Silahlı Qüvvələrinin əməliyyatlar keçirdiyi hərbi postlardan bəhs edib. O bildirib ki, Azərbaycan Ordusunun cavab tədbirləri çərçivəsində Gorus şəhəri və ermənilərin Kaxnut adlandırdıqları Novruzlu yaşayış məntəqəsi istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus S-300 zenit raket kompleksinin 2 radarı və 3 buraxılış qurğusu da məhv edilib. Daha ətraflı süjetdə:

Read More
Cəbhədən Xəbər 

Ermənistan hərbçilərinə aid daha 95 meyit qarşı tərəfə təhvil verilib

Ermənistan hərbçilərinə aid daha 95 meyit qarşı tərəfə təhvil verilib. Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib. Qeyd olunub ki, Ermənistan silahlı qüvvələrinin 2022-ci ilin 12-14 sentyabr tarixlərində Azərbaycan-Ermənistan sərhədində törətdikləri genişmiqyaslı təxribatlara qarşı Azərbaycan Ordusunun əks-hücum əməliyyatı nəticəsində ölərək ərazidə qalmış erməni hərbi qulluqçularına aid meyitlərin axtarışı həyata keçirilib. Azərbaycan Respublikası beynəlxalq humanitar hüquqa və humanizm dəyərlərinə sadiqliyini bir daha nümayiş etdirərək cari ilin sentyabrın 20-də 95 erməni hərbçisinin meyitinə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun iştirakı ilə baxış keçirildikdən və onların üzərində hər hansı zorakılıq…

Read More