Cəbhədən Xəbər 

Şəhid qardaşının iddiası ilə bağlı MN-də araşdırma BAŞLANDI

Sosial şəbəkələrdə şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov qardaşını “Komando” bölüyünə götürmək üçün 6000 manat rüşvət istənilməsi barədə iddialar yayılıb. Müdafiə Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı nəticəsində baş verən döyüş toqquşmasında şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Әhmәdov Sәbuhi Fuad oğlunun qardaşı Sənan Əhmədovla sentyabrın 15-də Müdafiə Nazirliyində görüş təşkil edilib. Vətəndaş Sənan Əhmədovla onu narahat edən mövzu ilə bağlı ətraflı söhbət aparılıb. Qeyd edək ki, müdafiə nazirinin tapşırığına əsasən, hazırda məsələ ilə bağlı araşdırma aparılır. İctimaiyyətə əlavə məlumat veriləcək.

Read More
Cəbhədən Xəbər 

DSX: Çoxsaylı itkilər verən düşmən geri çəkilməyə məcbur edilib

Sentyabr ayının 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissələrində Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribatlarlarının qarşısının alınması məqsədilə Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən düşmənə ağır sarsıdıcı zərbələr endirilib və atəş nöqtələri zərərsizləşdirilib. Dövlət Sərhəd Xidmətindən verilən xəbərə görə, şəxsi heyət və hərbi texnika baxımından çoxsaylı itkilər verən düşmən geri çəkilməyə məcbur edilib. Ermənistan Silahlı Qüvvələrinin ölkəmizin ərazisinə və suverenliyinə qarşı təhdidinin qarşısının alınması zamanı Dövlət Səhəd Xidmətinin adları qeyd olunan hərbi qulluqçuları şəxsi igidlik və şücaət göstərib, düşmənə qarşı qəhrəmancasına vuruşaraq şəhid olublar: Kapitan Mehbalı Fərid Kəmaləddin oğlu; Baş…

Read More
Cəbhədən Xəbər 

Hulusi Akar Bakının qurtuluşu münasibətilə Zakir Həsənovu təbrik edib – FOTO

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Bakının erməni-bolşevik işğalından azad olunmasının 104-cü ildönümü münasibətilə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovu təbrik edib. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter” hesabında qeyd edilir. H.Akar telefon danışığında Azərbaycan xalqının bu əlamətdar və anlamlı gününü xüsusilə qeyd etdiyini vurğulayıb.      

Read More
Cəbhədən Xəbər 

Sərhəddə atəşkəs elan olundu

Azərbaycan və Ermənistan arasında atəşkəs elan olunub. ARANTV.AZ erməni KİV-inə istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqorya ölkəsinin İctimai Televiziyasına müsahibəsində deyib. Məlumata görə, tərəflər sentyabrın 14-də saat 20:00-dan etibarən sərhəddə atəşkəs barədə razılığa gəliblər. O qeyd edib ki, bu razılaşma beynəlxalq ictimaiyyətin iştirakı sayəsində əldə olunub.

Read More
Cəbhədən Xəbər 

Azərbaycan və Türkiyə müdafiə nazirləri erməni təxribatını müzakirə etdilər

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar arasında növbəti dəfə telefon danışığı olub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, general-polkovnik Z.Həsənov həmkarını Azərbaycan-Ermənistan dövlət sərhədində mövcud əməliyyat şəraiti barədə ətraflı məlumatlandırıb və Ermənistan silahlı qüvvələrinin bütün təxribatlarının qarşısının qətiyyətlə alındığını bildirib. Cənab H.Akar öz növbəsində Türkiyə silahlı qüvvələrinin daima Azərbaycan Ordusuna mənəvi dəstək olduğunu vurğulayıb. Telefon danışığı zamanı Azərbaycan-Ermənistan dövlət sərhədində yaranmış vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Read More
Cəbhədən Xəbər 

Müdafiə Nazirliyi: “Sosial şəbəkələrdə yayılan məlumatlar əsassızdır”

Bəzi sosial şəbəkə hesablarında guya xeyli sayda yaralılarımızın mövcudluğu və onlara qan lazım olması ilə bağlı əsassız məlumatlar paylaşılır. Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Ordusunda qan komponentləri ehtiyatları ilə bağlı heç bir problem yoxdur. Ehtiyac olarsa Ordumuzun qan və qan komponentlərinə olan tələbatı Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının Qan Bankı bölməsi tərəfindən tam təmin ediləcəkdir. Vətəndaşlarımızı bu cür yalan məlumatlara aldanmamağa və rəsmi təsdiqini tapmayan məlumatları paylaşmamağa çağırırıq.

Read More
Cəbhədən Xəbər 

Ermənistan canlı qüvvə və texnikada böyük itkilər verərək geri çəkilib

“Təxribata cəlb olunmuş Ermənistan silahlı qüvvələri canlı qüvvəsi və texnikada böyük itkilər verərək geri çəkilib”. ARANTV.AZ-ın məlumatına görə, bunu Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov keçirdiyi brifinqdə deyib. O qeyd edib ki, təəssüf ki, Azərbaycan Ordusunun keçirdiyi “Qisas” əməliyyatı, xüsusilə Vətən müharibəsindən Ermənistan silahlı qüvvələri nəticə çıxarmayıb.

Read More
Cəbhədən Xəbər 

Müdafiə Nazirliyi: “Əməliyyat şəraiti ordumuzun tam nəzarəti altındadır”

“Hazırda Azərbaycan-Ermənistan sərhədində vəziyyət gərgin olaraq qalır”. ARANTV.AZ-ın məlumatına görə, bunu Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov keçirdiyi brifinqdə deyib. O, bildirib ki, əməliyyat şəraiti ordumuzun tam nəzarəti altındadır: “Təəsüf ki, itkilərimiz var və ictimaiyyətə məlumat veriləcək”.

Read More
Cəbhədən Xəbər 

Anar Eyvazov: “Ermənilər ərazi relyefindən və dərə boşluqlarından istifadə ediblər”

“Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı bölmələrinin diversiya qrupları dövlət sərhədinin Kəlbəcər, Laçın, Daşkəsən istiqamətində ərazi relyefindən və dərə boşluqlarından istifadə edərək bölmələrimizin arxasına sızıblar”. ARANTV.AZ-ın məlumatına əsasən, bunu keçirdiyi brifinqdə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov deyib. O bildirib ki, erməni hərbçilər Azərbaycan bölmələrinin ətrafını və təminat yollarını minalamağa çalışıblar. “Təbii ki, ordumuzun bölmələri tərəfindən tədbirlər həyata keçirilib və nəticədə qarşıdurma baş verib”, – deyə o əlavə edib.

Read More