Cəbhədən Xəbər 

Caliber: “Qisas” əməliyyatı təfsilatı ilə: Mühasirəyə alınmış separatçılar mərhəmət dilədilər” – VİDEO

Həftəlik müstəqil rusdilli “Caliber” hərbi-analitik internet layihəsinin müəllifləri növbəti buraxılışlarını “Qisas” əməliyyatı təfsilatı ilə: mühasirəyə alınmış separatçılar mərhəmət dilədilər” adlandırıblar. Süjetdə Fərrux yüksəkliyinin və eyniadlı kəndin, həmçinin Xaçınçayın mənsəbinin işğaldan azad edilməsindən sonra ən irimiqyaslı əməliyyata çevrilən Azərbaycan Silahlı Qüvvələrinin avqust əməliyyatı təhlil edilir. Bu əməliyyat qlobal strateji və taktiki məqsədlərə malik olub, hansı ki, medianın əksəriyyəti üçün pərdə arxasında qalıb. Ətraflı süjetdə:

Read More
Cəbhədən Xəbər 

Avropa Məhkəməsi Ermənistanın Laçın şəhəri ilə bağlı şikayətini təmin etməyib – FOTO

“Avropa İnsan Hüquqları Məhkəməsi Ermənistan dövlətinin Laçın şəhəri ilə bağlı şikayətini təmin etməyib”. Bunu “Report”un Laçın rayonuna ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycan Ali Məhkəməsinin sədr müavini Çingiz Əsgərov deyib. “Şikayətdə qeyd edilib ki, Azərbaycan Laçın şəhərində yaşayan erməniləri oradan qovmasın və belə bir ultimatumla çıxış etməyək. Əlbəttə, aydındır ki, qanunsuz məskunlaşmış insanlar orada qalmayacaqlar. Əgər sən Laçında qanuni yaşayırsansa, onda nədən qorxursan? Demək, orada qanunsuz yaşayırsan ki, qaçırsan. Bu da aydın məsələdir. Avropa Məhkəməsi onların şikayətini rədd edib”, – Ali Məhkəmənin sədr müavini vurğulayıb.  

Read More
Cəbhədən Xəbər 

Rusiya sülhməramlılarının Laçın dəhlizindəki postları sökülür – FOTO/VİDEO

Laçın dəhlizində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi postların sökülməsinə başlanılıb. “Report”un Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, söküntü işlərinə avqustun 23-dən start verilib və davam etdirilir. Müvəqqəti postlar Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, Qarabağla Ermənistan arasında əlaqəni təmin edən yeni hərəkət marşrutunda quraşdırılacaq.  

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Gürcüstanda keçiriləcək beynəlxalq hərbi təlimlərdə iştirak edəcək

Azərbaycan hərbçiləri Gürcüstanda keçiriləcək “Noble Partner 2022” (“Layiqli tərəfdaş – 2022”) təlimində iştirak edəcəklər. Bu barədə Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, çoxmillətli təlimlərə ümumilikdə 2400-dən çox hərbçi cəlb olunacaq. “Layiqli tərəfdaş – 2022”nin məqsədi Qara dəniz regionunda sabitliyi və təhlükəsiz mühitini təmin etmək üçün regional tərəfdaşlar və müttəfiq ölkələr arasında uyğunluğu artırmaqdır. Təlimlərdə ölkəmizlə yanaşı ABŞ, Yaponiya, İsveç, Bolqarıstan, Rumıniya, Moldova, Yunanıstan, Böyük Britaniya, Türkiyə, Slovakiya, Norveç, Macarıstan, Almaniya, Bosniya və Herseqovina, Estoniya, Polşa, eləcə də Litva hərbçiləri də iştirak edəcəklər. Təlimlərin başlama tarixi açıqlanmayıb.…

Read More
Cəbhədən Xəbər 

30 il öncəyə səyahət: “Caliber” Laçında – FOTO/VİDEO

“Yolun apardığı yerə getmə. Yolun olmadığı yerə get və öz izini qoy”. ABŞ-ın görkəmli mütəfəkkiri və yazıçısı Ralf Emersonun bu sözlərini əldə rəhbər tutaraq Caliber.Az-ın ştatdankənar müxbiri Laçına ezamiyyətə yollanıb. O, rayonun infrastrukturunun Azərbaycana təhvil verilməsi üçün hazırlıq işlərində iştirak etmək məqsədilə müvafiq idarələrin təmsilçilərindən ibarət böyük nümayəndə heyətinin tərkibində bölgəyə yola düşüb. Laçın rayonu və şəhərinin rəsmi Bakının nəzarətinə qaytarılması məsələsinə geniş ictimai marağı nəzərə alaraq, bu səfərdən reportajı oxucuların diqqətinə çatdırırıq. Öncə xatırladaq ki, avqustun sonunadək Laçın şəhərində, eləcə də bir çoxu Yaxın Şərqdən bölgəmizə gətirilərək Zabux və Sus kəndlərində…

Read More
Cəbhədən Xəbər 

Laçınla bağlı erməni hiyləsi – VİDEO

“Laçının Azərbaycanın tam nəzarətinə qaytarılması strateji əhəmiyyət daşıyır”. Bunu Baku TV-yə açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib. O qeyd edib ki, Azərbaycanın tələbləri üçtərəfli bəyanata tam uyğundur. “Ermənilər deyir ki, yol üç ilə tikilməli idi. Guya onların hələ bir il də vaxtı var. Ancaq bəyanatın mətnində üç il sonra deyil, üç il ərzində yazılıb”, – deyə BMTM-in İdarə Heyətinin sədri əlavə edib. Ətraflı süjeti təqdim edirik:

Read More
Cəbhədən Xəbər 

Hərbi dənizçilərimiz növbəti mərhələdə ən yüksək xalı toplayıblar – FOTO/VİDEO

Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçirilən “Dəniz kuboku” müsabiqəsinin iştirakçı komandaları “Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı” mərhələsinin “Təlim məşq kompleksində suyun daxil olmasına qarşı mübarizə” epizodunu yerinə yetiriblər. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Çalışmanın şərtlərinə əsasən Azərbaycan, İran, Qazaxıstan və Rusiya hərbi dənizçiləri gəminin təhlükəsizliyinin təmin edilməsi, müxtəlif zədələrdən gələn suyun qarşısının alınması, həmçinin gəminin xilas olunması üzrə bacarıq və vərdişlərini nümayiş etdiriblər. Bu mərhələdə Azərbaycan HDQ-nin komandası 40 xal toplayaraq ən yüksək nəticə göstərib. Rusiya HDD-nin komandası 34 xalla, İran HDQ-nin komandası 32 xalla, Qazaxıstan HDQ-nin komandası…

Read More
Cəbhədən Xəbər 

Snayperlərimiz beynəlxalq müsabiqədə uğurla iştirak edirlər – FOTO

İran İslam Respublikasının Yəzd şəhərində keçirilən “Snayper həddi” müsabiqəsində ikinci mərhələnin növbəti çalışmaları yerinə yetirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Azərbaycan snayperləri “Cütlər sıralaması” mərhələsinin “Şəhər əməliyyatı” və “Tənzimləmə” çalışmalarını müvəffəqiyyətlə yerinə yetiriblər. Çalışmalar zamanı snayperlərimiz cütlük şəklində atəş mövqeyinin seçilməsi, müxtəlif məsafələrdə yerləşən hədəflərin aşkar olunaraq sərrast atəşlə məhv edilməsi tapşırıqlarını müvəffəqiyyətlə icra ediblər.  

Read More
Cəbhədən Xəbər 

Son bir həftədə Üçdik-Qırxqız-Sarıbaba yüksəkliklərində 1318 mina aşkarlanıb – FOTO/VİDEO

Laçın rayonu ərazisində dəqiqləşdirilmiş mövqelərdə qanunsuz erməni silahlı dəstələrinin basdırdığı piyada əleyhinə mina sahələrindən avqustun 15-dən bu günədək 1318 ədəd 2021-ci ildə Ermənistanda istehsal olunan PMN-E növlü piyada əleyhinə mina çıxarılaraq daşınıb və təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, avqust ayı ərzində işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən 1275 ədəd piyada əleyhinə, 16 ədəd tank əleyhinə və 281 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib, 1428 hektar ərazi tam təmizlənib. Ümumilikdə mühəndis-istehkam bölmələri tərəfindən işğaldan azad edilmiş ərazilərdə bu günədək…

Read More