Cəbhədən Xəbər 

Hərbi dənizçilərimiz beynəlxalq yarışda növbəti mərhələni uğurla başa vurublar – FOTO/VİDEO

“Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində ölkəmizdə təşkil olunan “Dəniz kuboku” müsabiqəsində iştirak edən komandalar “Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı” üzrə mərhələsində “Xilasetmə vasitələrinin istifadəsi” tapşırığını yerinə yetiriblər. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bu mərhələdə çalışmanın şərtlərinə uyğun olaraq hər komanda beş nəfərdən ibarət olmaqla xüsusi üzgüçülük geyimlərini geyinərək 25 metr məsəfəni qət edib, xilasedici salı avarlar vasitəsilə təyin olunan nöqtəyə gətirib. Hakimlər komissiyasının qərarı ilə Azərbaycan və Rusiya komandaları bərabər xalla birinci, İran komandası ikinci, Qazaxıstan komandası isə bu mərhələni üçüncü yerdə başa vurub.  

Read More
Cəbhədən Xəbər 

Tankçılarımız yarımfinal mərhələsinə hazırlıqlarını davam etdirirlər – FOTO

“Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində iştirak edən hərbi qulluqçularımız yarımfinal mərhələsinə hazırlıqlarını davam etdirirlər. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Tankçılarımız yarımfinalda istifadə olunacaq döyüş maşınlarına baxış keçirib və ştat silahlarından yoxlama atışları icra ediblər. Qeyd edək ki, Rusiya Federasiyasının Moskva şəhərinin Alabino hərbi poliqonunda keçirilən beynəlxalq müsabiqə avqustun 27-dək davam edəcək.  

Read More
Cəbhədən Xəbər 

Azad edilən ərazilərdə son həftədə aşkarlanan minaların sayı açıqlandı – FOTO

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb. ANAMA-dan verilən məlumata görə, avqustun 15-dən 20-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 239, tank əleyhinə 140 mina və 125 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə 562 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.  

Read More
Cəbhədən Xəbər 

Laçında iki hərbçimiz minaya düşdü

Laçında iki hərbçimiz minaya düşüb. Bu barədə Qubadlı Hərbi Prokurorluğu məlumat yayıb. Bildirilib ki, iki hərbçimizin Laçında minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri alması faktı ilə bağlı Qubadlı hərbi prokurorluğunda araşdırma aparılır. Müdafiə Nazirliyinin hərbi qulluqçuları Vüqar Süleymanovun avqustun 20-də, Heydər Gülmalıyevin isə avqustun 21-də işğaldan azad olunmuş Laçın rayonunun ərazisində minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları ilə bağlı Qubadlı hərbi prokurorluğunda araşdırma aparılır.

Read More
Cəbhədən Xəbər 

“Caliber”: Minallanmış cənnət: Laçında erməni terroru – VİDEO

Azərbaycan Ordusunun keçirdiyi “Qisas” əməliyyatından sonra qeyri-qanuni erməni hərbi dəstələrinin Azərbaycan ərazisindən çıxması sürətlənib. Onlar ağır texnikalarını da götürüb Azərbaycanın suveren ərazisini tərk edir. Bununla belə, erməni tərəfi özünün işğalçı adətlərinə sadiq qalaraq Kəlbəcərdə olduğu kimi, Laçında da yanğınlar törətməkdə və əraziləri minalamaqla məşğuldurlar. Bu barədə “Caliber” layihəsinin “YouTube” kanalında yayımlanan növbəti süjetdə qeyd olunur. Müəllif qeyd edir ki, Azərbaycan tərəfi düşmənin növbəti dağıdıcı fəaliyyətinə kifayət qədər hazırlıqlı davranır. Belə ki, ordumuz pilotsuz uçuş aparatlarının vasitəsi ilə Laçında baş verən bütün dağıdıcı fəaliyyətləri qeydə alır, həmçinin bir neçə gün əvvəl Sarıbaba…

Read More
Cəbhədən Xəbər 

Artilleriyaçılarımız Qazaxıstanda sonuncu tapşırığı da yerinə yetirdilər – FOTO

Qazaxıstan Respublikasının Qvardiya qarnizonunda 9 ölkənin iştirakı ilə keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsinin sonuncu mərhələsi icra olunub. Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb. Estafet yarışında komandamızın hər iki heyəti peşəkarlıq nümayiş etdirərək qarşıya qoyulan bütün tapşırıqların öhdəsindən bacarıqla gəliblər. Hərbi qulluqçularımız növbəli şəkildə maneələr zolağını və minalanmış ərazini keçib, pulemyot, minaatan, qumbaraatan və avtomatlardan təyin olunan hədəfləri sərrast atəşlə məhv ediblər. Mərhələni müvəffəqiyyətlə başa vuran artilleriyaçılarımız hakimlər komissiyasının qərarına əsasən müsabiqədə üçüncü yerə layiq görülüblər. Birinci və ikinci yerləri isə müvafiq olaraq Qazaxıstan və Rusiya komandaları tutub. Qeyd edək ki,…

Read More
Cəbhədən Xəbər 

İran hərbi nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib – FOTO

Ölkəmizdə səfərdə olan İran İslam Respublikası Silahlı Qüvvələrinin nümayəndələrindən ibarət mütəxəssis heyəti Şəhidlər xiyabanını ziyarət edib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anaraq, məzarları önünə gül dəstələri düzüblər, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.  

Read More
Cəbhədən Xəbər 

“Dəniz kuboku”nda növbəti mərhələ üzrə tapşırıqlar icra olunub – FOTO

“Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçirilən “Dəniz kuboku” müsabiqəsində növbəti mərhələ üzrə tapşırıqlar icra olunub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, hərbi dənizçilər müsabiqənin “Dəniz hazırlığı” mərhələsində gəminin lövbərə və çəlləyə dayanması tapşırıqlarını yerinə yetiriblər. Hakimlər komissiyasının qərarına əsasən bu mərhələdə İran komandası 40 xalla birinci, Rusiya komandası 38 xalla ikinci, Azərbaycan və Qazaxıstan HDQ-nin komandaları isə 32 xalla üçüncü yerə layiq görülüblər.    

Read More
Cəbhədən Xəbər 

İranlı nümayəndələr Füzuli və Xocavənd rayonlarında olublar – FOTO

Ölkəmizdə səfərdə olan İran İslam Respublikası Silahlı Qüvvələrinin nümayəndələri Füzuli və Xocavənd rayonlarında olublar. Qonaqlara işğal zamanı Ermənistan silahlı birləşmələri tərəfindən törədilən vandalizmin nəticələri və dağıntılar, eləcə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında aparılan yenidənqurma işləri haqqında ətraflı məlumat verilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, sonra nümayəndə heyəti şəhidlərin xatirəsinə ucaldılan abidə kompleksinin önünə gül dəstələri qoyub, ehtiramlarını bildiriblər. Komando hərbi hissəsini ziyarət edən İran İslam Respublikası Silahlı Qüvvələrinin nümayəndələri burada hərbi qulluqçular üçün yaradılan sosial-məişət şəraiti ilə tanış olublar. Nümayəndə heyəti, həmçinin hərbi…

Read More