Cəbhədən Xəbər 

Laçında daha bir erməni evini yandırdı – VİDEO

Laçının Zabux kəndini tərk edən daha bir erməni evini yandırıb. Bunu əks etdirən görüntülər sosial şəbəkələrdə paylaşılıb. Kadrlarda ərazidə qanunsuz məskunlaşan erməninin qaldığı evə od vurması əks olunub. Qeyd edək ki, oxşar hadisələr ermənilərin hələ 2020-ci ildə azad olunmuş əraziləri tərk edərkən də baş vermişdi. Laçın şəhərindən, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşmış ermənilərin çıxarılması üçün avqustun sonu – sentyabrın əvvəlinədək vaxt verilib. Son günlər sosial şəbəkələrdə bu ərazilərdəki ermənilərin evləri və meşələri yandırması ilə bağlı görüntülər yayılıb.

Read More
Cəbhədən Xəbər 

Hərbi qulluqçularımız “Tank biatlonu” müsabiqəsində yarımfinala yüksəliblər – FOTO

Rusiya Federasiyasının Moskva şəhərinin Alabino hərbi poliqonunda “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində iştirak edən hərbi qulluqçularımız yarımfinal mərhələsinə vəsiqə qazanıblar. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. “Fərdi sürmə” mərhələsində Monqolustandan olan komanda ilə mübarizə aparan Azərbaycan tankçılarının üçüncü heyəti də müsabiqənin şərtlərinə əsasən hədəfləri sərrast atəşlə məhv edərək marşrut üzrə müəyyən edilmiş məsafəni uğurla qət ediblər. Ümumi nəticədə Monqolustan komandasını geridə qoyan hərbi qulluqçularımız müsabiqənin yarımfinalına yüksəliblər.  

Read More
Cəbhədən Xəbər 

Helikopterlərimiz döyüş atışları icra edib – VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə təlimlər keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, təlimin ssenarisinə uyğun olaraq bazalanma aerodromlarından uçuşlar edən helikopterlər poliqonlarda şərti düşmənin yer hədəflərini döyüş atışları ilə məhv ediblər. Helikopter ekipajları tərəfindən təlimlər zamanı qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

Read More
Cəbhədən Xəbər 

Hərbçi yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub – YENİLƏNİB + VİDEO

Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Mirzoev Elmar Elçin oğlunun odlu silahdan açılan atəş nəticəsində aldığı güllə yarasından vəfat etməsi faktı ilə bağlı Ağdam hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanıb. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib. Qeyd edilib ki, istintaqla cinayətin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Rzayev Bəhruz Sübhan oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub. Bəhruz Rzayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.…

Read More
Cəbhədən Xəbər 

“Snayper həddi” beynəlxalq müsabiqəsi davam edir – FOTO

İran İslam Respublikasının Yəzd şəhərində keçirilən “Snayper həddi” müsabiqəsində komandalar növbəti atış çalışmalarını yerinə yetiriblər. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Çalışmanın şərtlərinə uyğun olaraq hərbi qulluqçular maneələr zolağını dəf edərək 300-600 metr məsafədə yerləşən hədəflərə snayper tüfənglərindən atəş açıblar. Birinci mərhələnin şərtlərinə əsasən iştirakçı ölkələrin snayperləri fərdi şəkildə mübarizə aparırlar. Qeyd edək ki, “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçirilən “Snayper həddi” müsabiqəsi avqustun 27-dək davam edəcək.    

Read More
Cəbhədən Xəbər 

İranlı hərbçilər Ağdamda erməni vandalizminin nəticələri ilə tanış oldular – FOTO

Ölkəmizdə səfərdə olan İran İslam Respublikası Silahlı Qüvvələrinin nümayəndələrindən ibarət mütəxəssis heyəti Ağdam rayonunda olub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin əməkdaşlarının da iştirak etdiyi səfərdə qonaqlar azad edilmiş ərazilərdə işğal zamanı Ermənistan silahlı birləşmələri tərəfindən törədilmiş vandalizmin nəticələri və dağıntıları ilə tanış olublar. Onlara dağıdılmış tarixi abidələrimiz və yaşayış məntəqələrimiz, eləcə də həmin ərazilərdə dövlətimiz tərəfindən aparılan sürətli yenidənqurma işləri haqqında ətraflı məlumat verilib. İran İslam Respublikası Silahlı Qüvvələrinin nümayəndələrindən ibarət mütəxəssis heyətinin işğaldan azad olunan ərazilərə səfəri davam edir.  

Read More
Cəbhədən Xəbər 

İran Ermənistana hərbi dronlar verəcək? – VİDEO

Avqustun 15-də İran dövlət televiziyası Kaşan şəhərində pilotsuz uçuş aparatları üzrə beynəlxalq hərbi yarışların açılış mərasimindən reportaj yayıb. Təlimlərdə İran tərəfinin dost ölkələr kimi təqdim etdiyi Rusiya və Belarus hərbçiləri ilə yanaşı, Ermənistandan olan heyətin iştirakı diqqəti çəkib. SEPAH-ın Aerokosmik Qüvvələri birgə PUA təlimlərinin keçirildiyini təsdiqləyib. Qeyd edək ki, 44 günlük müharibə döyüşlərdə dronların mühüm rol oynadığını və Ermənistanın bu sahədə çox geri qaldığını göstərdi. Belə görünür ki, Ermənistan bu geriliyi İranın köməyi ilə aradan qaldırmağa çalışır. “Azad İran” “Telegram” kanalı bununla bağlı reportaj hazırlayıb. Həmin kadrları təqdim edirik:

Read More
Cəbhədən Xəbər 

Hərbi dənizçilər “Dəniz kuboku” müsabiqəsində növbəti epizodu yerinə yetiriblər – FOTO

Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçirilən “Dəniz kuboku” müsabiqəsində hərbi dənizçilər “Artilleriya atəşlərinin yerinə yetirilməsi üzrə yarış” mərhələsinin “Dəniz hədəfi üzrə artilleriya atışı” epizodu üzrə tapşırıqları yerinə yetiriblər. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Epizodun şərtlərinə əsasən 3000 metr məsafədə yerləşən kiçik ölçülü dəniz hədəflərinə artilleriya atışları yerinə yetirilib. Hədəfin məhv edilməsi üçün artilleriya qurğularının heyətlərinə 40 ədəd mərmi verilib. Tapşırığın icrası zamanı dəniz hədəfi kimi xüsusi quraşdırılan gəmi lövhəsindən istifadə olunub.  

Read More
Cəbhədən Xəbər 

“Snayper həddi” müsabiqəsinin epizodları icra olunur – FOTO

“Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçirilən “Snayper həddi” müsabiqəsində müxtəlif epizodlar icra olunur. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycan snayperləri birinci mərhələnin daha iki çalışmasını uğurla yerinə yetiriblər. Hərbi qulluqçular müxtəlif mövqelərdən 300-600 metr məsafədə yerləşən xüsusi hədəfləri məhv etməklə öz ustalıqlarını nümayiş etdiriblər.  

Read More
Cəbhədən Xəbər 

Ermənilərin Laçını məhv etməsinin sübutları – FOTOFAKT

Bütün avqust ayı ərzində ermənilərin qanunsuz məskunlaşdıqları və bu ayın sonu, gələn ayın əvvəlinədək tərk etməli olduqları Laçın şəhəri, eləcə də Zabux və Sus kəndləri təkcə Azərbaycan kütləvi informasiya vasitələrinin deyil, eyni zamanda erməni və dünya mətbuatının da əsas mövzusu olaraq qalır. 2020-ci il dekabrın 1-də Laçın rayonu işğaldan azad edilsə də, Laçın şəhəri və ətraf kəndlərdə qeyri-qanuni məskunlaşmış şəxslər, o cümlədən Yaxın Şərqdən olan miqrantlar yaşamağa davam edirdilər. Lakin Azərbaycan rekord müddətdə Laçın ətrafında ultramüasir yolun öz ərazisinə düşən hissəsini çəkdikdən sonra Bakının şəhər üzərində nəzarətini bərpa etmək məsələsi ortaya çıxdı. Və burada…

Read More