Cəbhədən Xəbər 

Artilleriyaçılarımız Qazaxıstanda üçüncü oldular – FOTO

“Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində Qazaxıstanın Qvardiya qarnizonunda keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsinin növbəti mərhələsi keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Fərdi mərhələdə komandamızın ikinci heyəti də uğurla çıxış edib. Maneələr zolağını və minalanmış ərazini dəf edən artilleriyaçılarımız pulemyot, minaatan, qumbaraatan və avtomatlardan təyin olunmuş hədəfləri sərrast atəşlə məhv ediblər. Peşəkarlıq nümayiş etdirən hərbi qulluqçularımız hakimlərin qərarına əsasən doqquz komanda arasında üçüncü yerə layiq görülüb. Birinci yerdə Qazaxıstan, ikinci yerdə isə Rusiya artilleriyaçıları qərarlaşıb.  

Read More
Cəbhədən Xəbər 

İran hərbi nümayəndə heyətinin azad edilmiş ərazilərə səfəri təşkil olunub – FOTO

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə İran İslam Respublikası Silahlı Qüvvələrinin nümayəndələrindən ibarət mütəxəssis heyəti işğaldan azad edilmiş ərazilərə səfər edib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Səfər çərçivəsində nümayəndə heyəti Vətən müharibəsi zamanı Ermənistan tərəfindən raket və ağır artilleriya hücumlarına məruz qalan Bərdə və Tərtər rayonlarında olub. İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin əməkdaşlarının da iştirak etdiyi səfər avqustun 20-dək davam edəcək.    

Read More
Cəbhədən Xəbər 

“Dəniz kuboku” müsabiqəsində komandalar “Üzən mina hədəfinə atış” çalışmasını yerinə yetiriblər – FOTO

“Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçirilən “Dəniz kuboku” müsabiqəsində Azərbaycan, İran, Qazaxıstan və Rusiya komandaları döyüş hazırlığı poliqonunda “Üzən mina hədəfinə atış” çalışmasını yerinə yetiriblər. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, çalışmanın şərtlərinə görə hərbi dənizçilər hərəkətdə olan gəmilərdən müəyyən məsafədə üzən mina hədəfini ümumilikdə 16 patron istifadə etməklə məhv ediblər. Hərbi qulluqçularımız qarşıya qoyulan tapşırığı uğurla icra ediblər. Sonda hədəfin məhv olunması və gəmilərin poliqonu tərk etməsi müddətinə əsasən, Azərbaycan və Rusiya komandaları bərabər xalla birinci, Qazaxıstan komandası ikinci, İran komandası isə üçüncü yerdə qərarlaşıb.  

Read More
Cəbhədən Xəbər 

Laçında ermənilərin Vətən müharibəsindən sonra basdırdığı mina sahəsi aşkar edildi – FOTO

Laçın rayonunun şərq hissəsində, Sarıbaba yüksəkliyinin şimal-qərb istiqamətində qanunsuz erməni silahlı dəstələrinin basdırdığı piyada əleyhinə mina sahəsi aşkar edilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının bölmələri tərəfindən ərazinin kəşfi aparılıb. Aşkar edilmiş minalar xüsusi hazırlıq keçmiş istehkam qrupu tərəfindən zərərsizləşdirilib. Avqustun 15-də, bir gün ərzində, minalanmış sahədən ümumilikdə 991 ədəd PMN-E növlü piyada əleyhinə mina çıxarılaraq daşınıb və təhlükəsizlik qaydalarına riayət olunmaqla utilizasiya edilib. Xüsusi qeyd etmək lazımdır ki, bu istiqamətdə aşkar edilən minaların hamısı Vətən müharibəsindən sonra – 2021-ci ildə Ermənistanda istehsal olunub.  

Read More
Cəbhədən Xəbər 

“Tank biatlonu” müsabiqəsinin açılış mərasimi keçirilib – FOTO/VİDEO

Rusiya Federasiyasının Moskva şəhərinin Alabino hərbi poliqonunda “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsinin açılış mərasimi keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, açılış mərasimindən sonra komandamızın ikinci heyəti birinci divizionda Monqolustan komandası ilə mübarizə aparıb. “Fərdi sürmə” mərhələsində güclərini sınayan tankçılarımız müsabiqənin növbəti mərhələsində də uğurla çıxış ediblər.  

Read More
Cəbhədən Xəbər 

“Tank biatlonu” müsabiqəsində komandalar normativləri yerinə yetiriblər – FOTO

“Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində Rusiya Federasiyasının Moskva şəhərinin Alabino poliqonunda keçirilən “Tank biatlonu” müsabiqəsində iştirakçı ölkələrin nümayəndələri texniki hazırlıq üzrə normativləri yerinə yetiriblər. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, müsabiqədə iştirak edən hərbi qulluqçularımız qarşıya qoyulan tapşırıqların öhdəsindən bacarıqla gəliblər. Qeyd edək ki, “Tank biatlonu” müsabiqəsi cari ilin avqust ayının 27-dək davam edəcək.  

Read More
Cəbhədən Xəbər 

Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib – FOTO/VİDEO

Vətənimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Babək Ramaldanov, Həmidağa Hüseynzadə  və Cavid Cabarzadənin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, rayon icra hakimiyyətlərinin əməkdaşları, şəhidlərin ailə üzvləri, yaxınları, eləcə də döyüş yoldaşlarının iştirak etdiyi tədbirlərdə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirlərdə Vətən müharibəsi şəhidlərinin məzarları üzərinə əklillər qoyulub, tər çiçəklər düzülüb və ruhlarına dualar oxunub.…

Read More
Cəbhədən Xəbər 

Hərbi qulluqçularımız İranda səfərdədirlər – FOTO

Azərbaycan Ordusunun hərbi qulluqçuları “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində İran İslam Respublikasının Yəzd şəhərində keçiriləcək “Snayper həddi” müsabiqəsində iştirak etmək məqsədilə bu ölkədə səfərdədirlər. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, müsabiqədə iştirak edən komandaların nümayəndələri ərazi ilə tanış olub, hərbi qulluqçularla təlimat keçirilib. Şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb, yarışların xüsusiyyətləri və keçirilmə şərtləri izah edilib. Qeyd edək ki, “Snayper həddi” müsabiqəsində Azərbaycan, Belarus, Çin, İran, Özbəkistan, Rusiya və Zimbabveni təmsil edən komandalar iştirak edəcəklər.    

Read More