Cəbhədən Xəbər 

Erməni silahlı dəstələrinə məxsus kvadrokopter Şuşada uçuşlar həyata keçirməyə cəhd göstərib – FOTO/VİDEO

Avqustun 13-ü saat 10:30 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələrinə məxsus kvadrokopter Şuşa şəhəri ətrafında bölmələrimizin mövqeləri üzərində kəşfiyyat məqsədli uçuşlar həyata keçirməyə cəhd göstərib. Bu barədə Müdafiə Nazirliyi məlumat verilib. Bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar edilən kvadrokopter xüsusi üsulla endirilərək ələ keçirilib.  

Read More
Cəbhədən Xəbər 

Xocalının kəndini tərk edən ermənilər meşəyə od vurdular – VİDEO

Azərbaycanın Qarabağ bölgəsində meşədə yanğın başlayıb. ARANTV.AZ-ın məlumatına görə, Xocalının kəndlərinin birində erməni separatçılar meşəyə od vurublar. Onlar həmin ərazidən çıxmazdan öncə qisas məqsədilə belə bir vandallığa əl atıblar. Qeyd edək ki, Prezident İlham Əliyev avqustun 12-də Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində bildirib ki, Qarabağda yaşayan ermənilər oradan çıxmaq üçün avqustun sonuna qədər vaxt istəyiblər.

Read More
Cəbhədən Xəbər 

“Artilleriya atəşinin ustaları” müsabiqəsinin açılış mərasimi keçirilib

Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində “Beynəlxalq Ordu Oyunları – 2022” yarışları çərçivəsində keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsinin təntənəli açılış mərasimi keçirilib. Müdafiə Nazirliyindən verilən xəbərə görə, mərasimdə Qazaxıstan Respublikasının müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov və müavinləri, Rusiya Federasiyası müdafiə nazirinin müavini general-polkovnik Aleksandr Fomin, hərbi attaşelər, komandalar və media nümayəndələri iştirak ediblər. Qazaxıstan Respublikasının müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov qonaqları salamlayaraq “Beynəlxalq Ordu Oyunları” çərçivəsində keçilən “Artilleriya atəşinin ustaları” müsabiqəsinin başlanması münasibətilə komandaları təbrik edib və onlara uğurlar arzulayıb. General-polkovnik R.Jaksılıkov oyunların beynəlxalq əməkdaşlığın formalaşması və inkişafında xüsusi rola malik olduğunu…

Read More
Cəbhədən Xəbər 

Ali Baş Komandan Azərbaycan Ordusu qarşısında vəzifələr qoyub

Müdafiə naziri general-polkovnik Zakir Həsənov avqustun 13-də Mərkəzi Komanda Məntəqəsində müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilən ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmə komandirlərinin də cəlb olunması ilə xidməti müşavirə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu vəzifələri, həmçinin döyüş hazırlığının daima yüksək səviyyədə saxlanılması ilə bağlı tələb və tapşırıqlarını müşavirə iştirakçılarının diqqətinə çatdırıb. ARANTV.AZ  xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusuna Laçın dəhlizi ilə bağlı tapşırıqlar verilib

Azərbaycan Ordusunun vəzifəli şəxsləri qarşısında Laçın şəhərindən yan keçən yeni yolun istismara verilməsindən irəli gələn məsələlərin həlli ilə bağlı konkret tapşırıqlar qoyulub. ARANTV.AZ-ın xəbərinə görə, bu tapşırıqları müdafiə naziri general-polkovnik Zakir Həsənov avqustun 13-də Mərkəzi Komanda Məntəqəsində keçirilən xidməti müşavirdə çatdırıb. Nazir Laçın dəhlizindən istifadə üçün yeni çəkilən yolun istismara verilməsindən irəli gələn məsələlərin həlli ilə bağlı vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub. Qeyd edək ki, avqustun 13-də Mərkəzi Komanda Məntəqəsində müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri,…

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənov göstəriş verdi: “Döyüş hazırlığı tapşırıqları operativ icra olunmalıdır”

Mərkəzi Komanda Məntəqəsində müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə bu gün nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilən ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmə komandirlərinin də cəlb olunması ilə xidməti müşavirə keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu vəzifələri, həmçinin döyüş hazırlığının daima yüksək səviyyədə saxlanılması ilə bağlı tələb və tapşırıqlarını müşavirə iştirakçılarının diqqətinə çatdırıb. Müşavirədə Azərbaycan Ordusunun bölmələri tərəfindən…

Read More
Cəbhədən Xəbər 

“Tank biatlonu” müsabiqəsinin hakimlərinə sertifikatlar təqdim edilib – FOTO

“Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində “Tank biatlonu” müsabiqəsinin təşkilatçıları tərəfindən hakimlərə verdikləri ixtisas məqbullarının nəticələrinə görə qol sarğısı və sertifikatlar təqdim edilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, tədbirdə beynəlxalq müsabiqənin hakimlər heyətinin tərkibi dəqiqləşdirilərək onların səlahiyyət və vəzifələri, həmçinin müsabiqənin mükafat və cərimə ballarının hesablanması prinsipləri müəyyənləşdirilib. Qeyd edək ki, Rusiya Federasiyasının Alabino hərbi poliqonunda “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsi cari ilin avqust ayının  27-dək davam edəcək.  

Read More
Cəbhədən Xəbər 

Azad olunmuş ərazilərdə döyüş növbətçiliyi barədə AÇIQLAMA – VİDEO

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən azad edilmiş ərazilərimizdə dislokasiya olunan bölmələrin xidməti-döyüş fəaliyyəti yüksək səviyyədə təşkil edilir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. “Çətin relyefli və sərt iqlim şəraitli ərazilərdə gecə və gündüz fasiləsiz xidmət aparan şəxsi heyətin döyüş qabiliyyətinin daha da artırılması, döyüşə hazırolma vəziyyətinin yüksək səviyyədə saxlanılması istiqamətində zəruri tədbirlər görülür. Dəqiqləşdirilmiş döyüş mövqelərində xidmət edən hərbi qulluqçularımız istənilən təxribatın qarşısını almağa hər an hazırdırlar”, – məlumatda qeyd edilib.

Read More
Cəbhədən Xəbər 

Sosial şəbəkələrdən istifadə edən daha iki hərbçi ordudan uzaqlaşdırıldı – FOTO

Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları Qasımov Daşqın Etibar oğlu və Feyruzlu Toğrul Mirağa oğlu xidmət zamanı smartfon tipli telefon istifadə etməsi, eləcə də şəxsi hesablarında xidmətə aid foto-video görüntüləri paylaşması aşkar edilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, adları qeyd olunan hərbi qulluqçular Müdafiə Nazirliyi rəhbərliyinin müvafiq əmr və sərəncamlarına zidd hərəkətlərinə görə ordu sıralarından çıxarılıb. Qeyd olunub ki, ordu mənsublarına yaraşmayan hərəkətlərlə hərbi etika qaydalarını, eləcə də mobil telefonlardan istifadə zamanı nizamnamələrin tələblərini və müvafiq əmrləri kobud şəkildə pozan hərbi qulluqçular barəsində bundan…

Read More
Cəbhədən Xəbər 

Xankəndidə ermənilərin qəzəbinə səbəb olan bildiriş: “Azərbaycana xoş gəlmisiniz!” – FOTO

Xankəndidə Rusiyanın mobil operatoru “Tele2”nin xidmətlərindən istifadə edənlərə gələn bildiriş ermənilər arasında qəzəblə qarşılanıb. Belə ki, bildirişdə “Azərbaycana xoş gəlmisiniz!” ifadəsi, həmçinin mobil operatorun təklif etdiyi danışıq və internet tarifləri təqdim olunur. Bildirişdə digər diqqətçəkən məqam isə mobil operatorla bağlı yarana biləcək xidmətlərlə əlaqədar Rusiyanın Azərbaycandakı səfirliyinin telefon nömrəsinə (+994 12 597-08-70) müraciət olunmasının tövsiyə edilməsidir.  

Read More