Cəbhədən Xəbər 

Ordumuzun nəzarətə götürdüyü Buzdux və digər yüksəkliklərdən yeni görüntülər – VİDEO

Azərbaycan Ordusu tərəfindən ərazidə aparılan dəqiqləşdirmələr nəticəsində nəzarətə götürülən Buzdux və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklərdə mühəndis təminatı üzrə tapşırıqlar yerinə yetirilir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bölmələrimiz tərəfindən əlverişli hədlərdə yeni mövqelərin qurulması və dəqiqləşdirilmiş mövqelərə təminat yollarının çəkilməsi üzrə mühəndis işləri görülür. Azad edilən ərazi və hakim yüksəkliklərdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.

Read More
Cəbhədən Xəbər 

MN: “Tuğ kəndi ərazisində Ermənistan Silahlı Qüvvələrinə məxsus helikopter qalıqları aşkar edilib” – FOTO

Bu gün Xocavənd rayonunun Tuğ kəndi ərazisində Ermənistan Silahlı Qüvvələrinə məxsus “Mİ-8” helikopterinin qalıqları aşkar edilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, aparılan araşdırmalar nəticəsində müəyyən olunub ki, həmin qalıqlar Vətən müharibəsi zamanı 2020-ci il oktyabr ayının 18-də Xocavənd rayonunun Tuğ kəndi istiqamətində Azərbaycan Hərbi Hava Qüvvələrinin bölmələri tərəfindən ekipajı ilə birlikdə vurulan Ermənistan Silahlı Qüvvələrinə məxsus “Mİ-8” helikopteridir.    

Read More
Cəbhədən Xəbər 

MN: “Polkovnik Elnur Məmmədovun sosial şəbəkələr vasitəsilə yaydığı məlumatlar yalandır”

Uzun sürən onkoloji xəstəliyinə görə ehtiyata buraxılan və qəbul edilən qərarla razılaşmayaraq yutub media paylaşım şəbəkəsində ölkə başçısına müraciət edən polkovnik Elnur Məmmədov özünün şəxsi maraqlarını və ambisiyalarını düşünərək artıq bununla bir neçə dəfədir ki, belə addımlara əl atır. Görünən odur ki, bu hal ehiyata buraxılan hərbi qulluqçuda vərdiş halına çevrilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, əvvəllər də xidməti karyerasında onunla bağlı bəzi qərarlar qəbul edilərkən o “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə zidd addımlar atmağa cəhd göstərib. Bundan başqa, artıq ehtiyata buraxılan polkovnik əvvəlki illərdə dəfələrlə səhhəti…

Read More
Cəbhədən Xəbər 

Bakıda əl qumbarası tapıldı – FOTO/VİDEO

Bakının Nəsimi rayonu, Cavadxan küçəsi 14 ünvanında hərbi sursat aşkarlanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı 1 ədəd “F1” əl qumbarası və onun UZRQM-2 tipli partladıcısı olduğu müəyyən edilib. Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb. Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış…

Read More
Cəbhədən Xəbər 

“Dəniz kuboku”nda iştirak edən komandaların rəhbər heyətləri ilə görüş olub – FOTO

Hərbi Dəniz Qüvvələrinin qərargahında Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçiriləcək “Dəniz kuboku” müsabiqəsində iştirak edən komandaların rəhbər heyətləri ilə təşkilati müşavirə formatında görüş keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov qonaqları salamlayaraq, müsabiqədə iştirak edən komandalara müvəffəqiyyətlər arzulayıb. Kontr-admiral S.Bəkirov hər il keçirilən beynəlxalq müsabiqənin iştirakçı ölkələrin hərbi dənizçilərinin mövcud əlaqələrinin inkişafı və qarşılıqlı təcrübə mübadiləsinin aparılmasına, eləcə də Xəzər dənizinin təhlükəsizliyinin təmin olunmasına böyük töhfə verdiyini vurğulayıb. Qeyd olunub ki, artıq 5-ci dəfədir ki,…

Read More
Cəbhədən Xəbər 

“Qisas” əməliyyatının pərdəarxası – VİDEO

Baku TV-nin efirində yayımlanan “Qarabağ xronikası” verilişinin 93-cü buraxılışı təqdim olunub. Verilişin aparıcısı, hərbi müxbir Fərdin İsazadə budəfəki buraxılışda Azərbaycan Ordusunun keçirdiyi “Qisas” əməliyyatının pərdəarxası məqamlarından, ordumuzun əldə etdiyi nailiyyətlərdən danışıb. O bildirib ki, Qarabağ silsiləsində Azərbaycan Ordusunun hərbçiləri birdən-birə peyda olmayıb. Bölmələrimizin bütün silsilə boyu mövqeləri və döyüş postları olub. “Qeyri-qanuni erməni silahlı dəstələrinin həmin mövqelərdən birinə qarşı törətdiyi təxribat “Qisas”  – cavab əməliyyatının başlanmasına təkan verib”, – deyə qeyd edilib.

Read More
Cəbhədən Xəbər 

Komando hərbi birləşmələrimiz ermənilərin kabusuna çevrilib

Vətən müharibəsindəki tarixi Qələbəmiz bir daha göstərdi ki,  Azərbaycan regionda ən güclü orduya malikdir. Hazırda xarici hərbi ekspertlər də silahlı qüvvələrimizin həm yüksək mənəvi-psixoloji döyüş hazırlığını, həm də maddi-texniki təminatını ən yüksək səviyyədə qiymətləndirirlər. Vətən müharibəsindən sonra isə ordunun daha da modernləşməsi istiqamətində qarşıya yeni vəzifələr, tələblər qoyulub və bu gün həmin proses uğurla davam etdirilir. Əslində, İkinci Qarabağ müharibəsi ordumuz üçün ən böyük  sınaq döyüşü oldu.  İllərlə keçirilən təlimlər, alınan müasir silah-sursatlar, hərbçilərimizin hərbi texnikalardan yüksək səviyyədə yararlanmaları və ən başlıcası isə vahid komandanlıq sisteminin idarəedilməsinin uğurlu nəticəsi dünyanı…

Read More
Cəbhədən Xəbər 

Bu gündən “Gizir hazırlığı kursu”na qəbul başlayıb – VİDEO

Müdafiə Nazirliyinin hərbi hissələrinə gizirlərin həqiqi hərbi xidmətinə könüllü daxil olmaq arzusunda olan müddətli həqiqi hərbi xidmətini başa vurmuş, tam orta təhsilli, 28 yaşınadək vətəndaşlar avqust ayının 8-dən sentyabr ayının 10-dək müvafiq sənədlərlə birlikdə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində (AO TTM) fəaliyyət göstərən qəbul komissiyasına  müraciət edə bilərlər. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, müraciət etmiş vətəndaşlar hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədilə Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına göndərilir və hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılır. Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti,…

Read More
Cəbhədən Xəbər 

“Hərbi226” hesabından paylaşımlar edən vətəndaşın Azərbaycan Ordusuna heç bir aidiyyəti yoxdur FOTO

Müdafiə Nazirliyi sosial şəbəkələrdə hərbi qulluqçu adından paylaşım edən vətəndaşla bağlı açıqlama yayıb. “ARANTV.AZ  xəbər verir ki,  açıqlamada deyilir: “Sosial şəbəkələrdə özünü Hərbi Polis əməkdaşı olaraq hərbi geyim formasından və fərqlənmə nişanlarından istifadə edərək müxtəlif zabit rütbələri ilə “Gülər Məmmədova” adı altında “hərbi226” hesabından paylaşımlar edən vətəndaşın Azərbaycan Ordusuna heç bir aidiyyəti yoxdur”.

Read More
Cəbhədən Xəbər 

Mövqelərimiz atəşə tutuldu: Azərbaycan Ordusu adekvat cavab tədbirləri gördü

Ötən sutka ərzində erməni silahlı birləşmələri tərəfindən mövqelərimiz ümumilikdə 10 dəfə atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bunlardan 6-sı Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər, Qarakilsə və Gorus rayonları istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərini atəşə tutmaqla baş verib. Digər 4 hadisə isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər, Goranboy və Füzuli rayonları istiqamətlərində yerləşən mövqelərini snayper tüfəngindən və müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutmaqla qeydə alınıb. Şəxsi heyət və texnikamızda itki yoxdur.…

Read More