Cəbhədən Xəbər 

Qondarma nazir Zabuxda yaşayan ermənilərə: “Evlərinizi tərk edin, kəndin əsl sahibləri qayıdırlar” – FOTO

Qarabağ terrorçularının “Ərazi idarəetmə və infrastruktur naziri” Ayk Xanumyan bu gün Laçın rayon Zabux kəndinə səfər edib. Bununla bağlı “Caliber” “Telegram” kanalı məlumat yayıb. Zabuxda yaşayan ermənilərlə görüşən A.Xanumyan onlara bildirib ki, sentyabrın 25-nə qədər kəndi tərk etməlidirlər. Qondarma nazir ermənilərin diqqətinə çatdırıb ki, kənd onun əsl sahibi olan Azərbaycanın nəzarətinə keçəcək. A.Xanumyanın xəbərdarlığına cavab verən ermənilər “öz” evlərini yandıracaqlarını deyiblər. A. Xanumyan həmçinin bildirib ki, sentyabrın 25-dən sonra Laçın dəhlizində artıq Rusiya sülhməramlı kontingenti olmayacaq. Belə ki, sülhməramlılar ərazidən çıxacaq və dəhliz Azərbaycan tərəfinin ixtiyarında olacaq.  

Read More
Cəbhədən Xəbər 

Laçında şəhid olan hərbçilərimizin dəfn yerləri bəlli oldu – YENİLƏNİB + VİDEO

Bu gün Laçında qaya uçması nəticəsində şəhid olan iki əsgərimizin dəfn olunacağı yerlər müəyyənləşib. ARANTV.AZ-ın məlumatına görə, əsgər Xudiyev Samir Səməd oğlu Füzuli rayonunun Əhmədalılar kəndində torpağa tapşırılacaq. Digər şəhidimiz Əliyev Tahir Çingiz oğlu isə doğulduğu Ağstafa rayonunun Xətai kəndində dəfn olunacaq. Dəfn mərasimləri sabah baş tutacaq. 15:42 Avqustun 5-də Laçın rayonunda qaya parçasının düşməsi nəticəsində ağır xəsarət almış əsgər Əliyev Tahir Çingiz oğlu vəfat edib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 14:20 Avqustun 5-i Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası…

Read More
Cəbhədən Xəbər 

Laçında yaralanan hərbçimiz həlak oldu – YENİLƏNİB + VİDEO

Avqustun 5-də Laçın rayonunda qaya parçasının düşməsi nəticəsində ağır xəsarət almış əsgər Əliyev Tahir Çingiz oğlu vəfat edib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 14:20 Avqustun 5-i Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Xudiyev Samir Səməd oğlu və əsgər Əliyev Tahir Çingiz oğlunun üzərinə düşüb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, nəticədə əsgər S.Xudiyev aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Müxtəlif bədən xəsarətləri almış əsgər T.Əliyevin vəziyyəti ağır qiymətləndirilir.

Read More
Cəbhədən Xəbər 

Qazaxıstanın hərbi gəmiləri Azərbaycana gəldi – FOTO

Qazaxıstanın hərbi gəmiləri Azərbaycana gəlib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək “Dəniz kuboku” müsabiqəsində iştirak etmək üçün Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmiləri və şəxsi heyəti bu gün ölkəmizə gəliblər.  

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunun Laçında həlak olan əsgərinə şəhid statusu veriləcək

Azərbaycan Ordusunun Laçın rayonunda həlak olan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Xudiyev Samir Səməd oğluna şəhid statusu veriləcək. ARANTV.AZ xəbər verir ki, qanunvericiliyə əsasən, Samir Xudiyev şəhid statusu alacaq. Qeyd edək ki, avqustun 5-də Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Samir Xudiyev və əsgər Əliyev Tahir Çingiz oğlunun üzərinə düşüb. Nəticədə əsgər Samir Xudiyev aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Müxtəlif bədən xəsarətləri alan əsgər Tahir Əliyevin vəziyyəti isə…

Read More
Cəbhədən Xəbər 

Mövqelərimiz atəşə tutulub: Doqquzu Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdəndir – RƏSMİ

Ötən sutka ərzində erməni silahlı birləşmələri tərəfindən mövqelərimiz ümumilikdə 12 dəfə atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bunlardan 3-ü Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər rayonunun Nərimanlı və Zərkənd yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərini atəşə tutmaqla baş verib. Digər doqquz hadisə isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Ağdam, Xocavənd və Xocalı rayonları istiqamətlərində yerləşən mövqelərini fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutmaqla qeydə alınıb. Şəxsi heyət və texnikamızda itki yoxdur. Bütün…

Read More
Cəbhədən Xəbər 

Şəhidimizin qanı qurumadan qisas alındı, yəqin ki, bütün dünya mesajımızı anladı…

Dahi Şəhriyar necə də gözəl deyib… Bir insan köçürsə dünyadan əgər, Sən elə bilmə ki, tək bir can gedir. Hər sönən baxışda saysız diləklər, Hər kiçik tabutda bir cahan gedir. Ötən gün olduğu kimi… Yəqin ki, dünən hər birimizin gözlərinin qarşısında 18 yaşlı bir gəncin sönən ümidləri, həyat eşqi, gülüşü, xəyalları canlanırdı. Hər birimizin beynində niyələr, nəyə görələr dolaşır, içdən-içə iş yoldaşlarımıza, ailə üzvlərimizə, dostlarımıza, tanışlara, yaxınlara hiss etdirmədən dolan gözlərimizi gizlətməyə çalışırdıq. Hərçənd, bəlkə də, Yer üzündə bu ağrıya ən çox məruz qalan xalqlardanıq, ancaq hələ də həmin an…

Read More
Cəbhədən Xəbər 

“Caliber”: Ermənistan cinayətinin cəzasını çəkir – VİDEO

Məhv edilən erməni mövqeləri və hərbi texnikası, onlarla yaralı və ölən, itirilmiş strateji yüksəkliklər… Həmçinin nümayişkaranə ictimai “şallaqdan” sonra kəskin utanc və alçalma hissi… Ermənistan tərəfi az da olsa rasional düşünsəydi, avqustun 3-də bütün bu hissləri keçirməyə bilərdi. Ancaq Nikol Paşinyan bir palçığa ikinci dəfə batmaq üzrə dünya çempionudur. O və komandası həqiqətən Ermənistanın Nensi Pelosi, Azərbaycanın isə çinvari xəbərdarlıq ölkəsi olduğuna inanırdı. Bu barədə “Caliber” analitik “YouTube” layihəsinin növbəti buraxılışında deyilir. Müəlliflər qeyd edirlər ki, Bakı uzun müddət, israrla xəbərdarlıq və öyüd versə də, ermənilər iki il əvvəl olduğu…

Read More